THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qırğızıstan-Azərbaycan münasibətləri müsbət inkişaf perspektivlərinə malikdir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
193
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 aprel 2017 – Newtimes.az

Aycigit Buranov,

Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

2016-cı ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi tamam olur. Bu il həm də Qırğızıstan Respublikasının dövlət müstəqilliyinin yubiley ilidir.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının yüksək dövlət maraqlarına və onun iradəsinə əsaslanaraq, o cümlədən Azərbaycan Respublikasının 1918-ci ildən 1920-ci ilə kimi beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmasını da qeyd edərək, müstəqilliyin bərpası haqqında Bəyannamə qəbul etmiş və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir.

1991-ci il avqustun 31-də Qırğızıstan Respublikasının Ali Soveti Qırğızıstanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etmişdir. Qırğız xalqı müstəqilliyin ilk günlərindən etibarən qardaş Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini tanımışdır.

2016-cı ildə həm də Qırğızıstan və Azərbaycan arasındakı diplomatik əlaqələrin yaradılmasının 23-cü ili tamam olur. Qırğızıstanda və Azərbaycanda diplomatik münasibətlərin qurulmasına xüsusi əhəmiyyət verilir. Bu, böyük tarixi və siyasi hadisə olmaqla, Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrində əsaslı və mühüm məna kəsb edir. Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasındakı diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da verbal nota yolu ilə yaradılmışdır.

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyi 2007-ci il dekabrın 28-də açılmışdır. 2012-ci il avqustun 10-da Bakıda açılan Qırğızıstan Respublikasının diplomatik missiyası Qırğızıstan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 2014-cü il oktaybrın 24-də Azərbaycan Respublikasında Qırğızıstan Respublikasının səfirliyi adını almışdır.

Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daimi qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq və regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir.

Qırğızıstan Respublikası və Azərbaycan Respublikası daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsinə diqqət yetirir.

İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin əsas inkişaf mərhələlərinə aşağıdakı hadisələr aiddir:

İlk səfər ikitərəfli formatda 1993-cü ilin fevral ayında baş vermişdir. Azərbaycan Respublikasının Hökumət nümayəndələrinin Bişkekə səfəri zamanı hökumətlərarası və idarələrarası bir sıra müqavilələr imzalanmışdır.

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Manas” eposunun 1000 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfər etmişdir.

Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi məqsədilə 14-15 noyabr 1996-cı il tarixində Qırğızıstan Respublikasının Xarici işlər naziri R.Otunbayeva Bakıya səfər etmişdir. 1997- ci il aprelin 23-də isə Qırğızıstan Respublikasının Prezidenti Ə.Akayevin Bakıya rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı "Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, o cümlədən investisiya, istehsalat kooperasiyası, təqaüd təminatı, sənaye mülkiyyətinin mühafizəsi, hüquqi informasiya mübadiləsi, turizm və əmək fəaliyyəti sahələrində bir sıra sazişlər imzalanmışdır.

1-3 iyun 2004-cü il tarixlərində Qırğızıstan Respublikasının Müdafiə naziri E.Topoyev Azərbaycan Respublikasına rəsmi səfərdə olmuşdur. Səfərin nəticəsi olaraq "Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

3 dekabr 2004-cü il tarixində Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi yanında Gəlirlər Komitəsinin sədri Z.Malabekov Azərbaycan Respublikasına səfər etmiş və bu səfər əsnasında "Qırğızıstan Respublikası Maliyyə Nazirliyi yanında Gəlirlər Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır.

26-29 mart 2007-ci il tarixlərində Qırğızıstan Respublikasının Müdafiə naziri İ.İsakovun Azərbaycan Respublikasına rəsmi səfəri olmuşdur. Səfər zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində qırğız kursantlarının təhsil şərtləri haqqında Azərbaycan tərəfilə razılıq əldə edilmişdir.

15-16 oktyabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Müdafiə nazirinin Qırğızıstan Respublikasına cavab səfəri olmuşdur. Səfər zamanı nazir Qırğızıstan Respublikasının ali rəhbərliyi tərəfindən qəbul edilmiş, Qırğızıstan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi məktəblərində təhsil alması haqqında iki ölkənin hərbi idarələri arasındakı sazişə əsasən Protokol imzalanmışdır.

29 dekabr 2010-cu il tarixində Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini O.Babanovun Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığın aktivləşdirilməsi, xüsusilə ticarət-iqtisadi, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclasının keçirilməsi, Qırğızıstan Respublikasında Qırğızıstan-Azərbaycan Fondunun təsis edilməsi haqqında razılıq əldə edilmiş və Azərbaycan neft məhsullarının Qırğızıstan Respublikasına tədarükü imkanları müzakirə olunmuşdur.

