Ermənistanın NATO-dan kömək istəməsi ATƏT-in Minsk qrupunun vasitəçilik iqtidarında olmaması və KTMT-nin də işə yarımadığı anlamına gəlir.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq əks-hücuma keçməklə öz ərazilərini erməni işğalından təmizləməyə başlayıb. Bu müharibə XXI əsrin hərb tarixinə düşəcək legitim və müasir konvensional müharibədir. Adətən "Soyuq müharibə"dən sonra belə bir fikir dominantlıq təşkil etməyə başlamışdır ki, yeni dövrün müharibələri daha çox dövlətdaxili parametrlərdən: etnik-dini, ərazi və resurs, həmçinin siyasi statusların (hakimiyyət) ziddiyyətlərindən doğan setsessiya və vətəndaş münaqişələri olacaq. Klauzevitsin banisi olduğu simmetrik müharibə-dövlətlərarası hərbi qarşıdurmanın isə getdikcə tarix səhnəsindən silinəcəyinə dair elmi dairələr arasında müxtəlif fikirlər səslənirdi. Həqiqətən Klauzevits irsinin tarixin arxivinə göndərilməsinə rəvac verən hərbi-siyasi proseslər baş verməkdə idi. Belə ki, əksər beynəlxalq araşdırma mərkəzlərinin statistikasında mütləq üstünlük daxili münaqişələrin xeyrinə öz əksini tapırdı.
Ermənistan işğalçı ordusunun Füzuli rayonunda darmadağın edilərək məğlubiyyətə uğraması ikinci Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi 30 illik Ermənistan-Azərbaycan münaqişəsində tarixə düşəcək. Ekspertlərin mütləq əksəriyyəti müasir dövrün ən amansız müharibələrindən birinə dair qısa icmallarında oxşar mövqedən çıxış edirlər: işğalçı, amma ötən əsrin 70-ci illərin sovet ordusu stilində pis silahlanmış XXI əsrin yüksək texnoloji silahları ilə silahlanmış, inzizamlı, yaxşı strukturlaşmış, mükəmməl koordinasiya olunan Azərbaycan ordusunun cəsur əsgərləri ilə qarşı-qarşıya gəlib.
Müharibə ədalətin pozulduğu anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Böyük dövlətlərin isə ədaləti yox, geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan dövlət Ermənistan, ədaləti bərpa etmək istəyən, öz haqq işi uğrunda mübarizə aparan tərəf isə Azərbaycandır. Lakin bu mübarizə və müharibədə geosiyasi maraqlarını əsas tutan böyük güclər isə həmişə olduğu kimi ədalət mövqeyindən yox, ikili standartlar mövqeyindən çıxış edirlər.
Dünyanın nüfuzlu geosiyasi mərkəzlərindən olan Aİ-nin mövqeyi faktiki baxımdan Cənubi Qafqazda geosiyasi mənzərəni yeni risklərə atır. Birincisi, erməni terroruna yeni səviyyədə şans verilir. İkincisi, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin önü kəsilir. Üçüncüsü, Azərbaycana münasibətdə ədalətsiz, haqsız və beynəlxalq hüququn normalarına uyğun olmayan mövqe ortaya qoyulur. Azərbaycan öz ədalətli və haqlı mövqeyində qalır, ona sadiqdir. Avropa isə dəyişməlidir, sülh, barış naminə. Eyni zamanda, özünün təhlükəsizliyinin təmini naminə...
Region dövlətlərlə mehriban qonşuluq münasibətləri Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan Gürcüstanla münasibətlərə xüsusi əhəmiyyət verilir. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. İkitərəfli münasibətlər çoxşaxəli xarakterlidir. Bütün sahələrdə faydalı qarşılıqlı tərəfdaşlıq təmin edilib. Azərbaycan Respublikasının təşəbbüsçüsü və əsas iştirakçısı olduğu bütün layihələrdə Gürcüstan da yaxın tərəfdaş kimi təmsil olunur. Ermənistan isə yürütdüyü təcavüzkarlıq siyasəti nəticəsində beynəlxalq layihələrdən kənarda qalıb.
Azərbaycan Ordusunun son iki həftə ərzində müəyyən əraziləri işğaldan azad etməsi, xüsusən də Füzuli, Cəbrayıl, Hadrut, Suqovuşan və Murovdağ istiqamətində uğurla irəliləməsi artıq ermənilərin qondarma "DQR" ilə Azərbaycan əraziləri arasında təhlükəsizlik zolağı kimi təqdim etdiyi bufer zona (Dağlıq Qarabağa bitişik ərazilərimiz) və ya belə demək mümkündürsə Aprel döyüşlərində sarsıdılmış və hazırkı hərbi əməliyyatlar zamanı tamamilə darmadağın edilmiş "Ohanyan xətti" adlı bir sipər daha yoxdur. Bundan əlavə, Azərbaycan Ordusu Hadrutu işğaldan təmizləməklə separatçı rejimin qanunsuz idarə etdiyi torpağımıza – Dağlıq Qarabağ ərazisinin içərisinə daxil olub. Bu isə erməni işğalçılarının "ərazi əvəzində status" adlı təcavüzkar formulunun aradan qalxmasına və "işğal olunmuş ərazilərimizin deokkupasiyası" şərtini – yəni yeni "fait accompli"ni istər Ermənistan, istərsə də həmsədrlər tərəfindən qəbul edilməsinə dəlalət edir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...