THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Moldova ilə də Azərbaycan arasında tarixən səmimi dostluq münasibətləri mövcud olmuşdur

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
267
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 yanvar 2017 – Newtimes.az

George Leuka,

Moldova Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Hər bir xalqın və dövlətin tarixi müstəsna mərhələləri əhatə edir və onların əhəmiyyətini qiymətləndirməmək olmaz. Azərbaycan üçün belə həyati məqamlardan biri 25-ci ildönümü bu il qeyd olunacaq müstəqilliyinin bərpası günüdür.

Azərbaycan Respublikası və Moldova Respublikası həmişə bir-birinə dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri ilə bağlanmışdır. Ölkələrimiz arasında bir çox ortaq məqamlar var. 1991-ci ildə müstəqilliyimizi elan etməkdən başlayaraq. Bundan başqa, bəzi digər dövlətlərlə yanaşı, Azərbaycan və Moldova eyni gündə, yəni 2 mart 1992-ci il tarixində Birləşmiş Millətlər Təşkilatına üzv seçiliblər. O vaxtdan bəri bu iki ölkə ancaq bu universal təşkilat çərçivəsində yox, ümumilikdə beynəlxalq aləmdə effektli əməkdaşlıq edirlər.

Yaxşı dostluq əlaqələri yaradılmışdır. Bu tərəfdaşlıq əlaqələri hər iki ölkənin üzvü olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Şurası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM) və bir çox digər beynəlxalq və regional təşkilatlarda davam etdirilmişdir. Ölkələrimiz qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə beynəlxalq hüquq, ərazi bütövlüyü və dövlətlərin suverenliyinə hörmətin təmin edilməsi ilə bağlı mövzularda bir-birinə dəstək veriblər.

Belə əməkdaşlıq tarix boyu ümumi strateji maraqlar əsasında yaradılmış çoxtərəfli istehsal, elmi-texniki əlaqələri əhatə edir və Azərbaycan ilə Moldova arasında qarşılıqlı inam və ikitərəfli dostluq əlaqələrini möhkəmləndirir.

Hal-hazırda iki ölkə arasında mövcud olan 50 müqavilə hüquqi bazanı genişləndirməyə imkan verir və siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsini təmin edir.

Eynilə siyasi dialoqun bütün səviyyələrdə effektli ikitərəfli əlaqələrin inkişafında, əvvəlki görüşlərə əlavə olaraq yaxın gələcəkdə yer alacaq yüksək səviyyəli görüşlərin mübadiləsində, eləcə də hər iki ölkənin müvafiq vəzifəli şəxslərinin mövcud əməkdaşlıq mexanizmi çərçivəsində siyasi və xüsusi məsləhətləşmələrində əhəmiyyətli rolu var.

Siyasi baxımdan müvafiq beynəlxalq və regional təşkilatları birgə səy və qarşılıqlı dəstəklə təmin etmək, hər iki ölkənin üzləşdiyi münaqişələri sülh yolu ilə həll etmək böyük əhəmiyyət kəsb edir və qarşılıqlı əməkdaşlığın inkişafında əsas şərt olaraq dayanır.

Eyni qaydada iqtisadi əməkdaşlıq üçün mühüm zəmin Moldova Respublikası və Azərbaycan Respublikası arasında sənaye, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın və xarici ticarətin daha da inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Uzunmüddətli İqtisadi Əməkdaşlıq Proqramı tərəfindən təmin edilir.

Son illər ərzində bəzi əlverişsiz iqtisadi şərait və regional ətraf mühitə baxmayaraq, iqtisadi, ticarət, mədəni və elmi mübadilə baş verir və daim inkişaf etdirilir. Kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə də yaxşı əlaqələr yaradılmışdır. Azərbaycan şirkəti ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafında iştirak edir. Moldova mütəxəssisləri Azərbaycanda şərab istehsalı sahəsində öz təcrübələrini bölüşürlər. İqtisadi, ticarət, nəqliyyat və turizm sahələri getdikcə GUAM-ın birgə fəaliyyətində diqqət cəlb edir.

