THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Malayziya Azərbaycana regionda sürətlə inkişaf edən ölkə kimi baxır

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
548
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 dekabr 2016 – Newtimes.az

Dato Roslan Tan Sri Abdul Rahman

Malayziyanın Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

"Əgər siz heç vaxt bilməyəcəksinizsə,

...onda heç vaxt sevməyəcəksiniz”.

Malay atalar sözü

1. Malayziya Azərbaycan Respublikası ilə sıx dostluq əlaqələri qurmuşdur. Azərbaycanla diplomatik münasibətlərin əsası 5 aprel 1993-cü ildə qoyulmuşdur. Azərbaycan 2007-ci ilin iyun ayında Malayziyada öz diplomatik missiyasını yaratmışdır. Malayziya səfirliyi Bakıda 2014-cü il aprelin 1-dən etibarən fəaliyyət göstərir.

2. Malayziya səfirliyinin Bakıda rəsmi açılış mərasimi 12 sentyabr 2014-cü ildə baş tutmuşdur. Açılış mərasimində Malayziyanın Baş naziri Najib Tun Abdul Razak, Xarici işlər naziri Anifa Aman və Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov iştirak etmişlər.

3. Bakıda Malayziyanın səfirliyinin açılması, o cümlədən Malayziya Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında uzunmüddətli, möhkəm ikitərəfli əlaqələrin inkişafına təkan vermişdir.

4. Malayziya Baş nazirinin səfəri çərçivəsində iki ölkə arasında ticarət və investisiya sahəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın qurulması üzrə fikir mübadiləsi aparılmışdır. Malayziyanın Baş naziri Azərbaycanda tarixi səfərdə olarkən Prezident İlham Əliyevlə görüşündə demişdir: "Bu, mənim Azərbaycana ilk səfərimdir. Təyyarədən endiyim ilk dəqiqədən ölkənizdə gördüklərimdən çox təəccübləndim. Mən burada təkcə inkişafı deyil, keyfiyyəti də bəyəndim. Sizin gələcəyə inamınız məni təəccübləndirdi. Təbii ki, öz ölkəmə qayıdan kimi mən soydaşlarıma Azərbaycana səfər etməyi məsləhət görəcəyəm.

... Biz haqq və ədalət tərəfində dayanan ölkəyik. Ona görə də biz bütün dünyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini müdafiə edirik. Biz möhkəm mövqe tutmaqda davam edəcəyik. Həqiqət və ədalət həmişə sizin tərəfinizdədir və biz daim sizin yanınızdayıq.

... Mən deyə bilərəm ki, enerji, neft-qaz sektoru diqqət mərkəzində olacaq. Siz bilirsiniz ki, Malayziya bu sahədə böyük təcrübəyə malikdir. Eyni zamanda bizim təkcə neft-qaz sahəsində deyil, həm də artıq istismarda olan neft və qaz blokları məsələsində də təcrübəmiz vardır.

... Mən sizi inandıra bilərəm ki, Malayziya Azərbaycanın etibarlı tərəfdaşı olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm ki, biz gələcək nəsillər üçün qiymətli miras qoymaq üçün var gücümüzlə çalışacağıq”.

5. Malayziya Baş nazirinin səfərin sonunda dediyi fikirlər Azərbaycanla Malayziya arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır. Bakıda səfirliyin iqamətgahının yerləşməsi özlüyündə buna bir sübutdur. Bu, iki paytaxt arasında əlaqələrin inkişaf etməsinə şərait yaratdı. Son illər işgüzar və rəsmi səfərlərin sayı artmağa başlamışdır.

6. İkitərəfli səviyyədə Malayziya və Azərbaycan arasında yüksək səviyyəli bir çox görüşlər keçirilmiş və səfər mübadiləsi nəticəsində iki dövlət arasında diplomatik münasibətlər daha da möhkəmlənmişdir. Malayziyanın Bakıda səfirliyinin açılması ilə səfərlərin sayı artmağa başlamışdır. 2014-cü ildə Malayziyadan Azərbaycana 12 səfər, o cümlədən Baş nazirin "yol açmaq” məqsədilə təşkil etdiyi səfər, nazirlər səviyyəsində 4 səfər, yüksək vəzifəli şəxslərin və Malayziyanın "Petronas” neft şirkətinin prezidentinin 6 səfəri baş tutmuşdur. 2015-ci ildə də 12 səfər edilmişdir, nazirlər səviyyəsində 2, "Petronas” şirkətinin yeni prezidentinin, o cümlədən yüksək rütbəli şəxslərin 2, sektor rəhbərlərinin 4 səfəri buna sübutdur.

