
Bakı, 28 dekabr 2013 – Newtimes.az
ABŞ prezidenti Barak Obama iki il müddətinə nəzərdə tutulmuş və respublikaçılarla demokratların danışıqlarının yekunlarına görə tərtib edilmiş büdcəni imzalayıb. Əldə olunmuş razılaşmalar gələn ay növbəti dəfə dövlət müəssisələrinin işinin dayandırılmasından yaxa qurtarmaq imkanı verir.
Ətrafında xeyli mübahisə getmiş büdcə layihəsi bu ay ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilib. Sazişi növbəti büdcə böhranından sonra işə başlamış partiyalararası komissiya hazırlayıb. Xatırladaq ki, cari ilin oktyabr ayında ABŞ-ın dövlət müəssisələri 16 gün qismən bağlanmışdı.
Qanun layihəsinə əsasən, bu ilin oktyabrında başlamış cari maliyyə ili üçün ABŞ büdcəsinin xərclər hissəsinin ümumi səviyyəsi 1,01 trilyon dollar təşkil edəcək. Bu, əvvəlki maliyyə ili üçün büdcə haqqında qanunda nəzərdə tutulduğundan 967 milyard dollar çoxdur. Qeyd edək ki, kompromisli büdcə 10 il ərzində büdcə kəsirini 23 milyard dollar azaltmağı nəzərdə tutan plan çərçivəsində qəbul olunub.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...