3-5 iyul 2011-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədovun dəvətilə Qırğızıstan Respublikası Parlamentinin – Toraqa Joqorku Keneşin Sədri A.Keldibekovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

1 dekabr 2011-ci il tarixində Qırğızıstan Repsublikasının dövlət başçısı A.Atambayevin "Ala Arça” dövlət iqamətgahında Qırğızıstan Respublikası Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə səfər edən Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə ilə görüşü olmuşdur. Görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə edilmişdir.

20 dekabr 2011-ci il tarixində Moskva şəhərində Qırğızıstan Respublikasının Prezidenti A.Atambayev Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevlə danışıqlar aparmış, habelə bu danışıqlar zamanı tərəflər iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etmişlər. Dövlət başçısı İlham Əliyev Qırğızıstan Repsublikasının rəhbəri A.Atambayevi Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Dəvət qəbul olunmuşdur.

29-31 mart 2012-ci il tarixlərində Qırğızıstan Repsublikasının Prezidenti A.Atambayev Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər çərçivəsində Qırğızıstan Respublikasının dövlət başçısı Azərbaycan Repsublikasının dövlət başçısı İlham Əliyev, Azərbaycan Repsublikasının Baş naziri A.Rasizadə və Azərbaycan Repsublikası Milli Məclisinin Sədri O.Əsədovla görüşlər keçirmişdir. A.Atambayev həmçinin Azərbaycan Repsublikası parlamentinin deputatları qarşısında çıxış etmişdir.

Yüksək səviyyədə keçirilən Qırğızıstan-Azərbaycan danışıqları tərəflərin mütəmadi olaraq sıx və konstruktiv siyasi dialoq saxlamaq, qarşılıqlı dəstək və etibar əsasında Qırğızıstan-Azərbaycan tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək kimi qəti niyyətlərini təsdiq etmişdir. Bununla əlaqədar olaraq, tərəflər dövlət rəhbərləri səviyyəsində Dövlətlərarası Şuranın yaradılması haqqında razılığa gəliblər. Qırğızıstan Respublikası və Azərbaycan Respublikasının dövlət başçıları neft-qaz, energetika, turizm, maliyyə və bank sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə, birgə müəssisələrin yaradılmasına, sahibkarlıq subyektləri və birlikləri arasında əlaqələrin gücləndirilməsinə, mədəni əlaqələrin möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Keçirilən ikitərəfli danışıqlar nəticəsində Qırğızıstan Respublikası və Azərbaycan Respublikasının dövlət başçılarının Birgə Bəyanatının da daxil olduğu 6 sənəd imzalanmışdır.

23 avqust 2012-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) II Zirvə görüşündə iştirakı çərçivəsində "Ala Arça” dövlət iqamətgahında Qırğızıstan Respublikasının Baş naziri O.Babanovun Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə ilə görüşü olmuşdur.

15-16 avqust 2013-cü il tarixlərində Qırğızıstan Respublikasının Prezidenti A.Atambayev Azərbaycanın Qəbələ şəhərində keçirilən TDƏŞ-in III Zirvə görüşündə iştirak etmişdir. TDƏŞ-in bu zirvə görüşü çərçivəsində Qırğızıstan və Azərbaycan prezidentlərinin görüşü də keçirilmişdir.

21 oktyabr 2013-cü il tarixində Qırğızıstan Respublikasının Prezidenti A.Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə istənilən münasib vaxtda Qırğızıstan Respublikasına rəsmi səfər etməsi məqsədilə rəsmi dəvətməktubugöndərmişdir. Məktubda"QırğızıstanınAzərbaycanRespublikası ilə ənənəvi dostluq və əməkdaşlıq bağlarını yüksək qiymətləndirdiyi və qarşılıqlı anlaşma və fayda əsasında həmin əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyi” bildirilmişdir. Dəvət məktubunda "Qırğızıstan-Azərbaycan əlaqələrinin ölkələrimizin xalqlarının uzunmüddətli maraqlarına cavab verərək yeni inkişaf mərhələsinə keçdiyi” qeyd olunmuş və "Sizin səfəriniz ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyi” əminliklə ifadə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci ildə gözlənilən qarşılıqlı səfəri Qırğızıstan-Azərbaycan ikitərəfli münasibətləri tarixində ən əhəmiyyətli dönüş nöqtələrindən biri olacaq və iki ölkə arasında iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində əməkdaşlığa yeni təkan verəcək.

