
Bakı, 20 may 2013 – Newtimes.az
Avropada iqtisadi böhranın dərinləşməsi səbəbindən sənaye istehsalının azalması və bazarda durğunluq tendensiyası daha geniş miqyas alıb.
"Euronews” kanalının məlumatına görə, böhranın ən ciddi təsir etdiyi Yunanıstanda sənaye istehsalında beşinci aydır ki, ardıcıl geriləmə qeydə alınıb. Ölkənin statistika idarəsinin məlumatına əsasən, martda sənaye istehsalı illik əsasda 0,7 faiz azalıb. Əvvəlki ayda isə həmin göstərici 4,3 faiz təşkil edib. Mədən sənayesi 4,4 faiz, elektrik enerjisi istehsalı 5 faiz geriləyib.
İspaniya iqtisadiyyatında da oxşar vəziyyət hökm sürür. Ölkənin statistika institutunun məlumatına görə, martda sənaye məhsulları istehsalı illik əsasda 0,6 faiz azalıb. Əvvəlki ayda isə geriləmə 6,9 faiz təşkil edib.
İtaliyanın mənzil bazarında 1985-ci ildən sonra ən dərin böhran hökm sürməkdədir. "ABI” bank assosiasiyasının məlumatına görə, 2012-ci ildə əmlak satışı 448-dən 364-ə enib. Belə aşağı göstərici sonuncu dəfə 1985-ci ildə qeydə alınıb. Bu günlərdə isə evi əlindən alınan bir siciliyalı özünü yandırmaqla intihara cəhd edib.
Belçika iqtisadiyyatında ticarət əməliyyatlarında mənfi nəticələr qeydə alınıb. Belçika Mərkəzi Bankının məlumatına əsasən martda məhsul ixracı illik əsasda 2,3 faiz azalıb. Əvvəlki ayda isə müvafiq göstərici 5,3 faiz aşağı düşüb. İdxalda da 3,5 faizlik geriləmə qeydə alınıb.
Bu arada avrozona ilə bağlı yeni bədbin proqnozlar verilib. Avropa Mərkəzi Bankının peşəkar ekspertlər arasında keçirdiyi sorğunun nəticələrinə görə, bu il vahid valyuta məkanında iqtisadiyyat 0,4 faiz geriləyəcək. İşsizliklə bağlı proqnozlar da ürəkaçan deyil. Cari il üçün işsizlik gözləntisi 12,3 faiz, 2014-cü il üçün isə 12,2 faiz proqnozlaşdırılır.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...