THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kral Salman Moskvada: qlobal miqyaslı qüvvələr nisbətində ciddi dəyişiklik?

Kral Salman Moskvada: qlobal miqyaslı qüvvələr nisbətində ciddi dəyişiklik?
19 oktyabr 2017

Son 90 ildə ilk dəfədir ki, Səudiyyə Ərəbistanının başçısı Rusiyaya səfər edib. Bu vaxta qədər iki ölkə arasındakı münasibətlər bütövlükdə "soyuq" kimi qiymətləndirilirdi. Hətta 2007-ci ildə Vladimir Putin bu ölkədə olarkən Kralı Rusiyaya dəvət etmişdi. Buna müsbət cavab verilməmişdi. Ekspertlər əsas səbəb kimi Ər-Riyadın başlıca olaraq Vaşinqtonun yanında olmasını göstərirdilər. İndi isə vəziyyət xeyli dəyişib. Moskva Yaxın Şərqin böyük dövlətləri ilə münasibətlərinə yeni məzmun verir. Bu baxımdan Kral Salmanın Rusiyaya səfəri mütəxəssislərin də böyük marağına səbəb olub. İki ölkə hansı sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər? Bu, ümumiyyətlə, qlobal geosiyasi proseslərə təsir edə bilərmi? Bu suallara cavab tapmaq əhəmiyyətli olardı.

Yeni geosiyasi konfiqurasiya: Ərdoğanın Tehran səfəri strateji kontekstdə

Yeni geosiyasi konfiqurasiya: Ərdoğanın Tehran səfəri strateji kontekstdə
18 oktyabr 2017

Türkiyə Prezidentinin İrana baş çəkməsinə ekspertlər ciddi maraq göstəriblər. Onlar bu səfərin arxasında qlobal geosiyasi proseslərlə bağlı mühüm məqamların dayandığını düşünürlər. Eyni zamanda, Yaxın Şərqdə son zamanlar müşahidə edilən bir sıra geosiyasi dəyişikliklər prizmasından iki böyük dövlətin əlaqələrinin yeni məzmun kəsb edə biləcəyi proqnozlaşdırılır. Buraya, bir qayda olaraq, Rusiya da aid edilir. Kremlin Ankara-Tehran əməkdaşlığının geosiyasi-hərbi aspektinin əsas təkanvericisi olduğu bildirilir. Bunların fonunda Yaxın Şərq-Cənubi Qafqaz-Mərkəzi Asiya oxunda meydana çıxa biləcək geosiyasi özəlliklərin analizi aktuallıq kəsb edir. Bundan başqa, tarixi Türkiyə-İran müttəfiqliyi baş tuta bilərmi?

Smit və Yaqland: erməni təxribatının iki üzü

Smit və Yaqland: erməni təxribatının iki üzü
17 oktyabr 2017

Zaman-zaman Azərbaycana qarşı "qara piar" kampaniyalarının təşkil edildiyini bilirik. Müxtəlif səviyyələrdən ölkəmizin əleyhinə yalanlar uydurulur. Ancaq bunların sırasında "kirəlik adamlar" var ki, onlar sistemli şəkildə pis işlər görməkdədirlər. Avropa Şurasının baş katibi Turbyörn Yaqland və ABŞ Konqresinin üzvü Kris Smit, deyəsən, daha qabağa getməyi qərara alıblar. Hər iki şəxsin kimliyi yaxşı məlumdur. Onların bir sıra dairələrlə əlaqələri haqqında informasiyalar yayılıb. Bu dəfə hər ikisi antiazərbaycan cəbhəsində qoşa dayanmağa cəhd göstəriblər. T.Yaqland sentyabrın 13-də Avropa Şurasına üzv ölkələrin səfirləri ilə görüşündə Azərbaycanı insan haqları ilə bağlı ittiham edərək, onu təşkilatdan çıxarmaqla hədələyib. K.Smit isə sentyabrın 26-da Konqresə sənəd təqdim edərək, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edib. Ekspertlər onların məhz bu dönəmdə meydana çıxmalarını təsadüfi hesab etmirlər.

