THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyanın Azərbaycanla əməkdaşlığı siyasi, ticari-iqtisadi və humanitar xarakterli məsələlərin tam spektrini əhatə edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
74
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 iyun 2017 – Newtimes.az

Vladimir Doroxin

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Müstəqil dövlət kimi Rusiya və Azərbaycanın münasibətləri tarixi ölçüsü nöqteyi-nəzərdən 25 illik dövrü əhatə edir. Əlbəttə ki, bu dövr o qədər də böyük deyil, lakin bu müddətdə maraqlı və ibrətli təcrübə toplanılıb.

Bu təcrübəni anlamaq üçün, necə deyərlər, əvvəldən başlamaq lazımdır. İki ölkə təqribən 200 ilə yaxın bir dövlətdə yaşayırdı. Əvvəl onun adı Rusiya imperiyası, sonralar isə Sovet İttifaqı idi. Bu müddət ərzində onlar sözün həqiqi mənasında vahid iqtisadi, siyasi, sosial və mədəni məkana qovuşdular. Zavodlar vahid mərkəzdə hazırlanmış planlar üzrə məhsul istehsal edir, gənclər eyni orduda xidmət edirdilər. Ali məktəblər bütün respublikaların nümayəndələrinə açıq idi. İnsanlar milliyyətindən, yaşadığı böyük ölkənin ərazisindən asılı olmayaraq qarışıq ailələr yaradır, uşaq böyüdür, həyati planları nəzərdə tutaraq onları yerinə yetirirdilər. Bütün bunlar bir anda uçuldu. Hərə özü üçün yaşamağa başladı. Yeni yaranmış ölkələrin coğrafiyasında ortaya çıxmış ən ciddi sual "Belə şəraitdə münasibətləri necə qurmaq lazımdır?'' idi.

Bu gün, 25 il ötəndən sonra məmnuniyyətlə deyə bilərik ki, Rusiya və Azərbaycan bu suala lazımi cavab tapa bildi. İki ölkə milli maraqlara cavab verən, eyni zamanda beynəlxalq və regional təhlükəsizliyə sidmət edən yeni münasibətlər modelini qura bildi. Bir vaxtlar mövcud olmuş vahid vətənin dağılmasının neqativ fəsadlarını minimuma endirərək, həmçinin birgə yaşayış zamanı formalaşmış dəyərləri qoruyaraq, biz tarixi irsdən layiqincə "baş çıxartdıq''. Keçmiş Rusiya və Azərbaycanı ayırmır (təəssüf ki, bəzi postsovet ölkələri ilə bu vəziyyətin əksi baş verir), əksinə birləşdirir. Vaxt keçdikcə biz bu nailiyyətin əhəmiyyətini daha yaxşı anlayırıq.

Qarşılıqlı anlaşma yolu asan deyildi. Bakıda Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə "Xalq Cəbhəsi'' hökuməti idi və onun Moskva ilə münasibətləri, yumşaq desək, prioritet olmayıb. Bu vəziyyət Moskvanı da müvafiq ahəngə kökləyirdi. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev ona xas olan müdriklik və strateji düşüncə ilə başa düşürdü ki, Azərbaycanın dövlətçiliyini şimal qonşusu ilə qarşıdurma və keçmişin üstündən xətt çəkməklə qurmaq olmaz. Lakin Qafqazda çətinliklərlə qarşılaşan Moskvada Heydər Əliyevin mövqeyi və jestləri heç də hər zaman müsbət qəbul edilmirdi.

Nəhayət, 2001-ci ildə öz dövlətlərinin rəhbərliyinə gələn Vladimir Putin və Heydər Əliyev qarşılıqlı anlaşma yollarını tapıb, münasibətlərin yeni prinsiplərini işləyib hazırladılar

Bu prinsipləri aşağıdakı şəkildə xülasə etmək olar:

- birincisi, bir-birinin suverenliyinə və müstəqilliyinə tam hörmət;

- ikincisi, bir-birinin maraqları anlayışı və onların səmərəli və qarşılıqlı balansı əsasında əməkdaşlığın qurulması;

- üçüncüsü, bir-birinin uğur və nailiyyətlərində maraqlı olaraq, qarşılıqlı imkanların qiymətləndirməsində praqmatizm və realizm, bir-birimizi olduğu kimi qəbul etmək.

Bu prinsiplər vaxtilə işləyib və indi də işləyir. 25 il ərzində Azərbaycan Rusiya üçün strateji tərəfdaşa çevrilib. Bunun əhəmiyyəti Rusiyanın Şimali Qafqaza yaxınlığı, Xəzəryanı ölkə statusu, iqtisadi potensialı, energetika sahəsində unikal rolu və Rusiya ilə ümumi dil tapma arzusu kimi amillərlə müəyyən edilir.

Rusiyanın Azərbaycanla əməkdaşlığı siyasi, ticari-iqtisadi və humanitar xarakterli məsələlərin tam spektrini əhatə edir. Ticari-iqtisadi əlaqələrin həcminə görə Rusiya Azərbaycanın beş əsas xarici tərəfdaşı sırasına daxildir. Qeyri-neft sektoru sahəsində isə Rusiya Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Bu trend Azərbaycan rəhbərliyinin şaxələndirmə kursu ilə üst-üstə düşür, yeni iş yerlərinin yaradılmasına təkan verir, on min, bəlkə də, yüz min insanın maddi vəziyyətində öz əksini tapır.