Qeyd etmək lazımdır ki, əlaqələrin və görüşlərin müntəzəmliyi, ölkələrimizin rəhbərləri arasındakı səmimi və konstruktiv münasibətlər yüksək səviyyəli qarşılıqlı siyasi təsirin göstəricisidir. İki ölkə arasında qonşuluq münasibətlərinin etibarlı surətdə inkişafının təsdiqi olaraq Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, həmçinin iki ölkənin parlament sədrlərinin, baş nazirlərinin, xarici işlər nazirlərinin görüşünü qeyd etmək olar.

Son illərdə Qırğızıstan və Azərbaycan arasında parlamentlərarası əlaqələr kifayət qədər fəal inkişaf edir və Qırğızıstan Respublikasının parlament üzvləri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər.

Belə ki, 11-14 iyun 2014-ci il tarixlərində Bakıda səfərdə olan Qırğızıstan Respublikasının Toraqa Joqorku Keneşin (parlamentin) Sədri A.Jeenbekov Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin 5-ci plenar iclasında iştirak etmişdir. Səfər zamanı cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikası Milli Məclisin Sədri cənab O.Əsədov ilə görüşlər keçirilmişdir.

28-29 aprel 2015-ci il və 17-19 may 2015-ci il tarixlərində Açıq Cəmiyyətlərin III Qlobal Forumu və Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumunun işində iştirak etmək üçün başda Qırğızıstan Respublikası parlamentinin sədr müavini B.Mamırova olmaqla parlament nümayəndə heyəti Bakıda olmuşdur.

Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini, Qırğızıstan- Azərbaycan arasında ticari-iqtisadi, elmi-texniki və mədəni-humanitar məsələlər üzrə Hökumətlərarası Komissiyanın həmsədri T.Sarpaşevin 12-13 iyun 2015-ci il tarixində Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfəri Qırğızıstan və Azərbaycan arasında siyasi əməkdaşlığın inkişafında mühüm yer tutur.

Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir. Komissiya yarandığı gündən ikitərəfli iqtisadi əlaqələrin aktual məsələləri müzakirə olunmuş və gələcək əməkdaşlığın daha yüksək prioritet sahələri müəyyən edilmişdir. Tərəflərin baxılması və sonradan qəbulu üçün təklif edilən layihə sənədlərinin razılaşdırılması üzrə komissiya çərçivəsində işlər görülür. 2012-ci ilin aprel ayında Bişkekdə Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmişdir.

2014-cü ilin sentyabr ayında Bakıda iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ikinci iclası keçirilmişdir. Təhlillərə əsasən, Qırğızıstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin hazırkı həcmi, həmçinin investisiya və iqtisadi əlaqələr iki ölkənin mövcud real imkanlarına cavab vermir.

Qırğızıstan və Azərbaycan arasında hal-hazırda aşağıdakı məsələlər müzakirə edilir: Bişkek şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına parkın açılışı; Qırğızıstan tərəfindən təklif olunan investisiya layihələrinin həyata keçirilməsi; Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması.

Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyinin məlumatına əsasən, hal-hazırda Qırğızıstanın ali təhsil müəssisələrində 42 Azərbaycan vətəndaşı təhsil alır.

Bundan başqa, Qırğızıstanda təqribən 20 min etnik azərbaycanlı yaşayır ki, onların da böyük əksəriyyəti XX əsrin 30-cu illərinin əvvəllərində siyasi repressiya zamanı Azərbaycandan məcburi sürgün nəticəsində Qırğızıstanda məskunlaşanlardır.

Mədəniyyət xadimləri iki ölkənin dövlət ərazisində keçirilən çoxsaylı festivallarda, müsabiqələrdə, forumlarda, konfranslarda, konsertlərdə və digər tədbirlərdə iştirak edərək müntəzəm surətdə təcrübə mübadiləsi aparırlar.

2008-ci ildə postsovet məkanlarından biri olaraq ilk dəfə azərbaycanlılar görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 80 illik yubileyini qeyd etdilər. İstedına xüsusi ehtiram və hörmət əlaməti olaraq Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli, görkəmli yazıçıya Azərbaycan Respublikasının "Dostluq” ordenini təqdim etmişdir.

Bütövlükdə, ikitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası tərəflərin qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələrinin dərinləşməsində və siyasi münasibətlərin gücləndirilməsində maraqlı olduğunu göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, ticarət-iqtisadi sahədə kifayət qədər istifadə olunmayan potensial mövcuddur ki, onu da tamlıqla, xüsusilə də iqtisadiyyatın dağ-mədən və elektrotexnika sənayesi kimi sahələrində, kənd təsərrüfatında, istehsal kooperasiyasının inkişafında, birgə müəssisələrin təşkilində və qarşılıqlı ticarət dövriyyəsində malların çeşidlərinin artırılmasına cəlb etmək olar.

