THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Pakistan-Azərbaycan: İki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığı daha da yüksəltmək üçün böyük imkanlar mövcuddur

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
677
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 yanvar 2017 – Newtimes.az

Xalid Usman Qaiser,

Pakistan İslam Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Pakistan və Azərbaycan iki qardaş ölkədir. İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq telləri ilə bağlıdır.

Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabr ayında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin mart ayında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyini qeyd edəcəyik. İki dövlət arasındakı əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və s. sahələri əhatə edir.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini ortaya qoyub: Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb və hətta onu bir dövlət kimi tanımayıb. 2012-ci ilin fevral ayında Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün "Xocalı faciəsi”ni (1992) genosid kimi tanımışdır. Azərbaycan da həmçinin Pakistanın Kəşmir və Cammu münaqişələrindəki mövqeyini dəstəkləyir. Azərbaycan Kəşmirdə İƏT-in təmas qrupunun üzvüdür. Pakistan da Dağlıq Qarabağda İƏT təmas qrupunu dəstəkləyir və üzv kimi çıxış edir. Hər iki dövlət İƏT və digər beynəxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edirlər. Ölkələrimiz bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir və beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər.

İki ölkə arasında mütəmadi olaraq yüksək səviyyəli səfərlər edilmiş, fikir mübadilələri aparılmışdır. Pakistanın keçmiş Prezidenti Sərdar Faruq Əhməd Leghqari Bakıya 1995-ci ilin oktyabrında, mərhum Prezident Heydər Əliyevin Pakistana səfəri isə 1996-cı ilin avqust ayında baş tutmuşdur. Həmçinin keçmiş Prezident Pərviz Müşərrəf 2004-cü ilin iyul ayında Bakıya səfər etmiş və buna cavab olaraq 2005-ci ilin aprel ayında Prezident İlham Əliyevin Pakistana səfəri olmuşdur. 2006-cı ilin may ayında keçmiş Baş nazir Şaukat Əziz İqtisadi Əməkdaşlıq Təşkilatının IX, 2012-ci ilin oktyabrında isə Prezident Asif Əli Zardari İƏT-in XII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Pakistanın indiki Prezidenti Məmnun Hüseyn 11-14 mart 2015-ci il tarixlərində Azərbaycana səfər etmişdir. Bu görüş ikitərəfli əlaqələrdə yeni səhifə açmış, prezidentlər iki dövlət arasında "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalamışlar. Bu görüşdə həmçinin iki dövlət arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və s. sahələrdə əməkdaşlığın yaradılmasına dair razılığa gəlinmişdir.

Bakı ilə İslamabad arasında birbaşa aviareysin açılışı 2015-ci ilin oktyabrında baş tutmuşdur. Pakistan İT sahəsində azərbaycanlı tələbələr üçün 50 təqaüd proqramı təklif etmişdir. Hər iki tərəfin əməkdaşlıq proqramı çərçivəsində Xarici Xidmət Akademiyası, İslamabad Universiteti və Azərbaycan Dimlomatik Akademiyası arasında, həmçinin Müştərək İşgüzar Şuranın təşkili ilə bağlı Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanmış və daha sıx əlaqələr qurulmuşdur. Hər iki ölkənin prezidentləri birlikdə Azərbaycan-Pakistan Birinci Biznes-Forumunun açılışında iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistan cəmiyyətində çox yaxşı tanınır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanın azad Kəşmir və digər regionlarında həyata keçirdiyi bir sıra layihələr Pakistan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, şəxsən Prezident tərəfindən ölkənin ən yüksək vətəndaş mükafatı olan  "Hilal-e Pakistan” mükafatı ilə təltif edilmişdir. Bakı Dövlət Universiteti Pakistan Prezidenti Məmnun Hüseyni "Fəxri doktor” dərəcəsi ilə mükafatlandırmışdır. Bütün bunlar iki xalq arasında mövcud olan qardaşlığın və bağlılığın çox bariz təzahürüdür.

