THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan ilə Mərakeş Krallığı arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
331
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 dekabr 2016 – Newtimes.az

Hassan Hami

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası 2016-cı il oktyabrın 18-də müstəqilliyinin 25 illiyini qeyd edəcək. Azərbaycan hökuməti və xalqı hər zaman bu günü xüsusi qeyd edir, ökənin uğurlu inkişafı naminə bütün çətinlikləri inam, əminlik və vicdanla aradan qaldırmaq iqtidarında olduqlarını bütün dünyaya nümayiş etdirirlər.

Bu bayramın qeyd edilməsi həm uğurların, həm də səhvlərin təhlili, son 25 ildə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi üçün bir fürsətdir. Azərbaycan kimi bir ölkə qarşıya çıxan maneələri necə dəf edir? Müasir dövlət quruculuğu prosesi necə davam edir? Tarixi hadisələri maneələri aradan qaldıracağı təxmin edilən yeni başlanğıclarla birləşdirmək, yoxsa vətəndaş hüquqlarını yeni istiqrazlarla möhkəmləndirmək, bununla da ictimai sülhü təmin etməkmi daha düzgün çıxış yoludur?

Müasir dövlətin qurulması nağıl deyil, çox çətin işdir. Daha təhlükəsiz necə ola bilər: əvvəlki nailiyyətlərdən yararlanaraq, Azərbaycanın müasir tarixi ilə bağlı yanlış qərarları silərək, yoxsa bütün olanlara yeni səhifə açıb problemləri həll etməklə? Bu problemlər çoxçeşidli və mürəkkəbdir. Mürəkkəbdir ona görə ki, onlar improvizasiya etməyə imkan yaratmır və bizi tərk etmir. Bir çox insanın düşünə biləcəyi kimi "qəbul etmək və ya ultimatum verməklə” də bağlı deyil.

Bəli, Azərbaycan bir çox maneələrə baxmayaraq, öz yolunda inamla irəliləyir. Azərbaycan hökuməti xalqın rifahını yaxşılaşdırmaq və onun etimadını doğrultmaq üçün səylə çalışır. Sosial ümidlərin çox yüksək olduğunu nəzərə alsaq, bu, o qədər də asan deyil. Buna baxmayaraq, qərar qəbul edənlər Azərbaycanın inkişafı və təhlükəsizliyini doğru idarə etmək üçün öz vəzifələrini məsuliyyətlə yerinə yetirirlər.

Azərbaycan öz milli identikliyini əsrlər boyu yaşatmışdır. Tarixi mədəniyyətini qoruyub saxlamış, regional və beynəlxalq səviyyədə ozünü təsdiq etmişdir. Azərbaycan çoxmillətli ölkə olmaqla yanaşı, multikulturalizmin mövcud olduğu bir ölkədir. Azərbaycan dini tolerantlığın uğurlu modelini təmsil edən ölkə olaraq bütün səmavi və qeyri-səmavi dinləri sadəcə qanunla deyil, həmçinin xalqın dəstəyi ilə qoruyur.

Belə ki, Azərbaycanın cəmiyyətin bütün komponentlərinin inteqrasiyasını effektiv şəkildə təkmilləşdirməsi, etnik, sosial və ya dini məqsədlərə görə bütün növ ayrı-seçkiliyə qarşı çıxması buna yaxşı nümunədir. Müəyyən dövr ərzində siyasi qarmaqarışıqlıq, sosial narahatlıq və xarici müdaxilələrə baxmayaraq, hər zaman Azərbaycan tarixində belə hallar olmuşdur. Bununla əlaqədar olaraq Bakıda bir sıra qəbiristanlıqları nümunə göstərməyə dəyər. Burada müxtəlif etiqadlardan olan insanlar yan-yana dəfn edilmiş və hüzur içində yatırlar. Qəbiristanlıqlar həmçinin elm adamları və Azərbaycan tarixini öyrənməyə çalışan tədqiqatçılar üçün də uyğun yerdir. Azərbaycanda qəbiristanlıqların qorunması və mühafizəsi üsulu, həqiqətən də, heyranedicidir.

