THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rumıniya Azərbaycanın Aİ və NATO ilə əməkdaşlığının dərinləşməsi və gələcək inkişafında həlledici dəstəkçilərdən biridir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
198
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 may 2017 – Newtimes.az

Daniel Kristian Çiobanu

Rumıniyanın Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar mən səmimi qəlbdən sizi təbrik etmək və bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim. Bu, əhəmiyyətli tarixi bir hadisədir. Rumıniyanın dünyada Azərbaycanın müstəqilliyini tanıyan (11 dekabr 1991-ci il) ikinci dövlət olduğunu qeyd etmək vacibdir. Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlər isə 1992-ci il iyunun 19-da qurulmuşdur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra müvafiq vaxtlarda Rumıniya prezidentlərinin Bakıya səkkiz səfəri baş tutmuşdur (onlardan dördü rəsmi, digər dördü isə işgüzar səfər statusunda olmuşdur). Azərbaycan Prezidentinin Rumıniyaya ilk rəsmi səfəri 1995-ci ilin iyulunda Zati-aliləri cənab Heydər Əliyev tərəfindən olmuşdur. Zati-aliləri cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olduqdan sonra, 11-12 oktyabr 2004-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin Buxarestin ən gözəl parklarından birində büstünün açılışı zamanı Rumıniyaya rəsmi səfər etmişdir. Həmin tarixdən bu günədək Zati-aliləri cənab İlham Əliyevin Rumıniyaya dörd səfəri olmuşdur. 2007- ci il sentyabrın 24-də Zati-aliləri cənab İlham Əliyev Buxarestdə Heydər Əliyev Fondunun Nümayəndəliyinin açılışında iştirak etmişdir. 2009-cu il sentyabrın 28- də Rumıniya və Azərbaycan prezidentləri Buxarestdə enerji sahəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasının qoyulması ilə bağlı Deklarasiya imzalamışlar.

Mən 2011-ci ilin noyabrından etibarən Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri kimi xidmət etməkdən böyük fəxr və şərəf hissi duyuram. Rumıniya səfirliyinin Bakıda açılmasından bəri (3 noyabr 1998-ci il) bu missiyanın üçüncü rəhbəriyəm. Diplomatik səlahiyyət müddətim ərzində mən Azərbaycanda möhtəşəm inkişafa şahid olmuşam. Bir çoxlarının qeyd etdiyi kimi, Bakı Xəzər dənizinin həqiqi mirvarisinə və Qafqazın almazına çevrilmişdir. Azərbaycanda səfər etdiyim digər şəhərlər (Gəncə, Şəki, Qəbələ, Quba, Naxçıvan, Şamaxı, Şəmkir, Mingəçevir, Bərdə və Lənkəran) də müasirləşmə nöqteyi-nəzərindən mənə yüksək təəssürat bağışlamışdır. Mən Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasından sonra əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istəyirəm.

2011-ci ilin noyabrında Azərbaycan Respublikasına gəlişimdən sonra mən diqqətimi Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri ərzində imzalanmış (18-19 aprel 2011-ci il) ikitərəfli strateji tərəfdaşlığımızın həyata keçirilməsi üçün Birgə Fəaliyyət Planına daxil olan tədbirləri uğurla həyata keçirməyə yönəltmişəm. Bu tədbirlər aşağıdakı sahələri əhatə edir: siyasi dialoq, iqtisadi əməkdaşlıq və investisiya, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq, çoxtərəfli çərçivədə əməkdaşlıq, insanlararası əlaqələrin inkişafı və mədəniyyət sahəsində əməkdaşlıq.

Rumıniya Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti arasındakı dinamik dialoq və əla əməkdaşlıq ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətlərinin inkişafına mütərəqqi töhfələr vermişdir. Müsbət əlaqələr həmçinin Prezident Administrasiyalarının nümayəndələri səviyyəsində də davam edir. Milli təhlükəsizlik məsələləri üzrə Rumıniya Prezidenti məsləhətçisinin Azərbaycana etdiyi səfərinə (27-29 fevral 2012-ci il) cavab olaraq, 6-9 iyun 2013-cü il tarixlərində Müdafiə məsələləri üzrə Prezident köməkçisi Vahid Əliyev Buxarestə səfər etmişdir. Rumıniya Prezidenti yanında Strateji Məsələlər və Beynəlxalq Təhlükəsizlik üzrə Müşavir də 2012-ci il iyunun 28-də və 2013-cü il aprelin 4-də Bakıya səfər etmişdir.

