THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Macarıstan Azərbaycanın müstəqilliyinə və ərazi bütovlüyünə möhkəm və ardıcıl şəkildə dəstək verir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
407
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 dekabr 2016 – Newtimes.az

İmre Laslotski,

Macarıstanın Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Mənim üçün Macarıstanın Azərbaycandakı səfiri kimi Azərbaycan xalqını müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə təbrik etmək böyük şərəfdir. Gələcək əməkdaşlığımızın hər iki ölkə üçün qısa xülasəsini vermək məndə məmnunluq hissi yaradır. Bu səbəbdən mənə verdiyi unikal imkana görə Prezident Administrasiyasına dərin təşəkkürümü bildirirəm.

Bizim üçün Azərbaycan ən yaxın dostdur. Azərbaycan və macar xalqları arasındakı əlaqələrin tarixi uzaq keçmişə söykənir. Lap qədimdən hər iki xalq eyni irsi bölüşür. Azərbaycan və macar xalqlarını ənənəvi səmimi dostluq əlaqələri daha da qüvvətləndirir. Bizim xalqlarımız arasında bir-birinə qarşı hörmət və rəğbət vardır. Bundan başqa, xarici təsirlərə qarşı mübarizə, azadlıq sevgisi, sədaqət və vətənpərvərlik ruhu bizim xalqların ortaq xüsusiyyətləridir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqlarımız arasındakı mövcud əlaqələr yeni məzmun və impuls qazanmışdır. Biz mükəmməl ikitərəfli siyasi əlaqələrin əsasını qoyduq, müxtəlif sahələrdə əməkdaşlığın nəticəsi kimi ciddi nailiyyətlər əldə etdik. Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk ölkələrdən biri olmuşdur. Azərbaycanla diplomatik münasibətlərin əsası 1992-ci ilin aprel ayında qoyulmuşdur. Hər iki ölkənin paytaxtlarında – 2004-cü ildə Budapeştdə və 2009-cu ildə Bakıda səfirliklərin açılması intensiv əlaqə və dialoqların əsasını qoymuşdur. Həm Azərbaycan, həm də Macarıstan ənənəvi dəyərlərə əhəmiyyətli dərəcədə bağlıdır. Ölkələrimiz arasındakı əlaqələr qarşılıqlı hörmətə və məhsuldar əməkdaşlığa əsaslanır. Bizim siyasi, iqtisadi və humanitar əlaqələrimiz yüksək səviyyədədir. Bu gün bizim dostluğumuz və əməkdaşlığımız ikitərəfli və çoxtərəfli formatlarda uğurla inkişaf etdirilir. Bir neçə yüksək səviyyəli rəsmi səfər baş tutmuş, vacib razılaşmalar imzalanmış və Azərbaycan Cənubi Qafqaz regionunda Macarıstanın strateji tərəfdaşına çevrilmişdir. Azərbaycan həmçinin Macarıstanın "Şərqə açılış siyasəti” adlandırılan strategiyasında əsas dövlətlərdəndir. Macarıstan qarşılıqlı mənfəətli şərtlər əsasında Azərbaycanla əlaqələri genişləndirmək məqsədilə yeni imkanları və sahələri araşdırır.

Qarşılıqlı səmərəli əməkdaşlıq istiqamətində Azərbaycan ilə əlaqələri dərinləşdirmək üçün yeni imkanları və istiqamətləri müəyyən etmək Macarıstanın məqsədidir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev 2014-cü ilin fevral ayında Budapeştə səfər etmişdir. Macarıstana onun üçüncü səfəri həqiqətən iki ölkə arasında əməkdaşlığın inkişafına yeni stimul vermişdir. Bu yüksək səviyyəli səfər zamanı Macarıstan və Azərbaycan rəhbərləri strateji əməkdaşlıq haqqında Bəyannamə imzalamışlar. Bu tarixi bəyannamə əməkdaşlığın bütün sahələrini faktiki olaraq əks etdirir və ikitərəfli münasibətlərin güclənməsi üçün Macarıstanın və Azərbaycanın ümumi hüquqi məqsədlər çərçivəsini tam əhatə edir. Bu Bəyannamə ilk növbədə uğurlu əməkdaşlığı təmin edəcək, daha sonra Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına kömək edəcəkdir.

