THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sudan-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı Azərbaycan-Afrika münasibətlərinin inkişafı üçün də əsas yarada bilər

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
336
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 iyul 2017 – Newtimes.az

Məhəmməd Elias əl-Haq

Sudan Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan 1990-cı ildə keçmiş Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etdikdən sonra Sudan Respublikası ilk növbədə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün diplomatik, siyasi və iqtisadi münasibətlərin yaradılmasına cəhd göstərmişdir. Münasibətlərin gedişatı 1993-cü ildə paytaxt Bakıda Sudan səfirliyinin açılması ilə nəticələnmişdir. Beynəlxalq dairələrdə nöqteyi-nəzər eyniliyi və başda Ermənistan tərəfindən işğal olunmuş dağlıq region (Dağlıq Qarabağ) problemi olmaqla hər iki tərəfi maraqlandıran ortaq problemlər əlaqələrin möhkəmlənməsinə təkan vermişdir.

Bakıda Sudan səfirliyinin açılmasından sonrakı dövrü əhatə edən müddət ərzində Sudan-Azərbaycan münasibətlərinin inkişafında canlanma və səbat müşahidə olunmuş, hər iki ölkənin rəsmiləri arasında əvvəlcədən təyin edilmiş sayda ziyarətlər həyata keçirilmişdir. Bu cəhdlər iki ölkə arasında əməkdaşlığın inkişafı sahəsində beş sənədin imzalanması ilə nəticələnmişdir. Qeyd olunmuş müddət ərzində Azərbaycanda yaşayan ərəb həmyerlilər cəmiyyətinin uşaqlarının təhsil almaları üçün Bakıda Sudan məktəbi açılmış, lakin 1999-cu ildə Sudan səfirliyinin bağlanması ilə maliyyələşdirmə problemləri ucbatından bu məktəb də öz fəaliyyətini dayandırmışdır.

Sudan Azərbaycan ilə münasibətlərin inkişafı ilə yaxından maraqlanır, başda Dağlıq Qarabağ problemi olmaqla Azərbaycanı onu narahat edən bütün problemlərdə qeyd-şərtsiz dəstəkləyir. Dağlıq Qarabağ problemi Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının forumlarının dəstəyini də qazanmışdır. Qeyd edək ki, Ermənistanın işğal edilmiş bütün Azərbaycan torpaqlarından geri çəkilməsinə və bununla bağlı qəbul edilmiş beynəlxalq qərarların tətbiq edilməsinə çağıran Azərbaycanın mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi sahəsində Sudan güclü şəkildə çalışmışdır. Həmçinin, Sudan hökuməti Azərbaycanın torpaqlarının işğal edilməsi ilə bağlı ittihamlarını, erməni qüvvələrinin geri çəkilməsi və münaqişənin beynəlxalq prinsiplərə uyğun olaraq sülh və danışıqlar yolu ilə həllinin tapılması ilə bağlı tələblərini təsdiqləyən bəyanatlar da qəbul etmişdir. Sudan Dağlıq Qarabağ zonasının müstəqilliyinin elan edilməsinə qarşı çıxmış və münaqişənin sülh yolu həll olunması ilə bağlı tələblərini yeniləmişdir. Digər tərəfdən Azərbaycan da müxtəlif hallarda Sudan hökumətinin ölkənin cənubunda sülhün bərqərar edilməsi sahəsindəki cəhdlərini təqdir etdiyini bəyan etmiş, Sudanın BMT Təhlükəsizlik Şurasındakı müvəqqəti üzvlüyü müddətində onun mövqeyini dəstəkləmişdir.