Son illər hökumətlərarası əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Mən səfirliyin komandası və azərbaycanlı həmkarlarımızla birgə Rumıniya Baş nazirinin bizim ikitərəfli münasibətlər tariximizdə Bakıya ilk rəsmi səfərini (26-27 iyun 2013- cü il) təşkil etməkdən məmnunluq duydum. Biz həmçinin Rumıniya Baş nazirinin Bakıda 28-29 iyun 2014-cü il tarixlərində səfərini və onun ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinin mümkünlüyü istiqamətində müzakirələr aparmaq üçün Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abbasovla görüşünü təşkil etdik. 2015-ci ilin iyununda Rumıniya Baş nazirinin müavini, Səhiyyə naziri, Gənclər və idman naziri də daxil olmaqla, Baş nazirin başçılığı ilə mötəbər Rumıniya nümayəndə heyəti Azərbaycana səfər etmiş və I Avropa Oyunlarının açılış mərasimində iştirak etmişlər.

Rumıniyanın və Azərbaycan Respublikasının Xaric İşlər Nazirlikləri səviyyəsində əməkdaşlıqlar da yüksək templə inkişaf etmişdir. Rumıniyanın Xarici işlər nazirinin Azərbaycan Respublikasına (25-26 aprel 2013-cü il) və Azərbaycan Respublikasının Xarici işlər nazirinin Rumıniyaya (15-16 sentyabr 2014-cü) rəsmi səfərləri bizim tərəfdaşlığımızın möhkəmlənməsinə töhfələr vermişdir. Bundan əlavə, Buxarestdə (10 oktyabr 2012-ci il) və Bakıda (14 mart 2014-cü il və 10 mart 2016-cı il) Dövlət katibi/Xarici işlər nazirinin müavini səviyyəsində ikitərəfli siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilmişdir.

Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri (30 iyun-1 iyul 2014- cü il) və Müdafiə naziri (27-28 avqust 2014-cü il) tərəfindən Rumıniyaya edilən rəsmi səfərlər ölkələrimiz arasındakı münasibətlərin dinamikası üçün vacib anlar olmuşdur.

Parlamentlərarası dialoq münasibətlərimizin ümumi kompleksində müsbət rol oynayır. Mən səfirliyin komandası və Milli Məclisdəki həmkarlarımızla birgə Rumıniyanın Deputatlar Palatasının Prezidentinin ikitərəfli münasibətlərimizin tarixində Bakıya ilk səfərini (13-16 mart 2013-cü il) təşkil etməkdən məmnun oldum.

Bakıya gəlişimdən bəri ikitərəfli iqtisadi münasibətləri əla siyasi dialoq səviyyəsinə çatdırmaq məqsədilə onun güclənməsinə xüsusi diqqət ayırmışam. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan müstəqil dövlətə çevrildikdən sonra Rumıniyanın Azərbaycana ixracatı 4 il ardıcıl olaraq artmış və 2015-ci ildə ən yüksək səviyyəyə çatmışdır (Rumıniya ixracatı 2015-ci ildə 2011-ci illə müqayisədə 14.90 milyon ABŞ dollarından 64.71 milyon ABŞ dollarına qədər yüksələrək 4 dəfə artıq olmuşdur). Avropa İttifaqı ölkələrindən Azərbaycana ixracatın 2014-cü illə müqayisədə 2015-ci ildə 5,18% azalması faktına baxmayaraq, Rumıniyanın Azərbaycana ixracatı həmin müddətlərdə 15,87% yüksəlmişdir. 2015-ci ildə Rumıniyanın Azərbaycana ixracatı rəsmi Bakının strateji tərəfdaşı, Rumıniyanın isə qonşusu olan Macarıstanın ixracatından 2,3 dəfə, Bolqarıstanın ixracatından 5 dəfə və Serbiyanın ixracatından 15 dəfə yüksək olmuşdur. Rumıniya mebeli, toxuculuq, ayaqqabı və famakoloji məhsulları Azərbaycanda yüksək qiymətləndirilir. Mən çox şadam ki, son illərdə Rumıniya mebeli satan mağazların sayı əhəmiyyətli dərəcədə artmışdır. Aviasiya və optik sənaye tipli qazma avadanlıqları və məhsullarına da böyük təlabat duyulur. İKT sahəsində əməkdaşlıq yaxşı nəticələr vermişdir. Azərbaycanın Rumıniyada maliyyə imkanları da davamlı olaraq artmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Rumıniya bazarına daxil olmuş və hal-hazırda bütün Rumıniya ərazisində 33 yanacaqdoldurma məntəqəsinə malikdir. Azərbaycan vətəndaşına məxsus "Nobel” Neft Xidmətləri Şirkəti 2015-ci ilin noyabrında bir filialı vasitəsilə Rumıniyada özünün ilk yanacaqdoldurma məntəqəsini açmışdır.

