İqtisadi blokadaya son verilməsi deyəndə Ermənistan heç də "qatı düşmənlər'' ilə sərhədlərin açılmasından söhbət getmədiyini gözəl başa düşür. Odur ki, Türkiyə ilə də sərhədlərin açılıb-açılmayacağına dair suala cavab verən Nikol Paşinyan deyib: "Yox, çünki Türkiyə bu razılaşmanın bir parçası deyil. Biz Rusiyaya bir yox, bir neçə yolun olmasını istəyirik. Bu danışıqlar nəticəsində problemlərimizi həll edə bilsək, o cümlədən Rusiya və Fars körfəzilə dəmir yolu bağlantımız olsa, Ermənistan üçün nə qədər köklü dəyişiklik meydana çıxacağını təsəvvür edin".
Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi. Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.
Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq.
Qarabağa yerləşdirilən ermənilər gəldikləri kimi özlərinə məxsus olmayan yerlərdən çıxarılırlar. Bu müharibədə çoxlu sayda itki oldu. İllər uzunu erməniləri Azərbaycana və Türkiyəyə qarşı körükləyənlər, işğalçını cinayət əməllərinə görə tənbeh etməyib başını sığallayanlar Ermənistanın məğlubiyyəti ilə yanaşı, tökülən qanlara və başqa cinayətlərə şərikdir. Yerevanda isə siyasi gərginlik artır. Müxalifət mövcud vəziyyəti hakimiyyət dəyişikliyi ilə yekunlaşdırmaq istəyir… Döyüşdə təslim olan Nikolu və komandasını Ermənistanda rusiyayönlü müxalifətlə mübarizə gözləyir…
Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazılır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.
Azərbaycanın müzəffər qələbəsini özündə ehtiva edən və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək.
Azərbaycan 44 günlük müharibədə bölgədə yeni şərait yaratdı. Ermənistan danışıqlar yolu ilə çıxmaq istəmədiyi işğal etdiyi torpaqlardan hərb yolu ilə qovuldu. Bundan başqa, düşmən ordusu darmadağın edildi. Ermənistana 2 milyard ABŞ dollarından artıq məbləğdə ziyan vuruldu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...