7. Biz əminik ki, gələcəkdə qarşılıqlı səfər mübadilələrinin, müqavilə və memorandumların imzalanmasının həyata keçirilməsi ilə Azərbaycanla Malayziya arasında ikitərəfli əlaqələr və əməkdaşlığın möhkəmlənməsinə zəmin yaranacaq. Hər iki tərəf çətinliklə də olsa çalışır ki, ikitərəfli siyasi və iqtisadi əlaqələri daha da yaxşılaşdırsın və qarşılıqlı fayda əldə etsin.

8. Malayziya Azərbaycana regionda sürətlə inkişaf edən ölkə kimi baxır və onun regiondakı proseslərdə iştirakının vacibliyini təsdiqləyir. Bundan başqa, Malayziyanın "Petronas” neft şirkəti "Şahdəniz - 2” konsersiumundan 15,5%- lik, "Cənubi Qafqaz” boru kəmərindən (SCPC) 15,5%-lik və Azərbaycan Qaz Təchizatı Şirkətindən 12,4%-lik pay əldə etmişdir. Razılaşma 2,25 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilmişdir.

9. Çoxtərəfli arenada və BMT, İƏT kimi müxtəlif təşkilatların üzvü kimi hər iki ölkə ortaq və qarşılıqlı maraq doğuran bir çox beynəlxalq məsələlər üzrə ümumi mövqe nümayiş etdirirlər.

10. Malayziya islam həmrəyliyi prinsipinə uyğun olaraq, İslam Əməkdaşlığı Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməni dəstəkləməkdə davam etdirir. İƏT Xarici işlər nazirlərinin 2014-cü il iyunun 19-da keçirilən 41-ci sessiyasında Malayziya Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul etdiyi qətnaməni dəstəkləmişdir.

11. Malayziya həmçinin Birləşmiş Millətlər Təşkilatinın Baş Assambleyasının "Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyət” adlı 62/243 nömrəli sənədin həmmüəlliflərindən biridir. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi 5-ci sənəddir. Malayziya gələcəkdə də Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının erməni işğalından qeyd-şərtsiz azad edilməsi üçün beynəlxalq səylərini əsirgəməyəcək.

12. Bu möcüzəli torpaq – Azərbaycan öz unikal təbiəti, çoxəsrlik mədəniyyəti və tarixi, eləcə də müxtəlif mədəniyyətlərin və sivilizasiyaların elementlərini özünə hopdurmuş bu torpaqlarda yaşayan qədim insanlarının həyatı və adət-ənənələri ilə regionda və dünyada daha mühüm rol oynamağa hazırdır.

13. Azərbaycanın keçən əsrin son rübündəki tərəqqi və inkişaf yoluna nəzər yetirəndə Azərbaycan xalqının nailiyyət və itkilərini, o cümlədən ümummilli lider Heydər Əlirza oğlu Əliyevin xidmətlərini yaddan çıxarmaq olmaz.

14. Heydər Əliyev Azərbaycan tarixinə müstəsna töhfələrini vermiş və böyük tarixi rol oynamışdır. Azərbaycan dövlətinə rəhbərlik etdiyi hər iki dövrdə ölkəni tənəzzül, anarxiya və xaosdan inkişafa və tərəqqiyə doğru aparmışdır. O, möhkəm iradəsi və uzaqgörənliyi ilə milli dövlətçilik ideyasını və Azərbaycan xalqının müstəqillik arzusunu reallığa çevirmişdir. Azərbaycan müstəqilliyin bərpasından sonrakı inkişaf yolunda inanılmaz yol qət etmişdir.

15. Həqiqətən də bu gün Heydər Əliyevin irsi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ağıllı və təcrübəli idarəçiliyi sayəsində son on il ərzində nəzərəçarpacaq dərəcədə inkişaf əlamətlərini görmək mümkündür. Bu gün Bakı beynəlxalq səviyyəli bir sıra tədbirlərə, o cümlədən musiqi, idman, velosiped turu və "Formula 1” Avropa Qran Prisi yarışına ev sahibliyi edir. Azərbaycan xalqı artıq davamlı inkişafa nail olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya üzrə ən aşağı neft qiyməti kimi təhlükəli tufanlara da davam gətirəcəkdir.

16. İyirmi beş illik müstəqillikdən sonra gələcəkdə ikitərəfli və çoxtərəfli inkişafı görə biləcəyimizə ümid edirik. Mən Malayziya hökuməti və xalqı adından Azərbaycan Respublikasının 25 illik müstəqillik tarixini qeyd etməsi kimi fürsətdən istifadə edərək Azərbaycan xalqına və Prezidentinə möhkəm cansağlığı, firavanlıq və çiçəklənmə arzulayıram.

17. Mən Malayziya hökumətinin və xalqının nümayəndəsi olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyini – bu tarixi və əlamətdar günü qeyd etməyi özümə şərəf bilirəm.

18. Biz Azərbaycan Respublikasının 25 illik müstəqillik gününü qeyd edirik, qoy Allah Azərbaycan hökumətini və xalqını qorusun!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...