Ankaradakı müzakirələr: Ərdoğan-Putin görüşünün geosiyasi məqamları

Ankaradakı müzakirələr: Ərdoğan-Putin görüşünün geosiyasi məqamları
16 oktyabr 2017

Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə son səfəri ilə bağlı müxtəlif analizlər aparılır. Ekspertlər tərəflərin təcili bir araya gəlmələrinin səbəblərini aydınlaşdırmağa çalışırlar. Hər bir halda bu hadisə regionda və dünyada gedən geosiyasi proseslərlə əlaqələndirilir. Yəni bu səfərin geosiyasi əhəmiyyətindən söhbət açmaq olar. Burada ilk olaraq Yaxın Şərqdə müşahidə edilən və müəyyən narahatlıq doğuran prosesləri vurğulamaq gərəkdir. Suriya və İraqda cərəyan edən hadisələr yeni səviyyədə ixtilafların meydana gəlməsi ehtimalını artırıb. Hətta bir sıra ekspertlər Üçüncü dünya müharibəsinin başlamasından da ehtiyatlanırlar. Bu müharibə Suriyanın Deyr əz-Zor əyalətindən, yaxud İraqın şimalından başlaya bilər. Yaranmış vəziyyət Moskva ilə Ankaranın münasibətləri inkişaf etdirməsi zərurətini ortaya çıxarır. Bunların fonunda Vladimir Putinin Türkiyə səfərinin geosiyasi aspektlərinin təhlili aktual görünür.

ABŞ-Çin münasibətlərinin yeni səhifəsi: Kissincer yenə təəccübləndirir

ABŞ-Çin münasibətlərinin yeni səhifəsi: Kissincer yenə təəccübləndirir
13 oktyabr 2017

Kolumbiya Universitetində bu il sentyabr ayının 26-da Amerika ilə Çinin 200-dən çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri bir araya gəlmişdi. Onlar yaxın 50 il müddətində iki ölkə arasındakı münasibətlərin geosiyasi aspektlərini müzakirə etdilər. Tədbirdə tanınmış strateq, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də iştirak edib. O, çıxışında irəli sürdüyü tezislərlə növbəti dəfə ekspertləri heyrətləndirib. Amerikalı mütəxəssis qlobal geosiyasi proseslərin məzmununu dəyişə biləcək tendensiyalardan bəhs edib. Vaşinqtonla Pekin arasında əlaqələrin daha yüksək səviyyəyə qalxması, geniş şəkildə müxtəlif konseptual problemləri əhatə etməsi kontekstində maraqlı fikirlər söyləyib. Onların aktuallığını nəzərə alaraq, üzərilərində təhlili dayanmağa ehtiyac görürük.

BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır

BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır
10 oktyabr 2017

Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır. Bu təşkilatın tarixində onun tribunasından dahi şəxsiyyətlər çıxış edib, dünyanın ağrılı problemləri barədə həqiqətləri söyləyiblər. Təəssüf ki, bir sıra hallarda BMT-yə heç yaraşmayan, onun səviyyəsində çıxış edə bilməyən "siyasətçilər" də həmin tribunadan danışa bilirlər. Ermənistana rəhbərlik edən Serj Sarkisyan bunun son nümunəsidir. Erməni lider orada Azərbaycan və Türkiyə əleyhinə tam əsassız, iftira və hədyan xarakterli fikirlər ifadə edib. O, sözün həqiqi mənasında dünyanı aldatmağa çalışıb. Sarkisyanın çıxışının məntiqi analizi onun yaramaz, şərəfsiz, ləyaqətsiz, şəxsiyyətini itirmiş bir nadanın xəstə təxəyyülündən doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyat olduğunu göstərir. Lakin, nədənsə, BMT kimi nüfuzlu təşkilat belə adamları da dinləməyə imkan verir. Bu səbəbdən S.Sarkisyanın ifadə etdiyi fikirlərin əsassızlığını oxuculara izah etməyi lazım bildik.

Kataloniya referendumu: "Qoca qitə" dilemma qarşısında

Kataloniya referendumu: "Qoca qitə" dilemma qarşısında
09 oktyabr 2017

İspaniyanın Kataloniya əyalətində müstəqillik barədə referendum keçirilməsi Avropada cavabsız suallar meydana gətirib. Mütəxəssislər baş verən hadisələrin müxtəlif səbəblərini göstərirlər. Onlar məsələyə daha çox Avropada siyasi-ideoloji situasiyanın kəskinləşməsi və faktiki olaraq, bu sahədə böhranın yaranması aspektində yanaşırlar. Vurğulanır ki, Aİ-də mövcud siyasi elita cəmiyyətə nəzarət edə bilmir. Özü başqalarına demokratiya dərsi keçir, daxilində nəinki antidemokratik davranır, hətta sərt zorakılığa belə əl atır. Bu, nəyi ifadə edir? İkili standartımı? Bəlkə, ümumiyyətlə, Avropada demokratiya tənəzzülə uğrayır? Bu kimi sualları mütəxəssislər qaldırır. Və cavablar fərqlidir. Lakin onların böyük əksəriyyəti "Qoca qitə"nin siyasi, ideoloji, mənəvi və geosiyasi böhrana düçar olduğu tezisini qəbul edirlər. Bu problemlərin işığında Kataloniya referendumuna təhlili nəzər salmağa ehtiyac görürük.

