THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan və Serbiya arasındakı dostluq münasibətləri dayanıqlı, stabil və beynəlxalq hörmətə əsaslanır

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
209
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyun 2017 – Newtimes.az

Neboyşa Rodiç

Serbiya Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Qədim xalq hikmətində deyilir: "Biz qonşularımızı seçə bilmirik, lakin dostlarımızı öz qərarımızla seçirik''. Dostluq haqqında düşüncələr qədim zamanlardan insan ruhuna xasdır. Yunan filosofu Aristotel deyib: "Dostluq iki bədəndə bir qəlbdir''. İnsanlar arasındakı dostluq münasibətləri bağlılığın xüsusi bir növü olsa da, fiziki şəxslər arasında əlaqə növü sayılmır. Bu əlaqələr cəmiyyətin əsasını təşkil edir və hər bir vətəndaşın formalaşmasında əhəmiyyətli rol oynayır, daha doğrusu, "tanınmış və tanınmamış vətəndaşlar, siyasətçilər, həmçinin peşəsindən asılı olmayaraq hər kəs cəmiyyətin ayrılmaz bir hissəsidir''.

Siz yaşlı olsa da son dərəcə enerjili və sağlam ruhlu sabirabadlı Zülfəli Əliyevi tanıyırsınızmı? O, etibarlı həyat yoldaşı, gözəl ata və fəxr ediləsi babadır. Bir qolunu itirsə də, dünyanın bütün sevgisinə malik bir insandır. Onun sevgisi qolunun qurban getdiyi mərmi sahibinə, vücudunun bir hissəsini qurban verdiyi şəxslərə də çatar. O, halından heç zaman şikayət etməmişdir, hətta azadlıq uğrunda döyüşlərə qatılmaq üçün dövlət tərəfindən çağırılanda belə. İkinci Dünya müharibəsində düşmənə qarşı mübarizədə döyüş yolunu bütünlüklə keçdi. Qorxmaz və cəsarətli dostları ilə bərabər uzun bir döyüş yolu qət edərək keçmiş Yuqoslaviyaya çatdı. Orada milli ordunun partizanları və məşhur 223-cü Belqrad diviziyasından olan dostları ilə birlikdə indiki Serbiya Respublikasının paytaxtı Belqrada qələbə gətirdi. Yuqoslaviyalı partizanlarla birlikdə sabirabadlı Zülfəli Əliyev yüzlərlə həmvətənləri ilə birlikdə Avropa boyunca irəliləmiş və vücudunun bir hissəsini gələcək azadlıq, millətlərarası sevgi və dostluq uğrunda qurban vermişdir. Mənim ölkəmdə – Serbiyada Zülfəli Əliyevi yaxşı tanıyırlar. Hər kəs bu qorxmaz və cəsur Azərbaycan döyüşçüsünü tanıyır.

Bu hadisələrdən qırx il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Zati-aliləri cənab Heydər Əliyev 1986-cı ilin iyul ayında Belqradı SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və bir dost kimi ziyarət etmişdi. Səfər zamanı o, ilk dəfə baş verməsi zəruri olan dəyişikliklər haqqında müdrik fikirlərini bildirmişdi. Balkanlarda ən uzunömürlü tarixə malik "Politika” qəzetinə verdiyi müsahibədə Serbiya cəmiyyətini bu barədə məlumatlandırmışdı. Burada ümummilli lider Zati-aliləri cənab Heydər Əliyevin daha iki fikrini xatırlatmağa ehtiyac var: onlardan biri dünyada sülhü qoruyub saxlamaq və silahlandırmanı azaltmaq, digəri isə beynəlxalq hüquqi sənədlərə riayət olunmasının qaçılmazlığı da daxil olmaqla sülhməramlı səylər yolu ilə ağlabatan güzəştlərə və xarici siyasətdə uyumluluğun yüksək səviyyəsini göstərməyə ölkələrin hazır olması idi.

Bütün bu deyilənlərə əsasən bildirmək olar ki, Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı dostluq münasibətləri dayanıqlı, stabil və beynəlxalq hörmətə əsaslanır. Gələn il diplomatik, siyasi və iqtisadi münasibətlərimizin 20 illiyini qeyd edəcəyik. Prezident Zati-aliləri cənab İlham Əliyevin serbiyalı həmkarı ilə 2010, 2011 və 2013-cü illərdə görüşləri baş tutmuş və Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Tomislav Nikoliçin Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında "Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. Bu sənəd yalnız ikitərəfli əməkdaşlıq üçün deyil, həmçinin hərtərəfli əməkdaşlığın ümumi məhsuldarlığı üçün əsasa çevrilmişdir. Hər rəsmi sənəd kimi bu sənədə də hörmət və onu həyatda tətbiq etmək insanlardan asılıdır. Hər iki ölkədən buna hazır olan insanlar var. Belqradın ən gözəl parkında ümummilli lider Zati-aliləri cənab Heydər Əliyevin, həmçinin Bakının mərkəzində serbiyalı məşhur alim Nikola Teslanın xatirələrinə həsr olunmuş abidə ucaldılmışdır. Dünyada bu məşhur ixtiraçının – Nikola Teslanın elmin inkişafına verdiyi töhfə haqqında məlumatı olmayan yoxdur.

Ən son dünya standartlarına əsaslanaraq Serbiyanın ən gözəl hissəsindən keçən magistralın bir hissəsinin tikinti işlərini həyata keçirən "AzVirt'' şirkətini Serbiyada tanımayan tapılmaz. "AzVirt''in Serbiyadakı hər əməkdaşı, hər işçisi öz gözəl ölkəsini Serbiyada təmsil edən gerçək səfirdir.

Biz çox şey əldə etmişik, lakin bundan da çox nəticə göstərə və daha çox nailiyyətlər qazana bilərik. Uğurlu siyasi münasibətlər hər zaman hərtərəfli inkişaf edən siyasi əlaqələr demək deyildir. Bu həm Serbiyada uzun illərdir ki, davam edən iqtisadi böhranla, həm də neftin dünya bazarındakı qiyməti ilə əlaqədar olaraq Azərbaycan iqtisadiyyatında yaranmış iqtisadi problemlərlə əlaqəlidir. Bütün bu çətinliklərdən birlikdə keçirik ki, onların həll olunmasından sonra Cənub-Şərqi Avropa və Cənubi Qafqazda ən etibarlı tərəfdaşlara çevrilə bilək.

Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı münasibətlərdə dəyişməz olaraq qalan cəhət BMT-yə üzv dövlətlərin ərazi bütövlüyünün qorunması siyasətinin həyata keçirilməsinə, münaqişələrin güc və hədə tətbiq etmədən sülh və siyasi danışıqlar yolu ilə həll edilməsinə sadiqlikdir. Təəssüf ki, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğu beynəlxalq hüquq pozuntularına yol açaraq hər iki dövlətin tarixi ərazilərinin müəyyən bir hissəsinin qanunsuz şəkildə zəbtinə gətirib çıxarmışdır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...