Macarıstan Parlamentinin Sədri Laszlo Koverin Azərbaycana 2015-ci ilin iyununda rəsmi səfəri siyasi əlaqələrimizin tarixində mühüm yer tutur. Bu səfər zamanı hər iki tərəf daha sıx strateji əməkdaşlıq etmək haqqında razılığa gəldilər.

Xüsusi vurğulamaq istərdim ki, 5-6 mart 2016-cı il tarixlərində Macarıstanın Baş naziri cənab Viktor Orbanın Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Baş nazir cənab Artur Rasizadə ilə görüşmüşdür. Bu səfərdə onu Macarıstan hökumətinin üç naziri – Xarici işlər, Ticarət və milli iqtisadiyyat, həmçinin Kənd təsərrüfatı nazirləri müşayiət etmişdir. Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri digər əhəmiyyətli sənədlərlə yanaşı, İKT sahəsində birgə inkişaf fondunun yaradılması haqqında Bəyannamə, həmçinin məşğulluq sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq haqqında Anlaşma Memorandumu imzalamışlar.

Bizim ticarət və iqtisadi əməkdaşlığımızın inkişafı üçün əhəmiyyətli potensial var. Sənaye, energetika, daşımalar, kənd təsərrüfatı, kommunikasiya, informasiya texnologiyaları, farmakoloji preparatlar, ətraf mühit, turizm və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir İqtisadi sahədə əməkdaşlığımız son illərdə öz inkişaf xəttini nisbətən dəyişmiş və daha çox strateji xarakter kəsb etməyə başlamışdır. 2013-cü ildən etibarən ikitərəfli ticari mübadiləmizin həcmi artmışdır. Bu tendensiya bu gün də davam edir. 2014-cü ildə ikitərəfli mal dövriyyəsi 72.5 milyon dollara çatmışdı ki, bu da Macarıstanın ixracatında 8% artım təşkil edir. 2015-ci ildə Macarıstanın Azərbaycana ixracatı 65 milyon dollardan çox olmuşdur. Macarıstanın Baş nazirinin Azərbaycana səfəri zamanı hər iki ölkədən 200-dən çox sahibkar və müxtəlif sektorlar üzrə ixtisaslaşan şirkətlərin nümayəndələri – azərbaycanlı və macar biznesmenlərinin bir hissəsi Bakı Biznes Mərkəzində keçirilən işgüzar forumda iştirak etmişlər.

İqtisadi əlaqələrimizin inkişafı üçün ən vacib təşkilat 2010-cu ildə yaradılan Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyadır. Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev və mənim də rəhbərim olan Macarıstanın Xarici işlər və ticarət naziri cənab Piter Siyarto beş ildən çox müddət ərzində bu komissiyaya həmsədrlik edirlər. Mənim üçün bu rəhbərliklə effektiv işləmək əlavə impulsdur. Biz iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 2016-cı ildə Azərbaycanda keçiriləcək altıncı iclasını səbirsizliklə gözləyirik. Bakıda 2012-ci ildə açılan Macarıstan Ticarət Evi də iki ölkənin biznes dairələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın yaradılmasına öz köməyini əsirgəmir. Macarıstan və Azərbaycan həmçinin bir neçə tenderdə birlikdə iştirak etməyə müvəffəq olublar.

