THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Detroytun müflisləşməsi ABŞ üçün təhlükəli presedentdir

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
821
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 iyun 2013 – Newtimes.az

Vaxtilə ABŞ-ın inkişaf etmiş avtomobil sənayesinin rəmzi olmuş Amerikanın Detroyt şəhəri ağır dövr keçirir. Keçən cümə günü şəhərin hakimiyyət orqanları elan edib ki, Detroyt öz borclarının bir qisminə xidmət edə bilmir, 39,7 milyon dollar məbləğində növbəti ödəniş üzrə defolta yol verilib.

"Moody`s” agentliyinin analitikləri bildiriblər ki, şəhərin defolt faktının özü deyil, onun hakimiyyət orqanlarının ödəmə qabiliyyətinin olmaması problemini hansı yolla həll etmək istəyi ağlasığmaz hesab olunur.

"Detroytun borc öhdəliklərinin yenidən strukturlaşdırılmasına dair təqdim edilmiş plan qeyri-adidir və ABŞ-ın bələdiyyə istiqrazları bazarında təhlükəli presedent yaradır.

Şəhərin hakimiyyət orqanları Detroytun yığdığı borc öhdəliklərinin müxtəlif tiplərini nəzərdən keçirir və onların yenidən strukturlaşdırılmasına eyni mövqedən yanaşılmasını təklif edir. Borc problemlərinin bələdiyyə səviyyəsində həllinin belə variantı əvvəllər heç vaxt tətbiq olunmayıb.

Təqdim edilmiş plana görə, şəhərin müdafiəsiz kreditorları istiqrazlar üzrə çox ciddi itkilərə məruz qala bilərlər.

Şəhərdə acınacaqlı iqtisadi vəziyyət, habelə Detroytun müxtəlif borc öhdəliklərinin mürəkkəb strukturu nəzərə alınarsa, borc öhdəliklərinin böyük bir hissəsinin ödənilməsi perspektivləri çox şübhə doğurur”.

"Moody`s” agentliyində bildirirlər ki, şəhərin hakimiyyət orqanları müdafiə olunmuş kreditorlara borc öhdəliklərinin ödənilməsinin təfərrüatını təqdim etməyib. Detroyt, yəqin ki, müflisləşmədən qaça bilməyəcək və defoltun ardınca tam məbləğdə borclara xidmətin qeyri-mümkünlüyünün formal təsdiqi olacaq. Özü də "Moody`s” reytinq agentliyi şəhərin bir sıra kreditorlarla ciddi təhqiqatlar aparacağını proqnozlaşdırır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...