Prezident İlham Əliyevin tarixi çağırışları: BMT tribunasından səsləndirilən tezislər

Prezident İlham Əliyevin tarixi çağırışları: BMT tribunasından səsləndirilən tezislər
09 oktyabr 2017

Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası keçirilib. Dünya miqyasında bir-birindən ziddiyyətli proseslərin getdiyi, böyük dövlətlər arasında münasibətlərin daha da kəskinləşdiyi bir mərhələdə dünya ictimaiyyətinin diqqəti Nyu-Yorka yönəlmişdi. İnsanlar siyasətçilərdən problemlərin həlli yolları ilə bağlı fikirlər gözləyirdilər. Lakin bir sıra dövlət başçıları radikal və əsassız çıxışları ilə ümidləri doğrultmadı. Xüsusilə Ermənistana rəhbərlik edən Serj Sarkisyan gülüş obyektinə çevrildi. Bununla yanaşı, əksər dövlət başçılarının nitqləri böyük maraqla dinlənildi. Onların sırasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi yeri vardır. Çünki dövlət başçısı öz cəsarətli çıxışında elə məqamlara toxundu ki, həmin məqamlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə BMT-müstəqil dövlətlər münasibətləri aspektində aktual və zəruridir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər, hər şeydən əvvəl, Azərbaycan-BMT münasibətlərinin məzmunu və inkişaf dinamikası baxımından əhəmiyyətlidir.

Şimali İraqda referendum: "kürd baharı", yoxsa yeni ixtilaf mənbəyi?

Şimali İraqda referendum: "kürd baharı", yoxsa yeni ixtilaf mənbəyi?
06 oktyabr 2017

Sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti müsbət cavab veriblər. Lakin bu tədbirin baş tutması bir sıra ziddiyyətli məqamlarla müşayiət olunub. Türkmənlər və ərəblərin xeyli hissəsi referendumun əleyhinə idilər. Buna cavab olaraq, kürd silahlı qrupları Kərkükdə dinc türkmənlərə hücum ediblər. Orada etnik əsasda münaqişənin alovlanma ehtimalı yüksəlib. Bundan başqa, İraq mərkəzi hökuməti də öz etirazını bildirib. Baş nazir Heydər əl-İbadi hərbi müdaxiləni istisna etməyib. Region dövlətlərindən Türkiyə və İran da narahatlıqlarını sərt şəkildə ifadə ediblər. Yaxın Şərqdə İsrail kürdlərin müstəqillik referendumunu dəstəklədiyini bəyan edib.

Avropa İttifaqı: yeni inteqrasiya təklifləri

Avropa İttifaqı: yeni inteqrasiya təklifləri
05 oktyabr 2017

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda təşkilatın taleyi ilə bağlı yeni təkliflər irəli sürüb. Ekspertlər onun təkliflərini analiz etməkdədirlər. Həmin tezislərdə Aİ-nin faktiki olaraq yeni inteqrasiya fəlsəfəsini işləməli olduğu vurğulanıb. Aİ-də bir tərəfdən, parçalanma prosesinin güclənməsindən narahatdırlarsa, digər tərəfdən, kənardan olan ciddi təhlükələrdən ehtiyatlanırlar. Təsadüfi deyil ki, J.-K.Yunkerin təkliflərində kibertəhlükəsizlik önəmli yer tutur. Onun diqqət yetirdiyi digər məqamlar da vardır. Lakin analitikləri daha çox Avropa Komissiyası sədrinin başlıca məqsədinin nədən ibarət olduğu düşündürür. Məsələnin bu tərəfi heç də tam aydın deyil. Bir sıra ziddiyyətlər özünü göstərir ki, onlar da Aİ üçün gələcəkdə daha ciddi problemlər yarada bilər. Bu mənada J.-K.Yunkerin təkliflərinin müsbət cəhəti ilə yanaşı, qüsurlarını da vurğulamaq gərəkdir. Onun irəli sürdüyü tezislərin geosiyasi aspektdə təhlili maraqlı olardı.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...