Hər halda bizim iqtisadi əlaqələrimizin bugünkü səviyyəsi öz mövcud potensialından uzaqdır. Macar şirkətləri Azərbaycanda da böyük marağa səbəb olan yüksək keyfiyyətli məhsullar, məsələn, ərzaq məhsulları ilə Azərbaycan bazarına daxil olmaq istəyindədirlər. Macar şirkətləri Azərbaycan Respublikasının təşəbbüsü ilə reallaşdırılan böyük regional infrastruktur layihələrinə qoşulmağa hazırdırlar. Onlar həmçinin uzunmüddətli layihələr və qabaqcıl texnologiyalar əsasında, hər iki tərəfin xeyrinə əməkdaşlıq etməyə, ölkənin davamlı inkişafına, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz töhfələrini verməyə hazırdırlar.

Son illərin qlobal iqtisadi və siyasi hadisələri Macarıstan və Azərbaycandan iqtisadi əməkdaşlıqlarını yenidən strukturlaşdırmağı tələb edir. Bu vəziyyətdə Macarıstan yalnız ticarətin stimullaşdırılmasına deyil, həmçinin xüsusilə böyük təcrübəyə malik olduğu informasiya texnologiyaları, infrastruktur layihələrinin icrası, su resurslarının idarə edilməsi, kənd təsərrüfatının inkişafı və energetika sahələrində investisiya əməkdaşlığının inkişafına diqqəti yönəltmək istəyir. Avropada davam edən böhran dövründə macar iqtisadiyyatı Azərbaycan ilə strateji əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bizim ölkəmiz azərbaycanlı investorlar üçün yaxşı platformadır: Macarıstan hökuməti onların fəaliyyəti üçün güzətlər edir və yaxşı iş şəraiti yaradır. Bundan başqa, Macarıstanın "Ekzimbank”ı Macarıstan-Azərbaycan biznes layihələrinin həayata keçirilməsi üçün 200 milyon dollar vəsait ayırır. Enerji sahəsində əlaqələrimizi dinamik şəkildə inkişaf etdirmək üçün yaxşı potensialımız var. Biz əsas enerji tərəfdaşı kimi Azərbaycanı görürük. Mən energetika resurslarının diversifikasiyası və idxal marşrutları üzrə Macarıstanın və Avropanın əsas hədəflərindən biri olan Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Macarıstanın öz maraqlarını xüsusi vurğulamaq istərdim.

Biz yalnız iqtisadi sahədə deyil, bütün sferalarda Azərbaycan ilə hərtərəfli və ahəngdar əlaqələrin qurulmasında maraqlıyıq. Bizim yeni proqramlarımızı humanitar sferadan daha yaxşı heç nə sübut etmir. Ticarət və investisiyadan başqa bizim əla əlaqələrimizi dərinləşdirən müxtəlif yeni elementlər var. Təhsil bizim gələcək ikitərəfli münasibətlərimizə yeni stimul verən Macarıstan- Azərbaycan əməkdaşlığının ən uğurlu sahələrindən biridir. Macarıstan ölkə universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayının artmasına böyük maraq göstərir. Buna görə də macar hökuməti 2015-ci ildə Macarıstanın nüfuzlu universitetlərində azərbaycanlı tələbələr üçün təqaüd və ödənişsiz yerləşmə də daxil olmaqla 200 yer ayırmışdır. Bu təqaüdlər əsasən kənd təsərrüfatı, təbiət elmləri, səhiyyə tədqiqatları, turizm, lahiyələşdirmə, texnologiyalar, iqtisadiyyat və biznes sahələri üzrə təklif edilir. İnanırıq ki, bizim universitetlərimiz arasındakı əməkdaşlıq proqramı uzun müddət əlaqələrimizə çox müsbət təsir göstərəcəkdir. Baş nazirimizin Azərbaycana səfəri zamanı ali təhsil sahəsində əməkdaşlığa dair iki bəyannamə imzalandı: Macarıstan Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti və Kapoşvar Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında. Bundan başqa, 2014-cü ilin sentyabrında Azərbaycan Dillər Universitetində bir macar müəllim tədris fəaliyyətinə başlamışdır.