Onu da vurğulamaq lazımdır ki, Qırğızıstanın iqtisadi potensialının inkişafında turizm əhəmiyyətli rol oynayır.

İkitərəfli münasibətlərin qardaşlıq ruhunda qarşılıqlı faydalı əməkdaşlığın ənənəvi hal almasında hər iki tərəfin qarşılıqlı surətdə cəhd göstərməsi nəzərə çarpır.

Qırğızıstan Respublikası və Azərbaycan Respublikası arasında müstəqillik illəri ərzində yaradılmış müqavilə-hüquq bazası ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 52 müqavilə və sazişdən ibarətdir. İki ölkə arasında qəbul edilmiş sənədlər əməkdaşlığın əsas istiqamətlərinə aiddir və şübhəsiz, Qırğızıstan və Azərbaycanın siyasi, iqtisadi, investisiya, vergi, bank və gömrük sahələrində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm hüquqi baza yaradır.

Azərbaycan ilə Qırğızıstan əlaqələrinin başlıca istiqamətlərini tənzimləyən əsas sənəd 23 aprel 1997-ci il tarixində Bakı şəhərində imzalanmış "Dostluq və əməkdaşlıq haqqında Müqavilə” hesab olunur. Bu müqavilədə tərəflər arasında ikitərəfli münasibətlərin əsas prinsipləri müəyyən edilmişdir ki, bunlara da aiddir: dövlət müstəqilliyinə və suverenliyinə qarşılıqlı hörmət; hüquqbərabərliyi; bir-birinin daxili işlərinə müdaxilə etməmək; dövlət səviyyəsində olduğu kimi, eləcə də təsərrüfat subyektləri səviyyəsində qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın yaradılmasına ikitərəfli səy göstərmək.

Bununla belə, ötən dövr ərzində iki ölkəninin ictimasi-siyasi həyatında, qanunvericiliyində, eləcə də xarici prioritetlərində kifayət qədər baş vermiş dəyişikliklər bu ölkələr arasında yeni əməkdaşlıq və qarşılıqlı əlaqə formalarının axtarışını diktə edir.

Hal-hazırda tərəflər arasında dövlətlərarası və idarələrarası sazişlərin 10 layihəsi işlənilir.

• İlk gündən Azərbaycan və Qırğızıstan arasında qurulan müstəqil siyasi əlaqələr region dövlətlərinin gələcək inkişafının və tərəqqisinin yalnız sülh və əmin-amanlıq prinsiplərinin anlayışı üzərində qurulmasına əsaslanır. İki ölkənin siyasi əlaqələrinin prioritetlərinə regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, Mərkəzi Asiya və Qafqaz regionu ölkələri arasındakı əlaqələrdə maneələrin ortadan qaldırılması istiqamətində birgə addımların atılması kimi ümumi məsələlər kontekstində baxılır.

• İki ölkənin BMT, ATƏT və MDB kimi həm beynəlxalq, həm də regional təşkilatlar çərçivəsində xarici siyasi səylərinin çoxtərəfli əsaslarının koordinasiyası qənaətbəxşdir. Bu təşkilatlarda əməkdaşlıq sahələri olduqca genişdir – aktual beynəlxalq və regional məsələlərin həlli üzrə xarici siyasi yanaşmaların təkmilləşdirilməsindən və uzlaşdırılmasından tutmuş ticari-iqtisadi və humanitar sahələr üzrə əməkdaşlığın geniş spektrdə nizamlanmasına qədər.

• Qeyd olunmuş beynəlxalq təşkilatlarda iki ölkənin birgə iştirakının nəticələrinin təhlili inteqrasiya proseslərinin xüsusilə də iqtisadi sahədə sürətləndirilməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorçuluq, ekstremizm, narkotik qaçaqmalçılığı və digər istiqamətlərdə birgə mübarizə kimi mühüm aktual regional və beynəlxalq məsələlər üzrə mövqelərin yaxınlığını və uyğunlaşmasını təsdiq edir.

• Yeni müasir təhlükələrə qarşı durma istiqamətində iki dövlətin qarşılıqlı əlaqələrinin aktivləşdirilməsini, eyni zamanda iki dövlətin milli təhlükəsizliyinə birbaşa təhlükə olan regional münaqişələrin nizamlanması yollarının axtarışında birgə iştirakını da ayrıca qeyd etmək lazımdır.

• Ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığın parametrləri müstəqillik əldə etdikdən sonra MDB ölkələri arasında müşahidə olunan qarşılıqlı münasibətlərin ümumi stereotipləri üzrə inşa edilmişdir. Bununla yanaşı, iki ölkə arasındakı əməkdaşlıq münasibətləri imzalanmış sənədlər çərçivəsində müsbət inkişaf tempi ilə xarakterizə olunur.

• İki ölkə arasında ticarət əlaqələrinin inkişaf dinamikası da müsbət nəticə göstərir. Son illərin statistik məlumatları iki ölkə arasında mal dövriyyəsinin tədricən artması faktını təsdiq edir və tərəflərin mövcud potensiala əsaslanan inteqrasiya proseslərinin həyata keçirilməsində maraqlı və bu işin bütün istiqamətlər üzrə aktivləşdirilməsinə hazır olduqlarını sübut edir. Bu baxımdan Qırğızıstan iqtisadiyyatı Azərbaycanın maliyyə və bank qurumlarının maraqlarını tam qarşılaya bilər.

• Ümumilikdə qeyd etmək olar ki, Qırğızıstan-Azərbaycan münasibətləri müsbət inkişaf perspektivlərinə malikdir. Eyni zamanda, indiki dövrün reallıqları daha da dərinləşməsi və genişlənməsi üçün kifayət qədər istifadə olunmamış potensiala malik ikitərəfli əlaqələrin güclənməsinin zəruriliyini diktə edir.

İki ölkə arasında əlaqələr BMT, MDB, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər məhsuldar şəkildə inkişaf edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Türkdilli Dövlətlərin Parlament Assambleyası çərçivəsində iki ölkənin əməkdaşlıq münasibətlərinin fəallaşması müşahidə olunur.

İldən-ilə Qırğızıstan və Azərbaycan dövlətləri arasında əməkdaşlıq əlaqələri möhkəmlənir. Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlər ənənəvi mehriban qonşuluq əlaqələrinə və qarşılıqlı faydalı əməkdaşlığın saxlanılması və inkişafı üçün qarşılıqlı cəhdin göstərilməsinə əsaslanır. Bununla belə, Azərbaycan Respublikası ilə münasibətlərin dərinləşdirilməsi Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan bu gün zəngin və özünü təmin edən bir ölkə kimi öz gücünə arxalanaraq əmin addımlarla irəliyə doğru gedir və öz gələcəyini qurur. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması ölkənin gələcək tərəqqi və inkişafına təkan verəcək mühüm faktor olmalıdır. Bu məsələ üzrə Qırğızıstanın mövqeyi birmənalı və dəyişməz olaraq qalır. Bizim ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi yolla həllini dəstəkləyib və dəstəkləməkdə davam edəcəkdir. Bu baxımdan münaqişənin nizamlanmasının əsas şərti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır.

Qırğız xalqı Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən möhtəşəm uğurları və dəyişiklikləri böyük diqqət və ruh yüksəkliyi ilə izləyir. Şübhəsiz, Qırğızıstan əsl dost kimi Azərbaycan üçün qürur hissi duyur. Belə ki, bu dost ölkə öz gücünə, zəngin təbii sərvətlərinə və insan potensialına əsaslanaraq müstəqilliyinin gücləndirilməsində, beynəlxalq arenada öz mövqeyinin möhkəmləndirilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əsaslı uğurlar əldə edir.

Azərbaycanının nailiyyətləri müasir Azərbaycanın memarı, görkəmli ictimai-siyasi xadim, ümummilli lider, Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində böyük rolu olmuş Heydər Əliyev kursunun davam etdirilməsi nəticəsində ölkə rəhbərliyi tərəfindən dövlətin inkişafı naminə düzgün seçilmiş strategiyanın əyani sübutudur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi səmərəli siyasət Qırğızıstan və Azərbaycan arasında münasibətlərin gözəl gələcəyinə, perspektivlərinə dərin inam hissi oyadır.

Fürsətdən istifadə edərək Zati-aliləri cənab İlham Əliyevi Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin beynəlxalq arenada möhkəmləndirilməsi və Azərbaycanın əsaslı nailiyyətlərinə görə təbrik edir, ona və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm.

Əminəm ki, iki qardaş ölkə arasında yaranmış həqiqi dostluq münasibətləri, sıx əməkdaşlıq və ehtiram, eləcə də sülhün, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi ölkələrimizin maraq dairəsi çərçivəsində inkişaf edəcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...