Mədəniyyət və sivilizasiya həmçinin Azərbaycan xalqının gündəlik həyatının müxtəlif aspektlərində də işıqlandırılır. Bu, 2009-cu ildə Bakının islam mədəniyyətinin paytaxtına çevrilən zaman yüksək səviyyədə nümayiş etdirilmişdir. Təkcə abidələr yenilənib bərpa olunmamışdır, həmçinin Nizami Gəncəvi, Füzuli, Seyyid Yəhya Bakuvi, Nərimanov barədə heç vaxt eşitməmiş qonaqlar onların Azərbaycan xalqı üçün əziz olan məhsuldar elm, incəsənət və poeziya əsərləri ilə tanış olublar. Hətta qonaqlar Azərbaycanın müasir tarixi barədə də öyrənə biliblər. Mərhum Prezident və Azərbaycan xalqınının ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixindəki böyük rolunu qeyd etməmək qeyri-mümkündür. Güclü dövlətlərin qurulması üçün xarizmatik liderlərə böyük ehtiyac vardır. Sağlam siyasi keçidlər üçün öz xalqının səsini dinləyə və müvafiq qaydada fəaliyyət göstərə bilən kifayət qədər ağıllı liderlər tələb olunur. Prezident Heydər Əliyev belə liderlərdən olmuşdur.

Bu, bir həqiqətdir ki, ölkəni irəli aparmaq üçün rəhbər uzaqgörənliyə və güclü iradəyə malik olmazsa, milli paradiqma çərçivəsində müasir dövləti qurmaq çətindir. Bu, sadəcə milli səviyyədə deyil, dünya səviyyəsində də belə qəbul olunur. Prezident İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə eyni islahatları tətbiq edir.

Buna baxmayaraq, hər bir hökumət insanlar tərəfindən ümumi qaydada qəbul edilən güclü regional, beynəlxalq, siyasi, iqtisadi və strateji baxımdan rahat əlaqə yaradılmasına ehtiyac duyur. Problemlər çoxdur, onların həlli yolları isə məhduddur. Odur ki, əsas vəzifə siyasi, iqtisadi və sosial faktorları nəzərə almaqla problemlərin prioritetini müəyyən etmək və onların iyerarxiyasını formalaşdırmaqdır. Bu, Azərbaycanın coğrafi mövqeyini nəzərə aldıqda çox da asan iş deyil.

Azərbaycan müstəqilliyinin ilk günlərindən etibarən birgəyaşayış və dostluq şəraitində coğrafi və tarixi faktorlara dayaqlanaraq yaşamağa çalışır. Azərbaycan beynəlxalq və dinlərarası dialoqlara həsr edilmiş bir sıra beynəlxalq konfranslara ev sahibliyi etmişdir. Bu, həmçinin Azərbaycan düşüncəsinin mükəmməl elm adamları və mütəfəkkirlər sayəsində tarix boyu formalaşmış bir hissəsidir. Digər ən vacib faktorlardan biri beynəlxalq icmanın tamhüquqlu üzvü olmaq, beynəlxalq sistemdə sülh və sabitliyə yardım göstərmək məqsədilə region ölkələri ilə dostluq münasibətləri qurmaqla əlaqəlidir.

Həqiqətən, Azərbaycanın xarici siyasətinin formalaşdırılması üçün həm regional güc balansı, həm də dünya ölkələri ilə münasibətlərdə açıqlığa əsaslanan dinamik siyasət tələb olunur. Belə ki, bu yanaşmanın faydalı və regional qarşılıqlı asılılıq yaratmağa doğru addım olduğu sübut edilmişdir. Burada bütün iştirakçıların öz mövqeyi vardır ki, bu da assimmetrik asılılığı etibarsız edir. Regionda görünməmiş hərbi qarşıdurmaların və özbaşınalıqların qarşısının alınması baxımından açıq şəkildə güc və asılılıq kimi ziddiyyətli anlayışlara baxmayaraq, regional iştirakçılar eyni sədaqəti nümayiş etdirmişdir. Bu, regional geosiyasətçilər, ekspertlər və müşahidəçilər arasında ümumi şəkildə qəbul olunmuşdur.

