THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Neft və qaz istehsal edən əsas ölkələr kimi Norveç və Azərbaycan bir sıra eyni vəzifələri bölüşürlər

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
378
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 yanvar 2017 – Newtimes.az

Bord İvar Svendsen,

Norveç Krallığının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa etdi və indi 25 illik yubileyini azad bir xalq kimi qeyd edə bilir. Mən Azərbaycan xalqını və hökumətini bu münasibətlə təbrik edir və ölkənizə bütün işlərdə müvəffəqiyyət, daim çiçəklənmə, əmin-amanlıq və xoşbəxtlik arzu edirəm. Keçən 25 il ərzində Norveç və Azərbaycan ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirilmişdir. Bu əməkdaşlıq və dostluq gələcəkdə də davam etdiriləcəkdir.

Azərbaycanın ilk dövlət müstəqilliyi 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayına kimi davam etdi. Bu iki il ərzində gənc respublika bu gün də vacib stimul mənbəyi kimi qalan bir sıra demokratik və proqressiv institutlar yaratdı: ümumi, azad və proporsional təmsilçilik əsasında coxpartiyalı parlament seçildi. Parlamentə məsuliyyəti Kabinet daşıyırdı. Azərbaycan ilk müsəlman ölkəsi idi ki, hətta əksər Avropa ölkələrindən öncə qadınlara bərabər siyasi hüquqlar vermişdi. Milli azlıqların seçilmiş parlamentdə kifayət qədər təmsilçiləri var idi. Etnik və dini tolerantlıq mökəmləndirilmiş və inkişaf etdirilmişdi. Müstəqil maliyyə və iqtisadi sistem yaradılmışdı. Təhsilin inkişafı üçün mühüm addımlar atılmışdı. Bu təcrübə 1991-ci ildə müstəqilliyin yenidən bərpasının vacib təməlini formalaşdırmışdı.

Norveç Krallığı öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra Azərbaycan Respublikasını tanıdı. Diplomatik əlaqələr 1992-ci ilin iyun ayında quruldu. Tezliklə ikitərəfli əlaqələr yaradıldı və 1996-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab Heydər Əliyev Norveçə rəsmi səfər etdi. 1998-ci ilin iyun ayında Norveç Bakıda öz səfirliyini açdı. Norveç Krallığının vəliəhdi Haakon 2011-ci ildə Azərbaycana səfər etdi. Bundan əlavə, bu illər ərzində hər iki tərəfdən bir sira yüksək səviyyəli siyasi səfərlər baş tutmuşdur.

Norveçin ən böyük neft və qaz şirkəti olan "Statoil” 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanan zaman ən aparıcı beynəlxalq iştirakçılardan biri olmuşdur. Bu müqavilə beynəlxalq şirkətlərin Azərbaycanın neft və qaz sənayesinin gələcək inkişafında tam iştirakına yol açdı. İki onillikdən də çox müddət ərzində "Statoil” bu sahədə ən böyük və ən aparıcı xarici şirkətlərdən biri olmuşdur. Digər Norveç şirkətləri "Aker Solutions” (hal-hazırda "Mhwirth”), "Det Norske Veritas”, "Wenaas and Swire” də Azərbaycanda fəaliyyət göstərmiş və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə öz tohfələrini vermişdilər.

Neft və qaz istehsal edən əsas ölkələr kimi Norveç və Azərbaycan bir sıra eyni vəzifələri bölüşürlər: bunlardan, yəqin ki, ən vacibi iqtisadiyyatın diversikasiyasıdır. Hər iki ölkə gəlirin təminatı üçün yeni və innovativ yollar axtarır. Norveç Hökumətinin Pensiya Fondu 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılanda Azərbaycan tərəfindən öyrənilən təcrübələrdən biri olmuşdir.

Son illər yeniləşə bilən enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı üçün bir çox işlər görülmüşdür. Norveç Texniki və Elmi İxtisasların Məzunlar Cəmiyyəti (TEKNA) və Beynəlxalq Enerjiyə Qənaət AS (ENSİ) Azərbaycanda təmiz istehsalat və eneji səmərəliliyi üzrə bir sıra layihələr həyata keçirmişlər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Norveçin humanitar təşkilatları yardım və inkişaf sahələrində fəal iştirak etmişdilər. Norveç Qaçqınlar Şurası 1995-2008-ci illərdə Azərbaycanda məcburi köçkün və qaçqınlara yardım sahəsində fəaliyyət göstərmişdir. Şura sığınacaq və icma infrastrukturunun inkişafı, gəlirin əldə olunması, insan hüquqlarının maarifləndirilməsi və müdafiəsi sahələrində bir çox mühüm layihələr həyata keçirmişdir. Norveç Humanitar Müəssisəsi gəlirin əldə olunması, kənd təsərrüfatı, internat və məktəblər, eləcə də mədəniyyət sahələrində 1994- cü ildən Azərbaycanda fəaliyyət göstərir. Norveç Qızıl Xaç Cəmiyyəti 10 ildən çoxdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə məcburi köçkün və qaçqınlarla bağlı müxtəlif humanitar layihələrdə əməkdaşlıq edir.

Norveç Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Keçən iki onillikdən çox müddət ərzində Norveç şirkətlərinin və beynəlxalq təşkilatlarının Azərbaycanda iştirakı ölkələrimiz arasında çoxlu sayda şəxsi əlaqələrin yaradılmasına da yol açmışdır. Azərbaycanda uzun müddətə və ya qısa müddətə çoxlu norveçlilər yaşayır, insanlarımız arasında dostluq əlaqələri qurulur.