Rusiya və Azərbaycan hərbi-texniki sahədə fəal əməkdaşlıq edir və hərbi əlaqələri dəstəkləyir. Bizi həm də Xəzər dənizini "sülh, dostluq və əməkdaşlıq dənizi'' etmək kimi qarşılıqlı səylərin ümumiliyi yaxınlaşdırır. Rusiya regionları Azərbaycana böyük maraq göstərir və Bakı bu marağa qarşılıqlı şəkildə cavab verir. Rusiya-Azərbaycan humanitar, mədəni əlaqələri haqqında artıq kitablar yazmaq olar.

Bəzi postosvet ölkələri yeni tarixi vaxtilə millətlərarası əlaqələrin etibarlı vasitəsi olan rus dilindən nümayişkaranə şəkildə rəddetmə üsulundan başladılar. Yeni siyasətçilər bununla özünəməxsusluğu qorumaq istəsələr də, bunun nəticələri məhvedici oldu. Azərbaycanda isə rus dilindən qorxmadılar. Burada düzgün sual qoydular: Əgər 200 il rus dili Azərbaycan üçün dünyaya pəncərə idisə, onu yeni şəraitdə bağlamağın nə mənası var? Cavab da düzgün idi. Nəticədə Azərbaycan müsəlman və türk mədəniyyətinin üzvi hissəsi olaraq, rus dili və rus mədəni arealında iştirakını saxlayaraq, rus dilində məlumatlar, təhsil və mədəniyyət məhsulları əldə etmək arzusunda olanlara bu imkanı verdi. Bu sahədə unikal vəziyyəti səciyyələndirən faktlar hamıya yaxşı məlumdur və onları təkrar etməyə ehtiyac yoxdur.

Azərbaycan rəhbərliyinin ağıllı siyasəti sayəsində bu gün rus dili ölkənin rifahı naminə işləyir və milyonlarla vətəndaşın maraqlarına xidmət edir. Digər tərəfdən bu, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə təkan verən amildir və bizi – rusları Azərbaycan dili və mədəniyyətinin Rusiyada yayılmasına həvəsləndirir. Biz də böyük məmnuniyyətlə bunu edirik.

25 il əvvəl Rusiya və Azərbaycan iki ölkə arasında insani və humanitar əlaqələrin qorunub saxlanılmasına görə yüksək dərəcədə məsuliyyət göstəriblər. Axı bizim münasibətlərimiz tək müqavilə və sazişlərin, bayramlar ərəfəsində tədbirlərin keçirilməsi toplusu deyil. Hər iki dövlət yaxşı başa düşür ki, bu münasibətlərin evvektivliyi milyonlarla insanın taleyinə təsir göstərir. Azərbaycanda elə bir ailə tapmaq mümkün deyil ki, onların yaxın və uzaq qohumlarından biri Rusiyada olmasın. Rusiyada azərbaycanlıların nəhəng, çoxminli ordusu çalışır, oradan gələn vəsaitlər əksər ailələrin maddi rifahının mənbəyidir. Öz növbəsində Azərbaycanda Qafqazda ən böyük rusdilli icma yaşayır. Müqavilə-hüquq bazasının yaradılması yeni geosiyasi şəraitdə həmin insanlara hər iki ölkənin ərazisində özlərini rahat hiss etmək və potensiallarını tam realizə etmək imkanını yaradır. Bu isə bizim münasibətlərdə ikitərəfli ticari əlaqələr və yaxud mədəni tədbirlərdən az əhəmiyyət daşımır.

Bir-birinin müstəqilliyinə və müstəqil siyasət aparmaq hüququna hörmət etmək hər bir ölkəyə beynəlxalq məkanda öz rolunu oynamağa imkan verir. Bir-birimizi gözəl anlamağımıza əmin olaraq, biz bir-birimiz qarşısında hesabat vermirik. Bunun əsasında maraqlar üst-üstə düşəndə əməkdaşlıq etmək, uyğun gəlmədiyi halda sakit dialoq aparmaq olar. Bu, Rusiyanın fəal vasitəçi rolunu oynadığı və bunu davam etdirdiyi Dağlıq Qarabağ probleminə, Xəzər mövzusuna, MDB-yə münasibətə və digər beynəlxalq məsələlərə aiddir.

Azərbaycanın müstəqil siyasətinin incə detallarının anlayışla qəbul edilməsi və ona hörmət olunması Rusiya Federasiyası üçün vacibdir. Rusiya Federasiyasının Bakıdakı səfiri kimi işlədiyim bu bir neçə ilə əsaslanıb qeyd edə bilərəm ki, Azərbaycan Moskva ilə dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyinə yüksək qiymət verir. Müasir dəyişkən dünyada etibarlı və yaxın tərəfdaş tapmaq elə də asan deyil.

Diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü tarixin ancaq başlanğıcıdır. Azərbaycanın qarşısında yeni imkanlar açılır, lakin yeni çağırışlar da meydana çıxır. Rusiya Azərbaycanın sabit, müstəqil və güclü dövlət kimi inkişaf etməsində maraqlıdır. Heç bir şey cənub sərhədlərimizdə belə bir qonşu ölkənin olmasından vacib ola bilməz. 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...