Birincisi, Sovet İttifaqının süqutu sərhəd mübahisələri və regionda siyasətçilər arasında etibarın olmaması ilə əlaqədar bütün gözlənilən məsələləri həll etmədi. İkincisi, iqtisadi seçimlər yenidən düşünülməlidir. Üçüncüsü, insanların yüksək gözləntiləri rəsmiləşdirilmiş olmalıdır. Beynəlxalq sistemdə dinamik aktor olmaq sülh, sabitlik və yaxşı qonşuluq prinsiplərinə sadiq qalmaqla əlaqəli olmadığı halda əsaslı ola bilməz. Problemlərin həlli çətin olsa da, sağlam əməkdaşlıq, balanslaşdırılmış qarşılıqlı asılılıq və müştərək çiçəklənmə üçün regional və beynəlxalq mühitin yaradılmasında iştirak edərək onlarla mübarizə aparmaq olar.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada önəmli yer tutur. Lap əvvəldən Bakı özünün tarixi, mədəni və coğrafi zənginliklərini kapitallaşdırmaq seçimini etmişdir. Böyük və Yaxın Orta Şərq, Avropa və Asiyanın bir hissəsi olmaq seçimi edilmişdir. Bəziləri düşünə bilər ki, bu, riskli seçimdir. Lakin bu, belə deyil! Azərbaycan islam və ərəb ölkələri ilə yaxşı münasibətlər qurmuşdur. Azərbaycan İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqası daxilində müxtəlif formatlarda dialoqun bir hissəsidir. Azərbaycan Avropa ölkəsidir. Brüssel və bütün üzv dövlətlər tərəfindən başladılmış birləşmə və inteqrasiya proseslərinin bir hissəsi olmaq üçün Avropa İttifaqı ilə işləyir. Azərbaycan MDB daxil olmaqla regional təşkilatlar ilə əlaqələrini gücləndirməkdədir. Azərbaycan həmçinin Birləşmiş Millətlər Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatlarda fəal iştirakçıdır. Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir və onun bu dövrdə beynəlxalq sülhə töhfəsi hələ də yüksək qiymətləndirilir.

Bundan başqa, Azərbaycan təkcə Avropanın deyil, qonşu regionların da enerji təhlükəsizliyində vacib rol oynayır. Bu rol balanslaşdırılıb və burada digər istehsalçıların da maraqları nəzərə alınır. Sözsüz ki, enerji bütün cəlb olunmuş iştirakçılar üçün milli təhlükəsizlik məsələsidir. Odur ki, bu iştirakçılar arasında qarşılıqlı əlaqə çox həssasdır. Belə ki, dövlətlərin milli təhlükəsizliyini qorumaq bütün cəlb edilmiş iştirakçılar arasında sabitlik yaratmaq, qayda-qanunu və müsbət qarşılıqlı asılılığı təmin etmək üçün bir addımdır.

Bununla əlaqədar olaraq Azərbaycan beynəlxalq icmanın Dağlıq Qarabağ münaqişəsini həll etməyə kömək etməsini gözləyir. Bakı əsas üzvləri, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərini qəbul edilmiş qətnamələri icra etməyə çağırır. Azərbaycan hər zaman bildirir ki, mövcud vəziyyət qəbulolunmazdır, onun ərazi bütövlüyünün toxunulmazlığına tam hörmət göstərilməlidir. Bu baxış beynəlxalq ictimaiyyət ilə paylaşılır və mövcud münaqişə yalnız danışıqlar yolu ilə həll edilə bilər. Minsk Qrupunun rolu bununla əlaqədar həlledicidir. Bu qrup (onun üzvləri Təhlükəsizlik Şurasının daimi üzvləridir) və Birləşmiş Millətlər Təşkilatı arasında müəyyən qarşılıqlı anlaşma tətbiq olunmalıdır.

Son 25 il ərzində Azərbaycan müəyyən qədər öz iqtisadiyyatını yeniləyə bildi. Eyni zamanda təhsil, səhiyyə, informasiya texnologiyaları, kənd təsərrüfatı ilə əlaqədar məsələləri həll etməkdədir. Azərbaycan neft və qaz hasilatı sahəsində iddialı layihələrə cəlb olunmaq, məktəb və xəstəxanalar tikmək, sosial göstəriciləri təkmilləşdirmək üçün vəsaitləri cəlb edə bilmişdir. Bu səylər və nailiyyətlər ixtisaslaşdırılmış beynəlxalq və regional təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilatlar Azərbaycan hökumətinə öz işini davam etdirməyi məsləhət görürlər.