Məşhur Norveç səyyahı və alimi Tur Heyerdal (1914-2002) Azərbaycanın yaxın dostu idi. Həyatı və karyerası boyunca Tur Heyerdal bir sıra nəzəriyyələr irəli sürmüşdür ki, bunlar da elmi anlayışlar üçün müzakirələrə səbəb olmuşdur. Bir çox hallarda o, mümkünsüz görünə bilənin əslində mümkün ola biləcəyini sübut etmək üçün praktiki təcrübələr aparırdı. Məsələn, 1947-ci ildə Tur Heyerdal "Kon-Tiki” adlanan taxtadan hazırlanmış qayıqda kiçik heyət ilə Sakit okeandan Cənubi Amerikaya – Polineziyaya üzmüşdür. Tur Heyerdal Azərbaycana 4 dəfə səfər etmişdir. Qobustan qayaüstü rəsmləri onu heyran edir və o, Norveçdə tapılan qayaüstü rəsmlərlə bu rəsmlərin üslubunda oxşarlıq aşkar edir. Azərbaycan ilə tanış olduqdan sonra Tur Heyerdal norveçlilərin əcdadlarının bugünkü Azərbaycanın ərazilərindən gəlmələri haqqında nəzəriyyə irəli sürür. O, özünün bu nəzəriyyələrini qədim inanclarla, xalq mahnıları və sadə sözlərdəki oxşarlıqlarla əsaslandırırdı. O sübut etməyə çalışırdi ki, yerli norveçlilər şimaldan parça kimi bükülə bilən dəridən hazırlanmış qayıqlardan istifadə edərək, su yolları ilə Şimali Avropaya miqrasiya etmişdilər. Tur Heyerdalın Norveç və Azərbaycan arasında mümkün ola biləcək tarixi əlaqələr üzrə əsas marağı Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhəri yaxınlığında yeləşən Kiş kilsəsində aparılan arxeoloji qazıntılara və kilsənin bərpası üçün əsas yaratdı. Norveç Humanitar Müəssisəsi bu işin mərkəzində dayanırdı. 2011-ci ilin oktyabr ayında Bakıda Tur Heyerdal konfransı keçirildi. 2012-ci ilin mart ayında Azərbaycan Respublikasının Milli Tarix Muzeyində 3 aylıq davam edən "Tur Heyerdal – Kon-Tiki adamı” adlı sərgi açıldı. Bir çox digər nəzəriyyələr kimi Tur Heyerdalın Norveç və Azərbaycan arasında tarixi əlaqələrlə bağlı bu nəzəriyyəsi də bir çox digər alimlər tərəfindən şübhə ilə qarşılandı.

2006-cı ildə Azərbaycan Dillər Universiteti Oslo və Agder universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində skandinaviyaşünaslıq üzrə yeni bakalavr proqramını açdı. Bu gün təxminən 40 tələbə Norveç dilini və tarixini, iqtisadiyyatını, siyasətini və Skandinavaya ədəbiyyatını öyrənir. Tələbələrin birinci qrupu artıq 2010-cu ilin iyun ayında bakalavr dərəcəsinə yiyələniblər. Bu gənclər iki ölkə arasında dəyərli bir bağlantını təmsil edirlər.

Son illər Norveç və Azərbaycan mədəni əlaqələri inkişaf etdirən bir çox layihələr həyata keçiriblər. Norveçin məşhur musiqiçiləri – Aleksander Ryak və Elin Koven Bakıda konsert proqramları ilə çıxış ediblər, Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov Oslo Dünya Musiqi Festivalında iştirak edib. Norveçin görkəmli xor drijoru Per Oddar Hildre Azərbaycan Milli Konservatoriyası ilə əməkdaşlıq edir. 2015-ci ilin iyin ayında Bakıda keçirilən Birinci Avropa Oyunlarında Norveçdən geniş tərkibli idmançılar qrupu iştirak edirdi. Norveçin tanınmış şahmat ustası Maqnus Karlsen Şəmkirdə keçirilən şahmat çempionatının qalibi olmuşdur. 2016-cı ilin fevral ayında Azərbaycanın istedadlı rəssamı Bütünay Haqverdiyev Norveç səfirliyinin qrantı ilə Norveçə – Svalbard (Şpitzbergen) adalar qrupuna səfər etmişdir.

Keçən iki onillik ərzində Norveç və Azərbaycanın qeyri-hökumət təşkilatları demokratiyanın inkişafı və insan hüquqları sahələrində yaxından əməkdaşlıq ediblər. Norveç hökuməti bu işə çox böyük önəm verir. Azad və müstəqil vətəndaş cəmiyyəti istənilən demokratik cəmiyyətin əsas və vacib şərtlərindəndir.

Azərbaycana səfər edən bütün norveçlilər Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olurlar. Azərbaycan xalqının öz zəngin mətbəxi, musiqisi, əl işləri və folkloru ilə öyünmək haqqı var.

Keçən illər ərzində Bakı şəhərində nəhəng dəyişikliklər baş vermişdir. Azərbaycanın paytaxtı qonaqları cəlb etmək üçün çox gözəl, dəyişkən və dinamik bir şəhərdir. Azərbaycana gələcəkdə uğurlar arzu edirəm. Bir daha sizi dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibəti ilə təbrik edirəm. Qoy, Azərbaycanın müstəqilliyi uzun və xoşbəxt olsun!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...