THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya Ermənistanın qaz infrastrukturunu bütünlüklə alır

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1548
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 iyun 2013 – Newtimes.az

Rusiyanın "Qazprom” şirkəti Ermənistanda qaz nəqlini həyata keçirən "ArmRosQazprom” şirkətindəki payını 80%-dən 100%-dək artırmağı planlaşdırır. "APA-Economics”in xəbərinə görə, bu barədə "Qazprom” şirkəti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Moskvada "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın təbii sərvətlər naziri Armen Movsisyan arasında görüş keçirilib. Tərəflər qaz sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən Rusiyanın Ermənistana satdığı qazın qiymətini müzakirə ediblər: "Görüşdə, həmçinin "Qazprom”un "ArmRosQazprom” şirkətindəki payının 100%-dək artırılmasının mümkünlüyü müzakirə olunub”.

Qeyd edək ki, Ermənistanda qaz hasil olunmadığı üçün ölkənin energetika sistemi yalnız qaz idxalından asılıdır. Ermənistanla sərhədə qədər qaz nəqlini "Qazprom Export” həyata keçirir, sərhəddə isə qazı "ArmRosQazprom” şirkəti təhvil alır. Ötən il "Qazprom” Ermənistana 1,7 milyard kubmetr qaz satıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...