Enerji məsələləri ikitərəfli iqtisadi əməkdaşlığımızın strateji prioritetlərini təşkil edir. Rumıniya Avropa İttifaqı və Cənub-Şərqi Avropaya doğru enerji təchizatı və tranzit yolları diversifikasiyasına töhfələr verəcək Cənub Qaz Dəhlizinin açılışını dəstəkləyir. Rəsmi Buxarest və Bakı Xəzər dənizi və Avropa bazarında q ən qısa yolu təmin edə bilən Azərbaycan – Gürcüstan – Rumıniya – Macarıstan (AGRİ) qaz interkonnektorunun inkişafının ardıcıl dəstəkçiləri olmuşlar. Son üç ildə Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev iki dəfə Rumıniyaya səfər etmişdir (13-14 aprel 2014 və 23-24 iyun 2015).

Rumıniya Azərbaycan ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Konstansa limanı və Danube çayının üstünlüklərindən yararlanaraq, Qara dəniz və Xəzər dənizi arasında "Yükdaşıma nəqliyyat dəhlizi” layihəsi mal mübadiləsinin artırılması və ticarətin həcminin regional səviyyədə yüksəlməsi üçün geniş imkanlar yaradır.

Rumıniyanın Prezidenti kimi Zati-aliləri cənab Klaus İohannis strateji tərəfdaşlıq səviyyəsinə yüksələn və bu tərəfdaşlığın həyata keçirilməsi üçün Fəaliyyət Planı vasitəsilə davamlı olaraq möhkəmlənən Rumıniya-Azərbaycan iqtisadi əməkdaşlığının potensial artımının kapitallaşdırılması üçün binaların təqdim edilməsini, Rumıniya və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətlərini xüsusi qeyd etmişdir.

Çoxtərəfli çərçivədə ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir. Rumıniya Azərbaycanın Aİ və NATO ilə əməkdaşlığının dərinləşməsi və gələcək inkişafında həlledici dəstəkçilərdən biridir. Rumıniya NATO standartlarına uyğun olaraq öz təcrübəsini, təhlükəsizlik və müdafiə sektorlarında islahatların həyata keçirilməsi üçün ekspert biliklərinin verilməsini təqdim etməklə Avroatlantik məkana inteqrasiya təcrübəsini paylaşa bilən NATO-nun üzvü mövqeyindən çıxış edir.

NATO-nun Azərbaycan Respublikasındakı əlaqələndirici səfirliyi kimi mandatlığının ardıcıl dördüncü mərhələsində çalışmaq (Əlaqələndirici səfirlik qismində bir ölkənin belə uzunmüddətli iştirakı hazırda yeganə haldır) bizim ikitərəfli münasibətlərimizə olan inamın və əla səviyyənin aydın göstəricisidir. Son səkkiz ildə Rumıniyanın diplomatik missiyası Azərbaycanın müvafiq maraqlı tərəfləri ilə bir çox ictimai-diplomatik fəaliyyətlər (konfranslar, dəyirmi masalar, tədbirlər və seminarlar) təşkil etmişdir. Bu tədbirlər NATO-nun Azərbaycanda müsbət imicinin formalaşmasına töhfələr vermiş, xüsusilə də Şimali Atlantika İttifaqı və NATO-Azərbaycan əməkdaşlığının faydaları ilə bağlı Azərbaycanın gənc nəsli arasında ictimai məlumatlandırılmanı artırmışdır. Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Parlamenti, xüsusən də onun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ictimai diplomatiyanın fəaliyyətlərinə dəstək vermişdir. Bizim əsas yerli tərəfdaşlarımız Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və digər təşkilatlar olmuşdur. Rumıniyanın diplomatik missiyası Azərbaycanda Şimali Atlantika İttifaqının dəyər və prinsiplərinin tanınmasına daima diqqət ayırmışdır. Azərbaycanın səlahiyyətli orqanları və yerli qeyri-hökumət təşkilatları Rumıniya səfirliyinin NATO-nun əlaqələndiri səfirliyi qismindəki mandatlığının yerinə yetirilməsi yollarını qiymətləndirdiklərini bildirmişlər. NATO və Azərbaycan arasındakı münasibətlərin regional stabillik və təhlükəsizliklə bağlı xüsusi strateji dəyəri vardır. Şimali Atlantika İttifaqının üzvləri Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə olan dəstəklərində sadiqdirlər.