Müdafiə sahəsində əməkdaşlıq özünün yüksək trayektoriyasını göstərməkdədir. İki ölkənin müdafiə qüvvələri arasında yüksək səviyyəli səfər mübadilələri həyata keçirilmişdir. İndi bu əməkdaşlıq hərbi peşəkar kursların təşkili üzərində fokuslanıb. Belə ki, 2015-ci ildə 130 azərbaycanlı hərbçi Pakistanda təlim keçmişdir. Burada birgə təlim keçmək üçün böyük potensial mövcuddur. 2016-cı il yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Navaz Şərif ilə Prezident İlham Əliyevin ikitərəfli görüşü keçirilmişdir. Görüşdə mövcud ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilmiş, müdafiə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da artırılması haqqında razılıq əldə olunmuşdur. Mülki sahədə Pakistan 1993-cü ildən bəri Azərbaycanda müxtəlif kurslar təklif edir. Dövlət işlərində çalışan bir sıra vəzifəli şəxslər diplomatiya, mərkəzi bankların beynəlxalq fəaliyyəti və kommersiya banklarının xidmətləri, poçt, gömrük, dəmiryolu, İT və biznesin idarəedilməsi sahələrində Pakistanda təlim keçə bilmişdir. Azərbaycan Diplomatik Akademiyası pakistanlı tələbələrə bəzi ixtisaslar üzrə kurslar təklif etməyə başlamışdır. Azərbaycan Tibb Universitetində bir neçə pakistanlı tələbə öz vəsaitləri hesabına təhsil alırlar. İqtisadiyyat və ticarət sahəsində iki ölkə arasında 30-dan çox ikitərəfli müqavilə imzalanmışdır. Pakistan ilə Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın (HBK) yaradılması haqqında razılığa gəliblər. HBK 2000-ci ilin sentyabr ayında yaradılmış və bu vaxta qədər 5 iclası keçirilmişdir. HBK-nın 6-cı iclası 26- 27 aprel 2016-cı il tarixlərində İslamabadda keçirilmişdir.

İki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığı daha da yüksəltmək üçün böyük imkanlar mövcuddur. İki ölkənin biznes kampaniyalarını həvəsləndirmək üçün intensiv əlaqələrə və müntzəm səfərlərə ehtiyac duyulur. İki ölkə arasındakı indiki iqtisadi və ticarət əlaqələri mövcud yüksək səviyyəli siyasi iradəyə uyğun gəlmir.

Azərbaycan üçün Pakistandan düyü, tərəvəz, meyvə, tibb və əczaçılıq preparatları, tekstil, idman malları idxal etməyə böyük imkan olduğu kimi, eyni zamanda Azərbaycan da yüksək keyfiyyətli pambıq, meyvə, dərman, yağ və neft, əlvan metallar ixrac edə bilər. Enerji sahəsində əməkdaşlığın əsası hələ də qoyulmamışdır. Pakistan enerjiyə ehtiyacı olan ölkədir. Hər iki tərəfin mütəxəssislərinin əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün qarşılıqlı görüşlər keçirməyə ehtiyacı var.

Azərbaycan təbii fəlakətlər zamanı Pakistana etdiyi dəstəyini artırmışdır. Heydər Əliyev Fondu müntəzəm olaraq Pakistana humanitar yardım layihələrini həyata keçirir. Fondun rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2005-ci ildə Kəşmirdə Müzəffərabaddakı zəlzələdən sonra qızlar məktəbinin əsasını qoymuş və 2010-2012-ci illərdə Pakistanda daşqınlar zamanı da yardım göstərmişdir.

