THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na yeni yanaşması: İlham Əliyev diplomatiyasının strateji uğuru

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na yeni yanaşması: İlham Əliyev diplomatiyasının strateji uğuru
18 avqust 2021

Qərbdə yeni dünya nizamının mərkəzinə çevrilmək hüququ uğrunda daxili rəqabətin geniş vüsət aldığı hazırkı tarixi şəraitdə Avropa İttifaqı özünün siyasi kursunda dəyişikliklər etməyə çalışır. Ekspertlər bunu qlobal miqyasda geosiyasi mənzərədə son illər özünü göstərən ciddi transformasiyalarla da əlaqələndirirlər. Bu çərçivədə Brüsselin "Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı atdığı addımlar böyük maraq doğurur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesi bu baxımdan ekspertlərin diqqət mərkəzində qalmaqdadır.

Şuşa Bəyannaməsi: yeni müttəfiqlik formatına yol açan tarixi sənəd

Şuşa Bəyannaməsi: yeni müttəfiqlik formatına yol açan tarixi sənəd
27 iyul 2021

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Siyasi liderlər dəfələrlə bu faktı təsdiq ediblər. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.

Ermənistan niyə indi hücum edir? Əsl plan nədir?

Ermənistan niyə indi hücum edir? Əsl plan nədir?
25 iyul 2021

Azərbaycanla Ermənistan arasında onsuz da mövcud olan gərginlik bir müddətdir ki, qarşıdurmalar vasitəsi ilə daha da artmaqdadır. Bunun yaxşı tədqiq edilməyən bir sıra səbəbləri var. Həftənin əvvəlində Naxçıvan sərhədində atəşkəsi pozan Ermənistan ordusu dünən Kəlbəcərə hücuma keçib.

Cənubi Qafqazda sülh üçün regional inteqrasiya vacibdir

Cənubi Qafqazda sülh üçün regional inteqrasiya vacibdir
13 iyul 2021

Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin Yerevanla Bakı arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Tərəflər arasında ötən ilin sonlarında baş vermiş İkinci Qarabağ müharibəsi bu regionda geosiyasi mənzərəni dəyişib.

Əfqanıstanda qeyri-müəyyənlik – güclənən "Taliban"

Əfqanıstanda qeyri-müəyyənlik – güclənən "Taliban"
12 iyul 2021

Son iki ayda "Taliban" silahlı qruplaşması Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirib. Bəs qruplaşmanın belə uğur əldə etməsi nə ilə əlaqədardır? ABŞ, Rusiya, İran və başqa dövlətlərin, BMT-nin terrorçu kimi tanıdığı bir təşkilata belə hörmət və etibar haradan yaranıb? "Taliban"ı Əfqanıstanda yenidən hakimiyyətə gətirirlər? ABŞ başda olmaqla NATO ilə onlara qarşı fəaliyyət göstərmiş Əfqanıstan vətəndaşları və ya hökumət adamlarının aqibəti necə olacaq? "Taliban" Əfqanıstandakı milli məsələni həll edəcək? Bu qruplaşma ölkədə narkotik maddələrin becərilməsinin qarşısını ala biləcək? Əfqanıstanı düşdüyü bataqlıqdan xilas edəcək? "Taliban" vətəndaş həmrəyliyi və vətəndaş birliyi yaradacaq? və s. suallar yaranıb.

Nikol Paşinyan hökumət qurmadan Moskvaya niyə çağırılıb?

Nikol Paşinyan hökumət qurmadan Moskvaya niyə çağırılıb?
08 iyul 2021

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Onun Rusiya prezidenti Vladimir Putinlə, əsasən, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəyinə dair xəbərlər yayılıb. Bununla belə iki liderin müzakirə edəcəyi məsələ detalları ilə ictimaiyyətə bəlli olmur.

Ermənistanla Azərbaycan arasında sülh və əməkdaşlığın xeyrinə arqumentlər

Ermənistanla Azərbaycan arasında sülh və əməkdaşlığın xeyrinə arqumentlər
03 iyul 2021

Azərbaycan hər zaman hesab edib ki, Ermənistan qonşuları ilə sülh siyasəti yürüdərsə, o, regional əməkdaşlıqdan faydalana bilər. Faydalanmalıdır da. Beləliklə, biz deyirik ki, gəlin, Cənubi Qafqazı daha gözəl məkana, sülh regionuna çevirək.

Zəngəzur dəhlizi: regional və qlobal geosiyasətdə yeri və rolu

Zəngəzur dəhlizi: regional və qlobal geosiyasətdə yeri və rolu
30 iyun 2021

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Həmin bucaq altında Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi də çox aktualdır. Ekspertlər bu məsələ ilə bağlı öz fikirlərini ifadə edir, müəyyən proqnozlar verirlər. Maraqlıdır ki, proqnozların mütləq çoxluğu Zəngəzur dəhlizinin regional əməkdaşlıqda müstəsna rol oynayacağına olan inamla bağlıdır.

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm önəm daşıyır

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm önəm daşıyır
15 iyun 2021

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, "kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın" anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Xilaskarlıq missiyası

Xilaskarlıq missiyası
15 iyun 2021

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ötən əsrdə xalqımızın ən böyük uğuru kimi tarixə düşdü. Ancaq bu tarixi nailiyyətin böyük qurbanlar hesabına başa gəldiyini hər kəs bilir. Məhz böyük siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə söykənərək atdığı qətiyyətli addımlar sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı. Böyük mübarizə sayəsində qazanılmış müstəqilliyimiz ulu öndərin titanik fəaliyyəti sayəsində gücləndi və Vətənimizin daha da inkişafı üçün lazımlı möhkəm təməllər qoyuldu. Azadlığı və müstəqilliyi milli sərvət hesab edən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət kimi güclənməsinə və beynəlxalq arenada öz layiqli yerini tutmasına şərait yaratdı. Ulu öndərin rəhbərliyə qayıdışı Azərbaycanın xilasının və hərtərəfli inkişafının möhtəşəm başlanğıcı oldu.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...