Rumıniya və Azərbaycan arasındakı mədəni bağlar çiçəklənməkdədir və bunlar qarşılıqlı əlaqənin daha sıx olması üçün güclü özül kimi xidmət göstərir. Hər il yanvarın 15-də Rumıniyanın Milli Mədəniyyət Günü Azərbaycanda qeyd edilir. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Rumıniyanın Bakıdakı səfirliyi ilə birgə "Rumıniya Poeziyası Günü” təşkil olunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rumıniya səfirliyi və "Azərmarka” Bakıda hər iki ölkə üçün səciyyəvi olan dəyərli saxsı və qobelen (şpalera) sənətkarlıq nümunələrinə həsr edilmiş ənənəvi xalq incəsənəti mövzusunda Rumıniya-Azərbaycan birgə marka nəşrinin (Oltenia regionuna aid olan Horezu keramik fincanı milli xalça ilə bir yerdə, buna uyğun olaraq isə Lahıca aid olan misdən Azərbaycan qabı və yerli naxışlardan ibarət xalça) buraxılışını qeyd etmək üçün təntənəli mərasim təşkil etmişdir. 2012-ci ildən başlayaraq hər il bizim səfirlik Rumıniyanın sevimli bəstəkarı Corce Eneskunun Bakıdakı abidəsi qarşısında əklilqoyma mərasimini təşkil edir. Avropa İttifaqının diplomatik missiyası tərəfindən Azərbaycanda təşkil edilən və Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qarşılanan Avropa Film Festivalında hər il bir Rumıniya filmi nümayiş olunur. Rumıniya səfirliyi hər il Avropa Şəhərciyi Festivalında ("İçəri Şəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqına üzv ölkələrin diplomatik missiyaları tərəfindən Bakıda təşkil edilir), eləcə də Azərbaycan Diplomatik Akademiyası tərəfindən təşkil edilən Beynəlxalq Mədəniyyət Festivalında öz milli pavilyonunu nümayiş etdirdikdən sonra Rumıniyanın xalq ənənələri artıq Azərbaycanda yaxşı tanınır və qiymətləndirilir. 2013-cü il dekabrın 1-də (Rumıniyanın Milli Günü münasibətilə) təntənəli qış musiqilərini (YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olunan) ifa edən rumın xalq qrupunun iştirakı ilə Rumıniya səfirliyi tərəfindən Bakıda təşkil edilmiş konsert uğurla baş tutdu. Yaxın bir neçə il bundan əvvəl Rumıniya səfirliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş və nəşr edilmiş rumın nağılları kitabı Azərbaycandakı valideyn və uşaqlar tərəfindən çox maraqla qəbul edilmişdir.

Mən Azərbaycanın səlahiyyətli orqanlarına Rumıniyaya verdikləri daimi dəstəyə görə təşəkkür etmək istərdim. Mən 2013-cü ilin dekabrında Rumıniyanın Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş "Rumıniya diplomatiyasının 150 ili” fəxri diplomlarını Rumıniyanın tanınmasında və ümumiyyətlə, beynəlxalq münasibətlər sahəsindəki mühüm xidmətlərinə görə Xarici işlər naziri Zati-aliləri cənab Elmar Məmmədyarov, Energetika naziri Zati-aliləri cənab Natiq Əliyev, Prezident Administrasiyası rəhbərinin müavini Zati-aliləri cənab Novruz Məmmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Zati-aliləri cənab Səməd Seyidov, Xarici işlər nazirinin müavini Zati-aliləri Hafiz Paşayev, Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Zati-aliləri cənab Azay Quliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Zati-aliləri cənab Fərhad Məmmədov kimi Azərbaycanın dəyərli insanlarına təqdim etmək şərəfinə nail oldum.

Mən tamamilə əminəm ki, hər iki tərəfin birgə səyləri ilə parlaq gələcəyin qurulmasına əhəmiyyətli töhfələr vermək üçün əməkdaşlığımız gələcəkdə də inkişafa nail olacaqdır. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə bütün Azərbaycan xalqına arzularımı bir daha çatdırmaq istəyirəm.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...