Nəticəyə gəlməmişdən öncə mən iki ölkənin əməkdaşlığını və bir-birinə dəstəyini aşağıdakı kimi ümumiləşdirmək istərdim:

Azərbaycan:

a. Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləmiş və Kəşmirdəki İƏT təmas qrupunda 2012-ci ildən etibarən iştirak edir.

b. 2005-ci ildə baş vermiş Müzəffərabaddakı zəlzələdən sonra məktəbin inşasına ümumilikdə 1 milyon dollar dəyərində yardım göstərmişdir.

c. Pakistanda 2010-cu və 2011-ci illərdə baş vermiş daşqınlar zamanı dəyən ziyanın aradan qaldırılmasına 1 milyon dollar həcmində yardım etmişdir.

d. Pakistana müxtəlif sahələrdə kiçik həcmli humanitar yardımlar göstərilmişdir.

e. Bakı Dövlət Universiteti Pakistan Prezidentini "Fəxri doktor” dərəcəsi ilə mükafatlandırmışdır.

f. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar və institutlarda Pakistanın namizədliyini dəstəkləyir.

Pakistan:

a. 1992-1993-cü ilin əvvəllərində Azərebaycana 1 milyon dollar həcmində yardım etmişdir.

b. Karaçi-Bakı sektorunda 1993-cü ildə PİA uçuşu başlanılmışdır. Uçuş bir neçə il ərzində həyata keçirilmişdir

c. BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynamışdır. Azərbaycanı bütün beynəlxalq forumlarda, xüsusilə İƏT-də dəstəkləmişdir. Pakistan həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT təmas qrupunun üzvüdür.

d. Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan yeganə ölkədir.

e. Pakistan müxtəlif mülki və hərbi sahələrdə peşəkar kursların təşkil olunmasını təklif edir və hal-hazırda da təklif etməkdədir. Təklif olunan kursların bəziləri diplomatiya və bank işi sahəsində maliyyələşdirilmişdir.

f. Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanımışdır.

g. Diplomatik anklavda Pakistan Azərbaycana İslamabadda böyük bir torpaq sahəsi vermişdir ki, orada öz səfirliyini inşa etdirsin

h. Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı öz humanitar yardımlarına görə "Hilal-e Pakistan” mükafatı ilə təltif olunmuşdur.

i. Pakistan Azərbaycanın müxtəlif beynəlxalq təşkilat və insititularda namizədliyini dəstəkləyir.

Bu da məlumdur ki, Pakistanla olan əlaqələr çox səmimi və yaxındır. Biz bir çox ümumi cəhətlərimizi və ən əsası bir-birimizin kədərini və sevincini paylaşırıq. Son iki il ərzində iki ölkə arasındakı mövcud əlaqələr daha da inkişaf etmişdir. Güman edirəm ki, bu əməkdaşlıq daha da güclənəcəkdir. İki xalq arasında dostluq və qardaşlıq əbədi olaraq qalacaqdır.

Mən onu da əlavə etmək istərdim ki, bu yaxınlarda Bakıdakı öhdəliyimi tamamlamalıyam. Gəldiyim 2014-cü ilin yanvar ayından bəri mən və mənim ailəm bu böyük ölkədə olduğumuz hər andan məmnun qaldıq. Bu ölkənin gəncliyini də müşahidə etmək xoş idi. Mən səfirdən daha çox professor oldum. Mən müntəzəm olaraq müxtəlif universitetlərdə dərslər apardım ki, bununla da bir çox tələbələr dostlarıma çevrildi. Mən Azərbaycan gəncliyində böyük potensial hiss etdim. Bizim ən xoş arzularımız və səmimi dualarımız daim onlarla olacaq.

Mən və mənim ailəm heç vaxt azərbaycanlı bacı və qardaşlarımızın səmimiliyini, qonaqpərvərliyini və mehribanlığını unutmayacağıq. Bütün hökumət və özəl sektor rəsmiləri bizə qarşı ədalətli olublar. Biz daima böyük Azərbaycan xalqının xatirəsini əziz tutacağıq. Mən və mənim ailə üzvlərim hörmətli Prezident İlham Əliyevə və hörmətli xanım Mehriban Əliyevaya onların xüsusi mehribanlığına və hörmətinə görə təşəkkürümüzü bildiririk.

Yaşasın Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...