Buna baxmayaraq, daha dinamik və dərin iqtisadi əməkdaşlıq üçün əhəmiyyətli, lakin istifadəsiz qalan potensial mövcuddur. Bu potensialın aktivləşdirilməsi və şaxələndirilməsi üçün konkret addımlar atması bundan sonra da təşviq edilməli və dəstək verilməlidir.

Qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı, emal və digər sahələrdə prioritetlərin daha dəqiq müəyyən olunması yeni forma və əməkdaşlıq sahələrinin yaranmasına gətirib çıxarır.

Bu proseslərdə həlledici rolu iqtisadi və ticarət əməkdaşlığı üzrə Hökumətlərarası Birgə Komissiya oynayır. Bu komissiya biznes-forumların, ticarət sərgilərinin təşkili və investisiyaların qarşılıqlı mobilizasiyası yolu ilə digər fəaliyyətlər arasında konkret iqtisadi və kommersiya layihələri həyata keçirir.

Müxtəlif beynəlxalq və regional proqramların və layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq birgə fəaliyyət, o cümlədən İpək Yolu, TRASEKA, GUAM və "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində enerji və nəqliyyat və s. sahələrdə yaxşı perspektivlər açır.

Son illərdə mədəni, elmi və humanitar sahələrdə uğurlu əməkdaşlıq genişləndirilmişdir. Ölkənin ən yaxşı sənətçilərinin iştirakı ilə 2014-cü ildə "Moldova mədəniyyəti günləri” Azərbaycanda və "Azərbaycan mədəniyyəti günləri” ölkəmizdə keçirilmişdir.

Azərbaycan sənətçiləri hər il mart ayının əvvəlində Moldovada təşkil olunan ənənəvi Beynəlxalq "Mertişor” festivalında iştirak edirlər. Bu bahar bayramında Bakıda Moldova vətəndaşlarını müşahidə etmək olar. Eyni zamanda Azərbaycan diasporasının beş minə yaxın üzvü Moldovada Novruz bayramını qeyd edirlər.

Müvafiq olaraq Moldova hökuməti də Azərbaycanın diplomatik missiyasını və Moldova Azərbaycanlıları Konqresini bir sıra mədəni layihələrin inkişafı və həyata keçirilməsində, o cümlədən Azərbaycanın görkəmli şairi və filosofu Nizami Gəncəvinin əsərlərinin nəşri və tərcüməsində, rəssam, fotoqraf və jurnalistlərin hər iki ölkənin ictimaiyyəti üçün əsərlərinin nümayiş etdirilməsi və mübadiləsində birgə səylərlə dəstəkləyib.

Humanitar sahədə isə alimlər, tələbələr və mütəxəssislərin müxtəlif sahələrdə bilik və təcrübə mübadiləsi inkişaf edir. Hər iki ölkənin diaspora üzvləri öyrənir, tədqiqat aparır, iş və biznes qururlar. Beləliklə, onların hamısı Azərbaycan və Moldovanın ictimai həyatına və inkişafına töhfə verir, dostluq münasibətlərini möhkəmləndirirlər.

Son zamanlarda bütün sahələrdə səmərəli əməkdaşlıq, siyasi dialoq, iqtisadi, mədəni və humanitar əməkdaşlığın dərinləşdirilməsi, regional və beynəlxalq səviyyədə birgə qarşılıqlı maraq doğuran konkret məsələlərin həllində yeni perspektivlərin əsası qoyulmuşdur.

Azərbaycan Respublikası və Moldova Respublikasının müstəqilliyinin 25-ci ildönümü bizə daha çoxşaxəli əməkdaşlıq və hər iki xalqın qarşılıqlı fayda və rifahı üçün ahəngdar ikitərəfli münasibətlərin qurulmasına əlavə təkan verir.

Mən fürsətdən istifadə edərək bu əlamətdar ildönümü ilə əlaqədar Azərbaycan xalqını təbrik edir, Moldova Respublikası hökuməti və xalqı adından Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...