
Bakı, 11 dekabr 2013 – Newtimes.az
Ötən il Avropada 124,5 milyon nəfər, yaxud qitə əhalisinin 24,8 faizi yoxsulluq və ya sosial təcrid həddində olub. Bu barədə Avropa Statistika Agentliyinin tədqiqatında məlumat verilir.
Hesabatda qeyd edilir ki, yoxsulluq riski zonasında olan vətəndaşların sayının azaldılması Avropanın 2020-ci ilədək inkişaf strategiyasının qarşıya qoyduğu əsas vəzifələrdəndir. Amma yoxsulların sayı getdikcə artır: onların sayı 2011-ci ildə 119,6 milyon nəfər (24,3 faiz), 2008-ci ildə isə 23,7 faiz olub.
Ən mürəkkəb vəziyyət Bolqarıstanda müşahidə edilir. Burada yoxsulluq vətəndaşların 49 faizini təhdid edir. Bolqarıstanın ardınca Rumıniya, Latviya, Yunanıstan və Litva gəlir. Bu ölkələrdə əhalinin müvafiq olaraq 42 faizi, 35 faizi, 37 faizi və 33 faizi yoxsulluqla üz-üzədir.
İtaliyada yaranmış vəziyyət də diqqəti cəlb edir. Burada yoxsul əhalinin nisbəti (30 faiz) o qədər yüksək olmasa da, yoxsulların sayı 18,2 milyon nəfərdir. Bu isə Avropada ən yüksək rəqəmdir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...