THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bill Geyts dünyanın ən varlı adamıdır

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2912
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 may 2013 – Newtimes.az

"Milyarderlər indeksi”ni hər gün təzələyən "Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın "Microsoft” korporasiyasının banisi Bill Geyts dünyanın ən varlı adamı titulunu geri qaytarıb. Geyts sonuncu dəfə bu reytinqin zirvəsində 2007-ci ildə olub.

57 yaşlı Geytsin sərvəti artaraq 72,7 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə təxminən 10 milyard dollar çoxdur. Beləliklə, o, meksikalı mediamaqnat Karlos Slimi 550 milyon dollar geridə qoyub.

Geyts son illər vaxtının çoxunu ailə xeyriyyə fondunun fəaliyyətinə həsr edir. O, həmin fonda 28 milyard dollar ianə edib.

73 yaşlı Karlos Slimin sərvəti 2013-cü ilin əvvəlindən bəri 2 milyard dollar azalaraq, hazırda 72,1 milyard dollara bərabər olub. Bu, Meksika Konqresinin 2013-cü ilin aprelində "America Movil” korporasiyasının inhisarını məhdudlaşdırmaq məqsədi ilə qərar qəbul etməsi nəticəsində baş verib.

Bu siyahıda üçüncü yeri amerikalı investor Uorren Baffet tutur. Onun sərvəti 59,6 milyard dollar civarında qiymətləndirilir. U.Baffetin ardınca "Inditex” ticarət imperiyasının banisi Amansio Orteqa (56 milyard dollar) gəlir, "ilk "beşliyi” İsveçin "IKEA” konserninin təsisçisi İnqvar Kamprad (55, 5 milyard dollar) tamamlayır. "Bloomberq” agentliyinin reytinqi cəmi 100 adamı əhatə edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...