25 illik müstəqillik Azərbaycanın müasir tarixində qısa dövrdür. Siyasətçilərin geniş miqyasda siyasi, iqtisadi və sosial islahatlar həyata keçirmək üçün vaxtları yetərli deyildir. Hələ də bu prosesi sürətləndirməyə dəyər. Ölkə güclü və sağlam müəssisələrə malikdir. İslahat aparmaq öhdəliyi mütləqdir və davam etdiriləcəkdir. Azərbaycan xalqının islahatlar prosesini sürətləndirmək barədə müxtəlif düşüncələrinə baxmayaraq, bu fikir yekdilliklə qəbul edilir ki, onların ölkəsi vacib regional və beynəlxalq iştirakçıdır. Odur ki, onlardan həyata keçirilən islahatlar prosesində vicdanla iştirak etmək tələb olunur.

Yuxarıda göstərilən dəlillərə əsaslanaraq, mən bunu vurğulamaqdan məmnunam ki, Mərakeş Krallığı və Azərbaycan Respublikası arasında mükəmməl münasibətlər mövcuddur. 1992-ci il avqustun 18-də diplomatik münasibətlərin yaradılması ilə bu əlaqələr daha da genişlənmişdir. Mərhum ümummilli lider Heydər Əliyevin 1994-cü ildə İslam Konfransı Təşkilatının Mərakeşin Kasablanka şəhərində keçirilən sammitində iştirakı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsinə imkan yaratdı. Bu səfər hər iki ölkəyə öz ərazi bütövlüyünü dəstəkləmək üçün yeni imkanlar açdı. Bu dəstək hər zaman davamlı və güclü olmuşdur. Zati-aliləri Kral VI Məhəmməd və Zati-aliləri Prezident İlham Əliyev arasında daima mükəmməl münasibətlər mövcud olmuşdur. Bu, hər iki ölkənin gələcəyə nikbin baxan digər siyasətçiləri üçün nümunə olmuşdur. Mədəniyyət, turizm, idman və fövqəladə hallar sahəsində əməkdaşlıq bu gün də davam etdirilir.

Bununla əlaqədar olaraq, demək lazımdır ki, bir sıra müqavilələr imzalanmış və icra olunmaqdadır. Digər müqavilə layihələri yaxın gələcəkdə imzalanacaqdır. Diplomatik əlaqələndirmə yüksək qiymətləndirilir. Hər iki ölkə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikləri zaman bu ali quruma faydalı olduqlarını sübut etmişlər. Müntəzəm siyasi məsləhətləşmə iki ölkə arasında dostluğun güclü və davamlı olmasına imkan yaratmaq üçün sədaqət və qarşılıqlı hörmətin bir nümunəsidir.

Bu dostluğun ən yaxşı nümunələrindən biri kimi qeyd etmək istərdim ki, 2015-ci ildən etibarən V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bu tədris məcburidir. Tələbələr və alimlər Azərbaycan dilinin fonetikası ilə tanış olmağa başlamışlar. Bundan əlavə, Mərakeş ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının isə ərəb dilinə tərcümə edilməsi layihələri düşünülməkdədir. Hər iki ölkə dostluq bağına əsaslanaraq ölkənin ərazi bütövlüyü və suverenliyi kimi önəmli məsələlərdə bir-birini dəstəkləyir. Hər iki ölkə öz regionlarında təhlükəsizliyin və sabitliyin təmin olunması üçün çox çalışır. Ölkələrimiz əmindir ki, yalnız danışıqlar, xoşməramlılıq, fədakarlıq və beynəlxalq ictimaiyyətin yaxşı idarə edilməsi ilə irqindən, dini mənsubiyyətindən, siyasi və ya ideoloji üstünlüklərindən asılı olmayaraq insanlara ümid bəxş edən bir dünya qurmaq mümkündür.

Azərbaycan hökuməti və xalqına ən xoş arzularımla!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...