
Bakı, 3 fevral 2013 – Newtimes.az
Beynəlxalq Valyuta Fondu (BMF) Argentinaya "qınaq məktubu" göndərib. BMT-nin ixtisaslaşdırılmış idarəsi prezident Kristina Kirşner administrasiyasını BMF qarşısında götürdüyü öhdəlikləri pozmaqda, daha doğrusu, makroiqtisadi statistikanı saxtalaşdırmaqda ittiham edib. Bu barədə "Röyters" agentliyi xəbər verir.
BMF ekspertlərinin fikrincə, Argentina hökuməti 2007-ci ildən bəri ÜDM-in və istehlak qiymətlərinin artımına dair məlumatları müntəzəm olaraq təhrif edir. Analitiklər ehtimal edirlər ki, ölkədə inflyasiya Nazirlər Kabinetinin bəyan etdiyi 10 faizdən iki dəfə çoxdur.
BMF Argentinaya ultimatum verib: hökumət sentyabrın 29-dək məlumatların dəqiqliyinin yüksəldilməsində irəliləyişə nail olmalıdır. Əks təqdirdə, Latın Amerikası dövləti səs hüququndan məhrum olacaq. Bu halda Argentina BMF-dən kredit almaq imkanını itirəcək. Rəsmi Buenos-Ayres ittihamlara dərhal reaksiya verib. Hökumət BMF-ni ikili standartlar siyasəti yeritməkdə ittiham edib. Bundan başqa, Argentina İqtisadiyyat Nazirliyi BMF Şurasının növbədənkənar iclasının çağırılmasına tərəfdar çıxıb.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...