Hər iki ölkənin rəsmiləri arasında münasibətlər və siyasi əlaqə müsbət axarda davam etmiş və bu sahədə atılan addımlar 2013-cü ilin ikinci yarısında Bakıda Sudan səfirliyinin yenidən fəaliyyətə başlaması ilə nəticələnmişdir. Bu hadisədən sonrakı dövrdə iki tərəf arasında sıx görüşlər həyata keçirilmiş, Sudanın yüksək səviyyəli nümayəndə heyətləri paytaxt Bakıda keçirilən bütün konfrans və görüşlərdə iştirak etmişdir. Bu iştirakların ən barizi Sudanın yüksək səviyyəli nümayəndə heyətinin Sudan Respublikası Prezidentinin o zamankı köməkçisi Dr. Nafi Əli Nafinin rəhbərliyi altında III Beynəlxalq Humanitar Forumda iştirak etməsi olmuşdur. Həmçinin, 2015-ci ildə Sudanın Xarici işlər naziri cənab Əli Əhməd Karti Azərbaycanı ziyarət etmiş və Zati-aliləri Prezident İlham Əliyev ilə görüşmüşdür. Paytaxt Bakıya olan bu səfər zamanı Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparılmış, iki ölkə arasında siyasi məsləhətləşməyə dair protokol imzalanmışdır.

Sudanın Bakıdakı səfirliyi yenidən fəaliyyətə başladıqdan sonra iki ölkənin rəsmiləri arasında siyasi əlaqələri gücləndirmək, hər iki tərəfi maraqlandıran ortaq problemlərlə tanış olmaq və Sudanın Dağlıq Qarabağ probleminə dair sabit mövqeyini təsdiq etmək sahəsində müəyyən cəhdlər göstərmişdir. Bu məsələ ilə əlaqədar olaraq Sudan Milli Məclisi Xocalı soyqırımını tanıması ilə bağlı bəyannamə qəbul etmişdir. Bu addım Sudan və Azərbaycan xalqları arasında münasibətlərin dərinliyinə işarə edir.

Səfirlik iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan münasibətləri yaxşı siyasi münasibətlər səviyyəsinə çatana qədər irəli aparmaq üçün intensiv şəkildə fəaliyyət göstərir. Sudanın coğrafi mövqeyi və burada toplanmış böyük resurslar Azərbaycanın neft, dağ-mədən, kənd təsərrüfatı və kommunikasiya texnologiyaları sahəsindəki təcrübəsi ilə birlikdə münasib inteqrasiya təşkil edə bilər. Eyni zamanda, Sudan-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı Azərbaycan-Afrika münasibətlərinin inkişafı üçün də əsas yarada bilər. Buna əlavə olaraq qərargahı Sudanda yerləşən Afrika Partiyaları Şurasının mümkün rolunu da qeyd etmək lazımdır. Müxtəlif Afrika partiyaları ilə siyasi əlaqələri möhkəmləndirmək yolu ilə qurulan münasibət Azərbaycanın taleyüklü problemlərinin Afrika qitəsi daxilində tanınmasına və ona bu sahədə köməklik göstərilməsinə töhfə verə bilər.

Səfirlik Azərbaycanın təhsil müəssisələri ilə də əlaqəsini intensivləşdirmiş, Avrasiya Universiteti və Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr üçün Sudanda təlim kursları və təqaüd təşkil etmişdir. Həmçinin, səfirlik 2016-cı ildə Beynəlxalq Afrika Universitetində bakalavr təhsili üçün 12 tam təqaüd proqramı təmin etmişdir. Eyni zamanda, bir çox Sudan universitetləri Azərbaycan universitetləri ilə iki ölkə arasında tələbə mübadiləsi və elmi-akademik təcrübə mübadiləsi sahəsində elmi-akademik əməkdaşlıq proqramlarına qoşulmuşdur.

Önümüzdəki dövrdə Sudan səfirliyi iki ölkənin müxtəlif qurumları arasında sektor əməkdaşlığı vasitəsilə əməkdaşlıq sahələrinin daha dəqiq şəkildə müəyyən edilməsi üzərində çalışır və siyasi məsləhətləşmə mexanizminin, eləcə də iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsinin təklif olunan ikitərəfli müqavilələrin imzalanması yolu ilə əməkdaşlığa töhfə verməsini gözləyir. Bu cəhdlərin ən yüksək nöqtəsi Birləşmiş Nazirlər Komitəsinin yaradılması oldu ki, bu komitə Sudan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində mühüm vasitələrdən biri hesab edilir. Bütün bunlar iki ölkə xalqlarının mövcud müştərək mədəniyyət və dəyərləri, siyasi iradə və qarşılıqlı əməkdaşlıq istəyi işığında baş verir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...