Ölkələrimizin vətəndaşları mədəniyyətə və tarixi irsə bağlıdır. Biz əminik ki, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlıq bizim xalqlarımız arasında birbaşa əlaqələrin güclənməsinə öz töhfəsini verəcəkdir. Bakıdakı Macarıstan səfirliyinin əsas məqsədlərindən biri də mədəniyyət sahəsində əlaqələri möhkəmləndirmək üçün macar incəsənət nümunələrinin nümayiş etdirilməsidir. Səfirlik "Macar mədəniyyəti günləri”ni folklor proqramları, qala-operetta, bədii sərgilər və ya festivallar vasitəsilə hər il təşkil edir. 2016-cı ildə biz bir neçə mədəni hadisəni, məsələn, "Şərqi tədqiq edən macarlar” sərgisini və məşhur macar bəstəkarı Bela Bartoka həsr edilmiş xatirə konsertini təqdim etdik.

Biz humanitar sahədə Macarıstan-Azərbaycan əlaqələrinin güclənməsinə öz töhfəsini verən Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndiririk. Biz fəxr edir və şərəf duyuruq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva xalqlarımız arasında dostluğun dərinləşdirilməsinə şəxsən təşəbbüs edir. Xeyirxah fəaliyyətini, xüsusilə kor uşaqlar üçün Laszlo Batthiani Roma Katolik Evinin yenidənqurulması və genişləndirilməsində mərhəmətli dəstəyini nəzərə alaraq Mehriban xanım Əliyeva 2016-cı ilin martında Baş nazir Viktor Orbanın Azərbaycana rəsmi səfəri zamanı Macarıstan qarşısındakı xidmətlərinə görə yüksək mükafatla təltif edilmişdir.

Macarıstan qədim olimpiya ənənəsinə malikdir. Biz beynəlxalq idman müsabiqələrindəki çoxsaylı böyük uğurlarımızla fəxr edirik. Biz 2015-ci ilin iyun ayında Bakıda keçirilən Birinci Avropa Oyununlarında 200 nəfərlik geniş bir heyətlə iştirak etdik. Hətta təşkilatçılar arasında bir neçə təcrübəli macar nümayəndə də var idi. Biz oyunlar ərzində 20 medal qazanmış macar komandasının uğurları ilə fəxr edirik. Azərbaycan Avropa Oyunlarını təşkil etməkdə yüksək standartlar nümayiş etdirdi. Bu müvəffəqiyyət Avropa və beynəlxalq səhnədə Azərbaycanın nüfuzunu artırdı.

Biz vətəndaşlarımız arasındakı birbaşa əlaqələrə mühüm əhəmiyyət veririk. 2013-cü ilin iyun ayında "Wizz Air” şirkətinin Budapeşt ilə Bakı arasında birbaşa hava uçuşlarına başlaması bizim əlaqələrimizdə tarixi bir addım olmaqla yanaşı, ikitərəfli iqtisadi, ticari, turizm və humanitar sahələrdə əlaqələrimizin inkişafına, xalqlarımıza öz töhfəsini vermiş oldu. Yeni razılaşma əsasında "Wizz Air” şirkəti 2016-cı ilin martında Budapeştdən uçuşları yenidən bərpa etmişdir. Bundan əlavə, Bakıdakı Macarıstan səfirliyi Azərbaycan vətəndaşları üçün vizaların alınması prosedurasını sadələşdirmək və yüngülləşdirmək üçün konsul bölməsinin işini genişləndirmişdir.

Biz beynəlxalq səhnədə, o cümlədən BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla məhsuldar əməkdaşlığımızı davam etdirməkdə qərarlı və sadiqiq. Tarixi və mədəni ənənələrə əsasən Macarıstan Azərbaycanın da vacib rol oynadığı türkdilli dövlətlərin təşkilatları ilə çox yaxşı əlaqələrə malikdir. TürkPA-da müşahidəçi qismində iştirak etmək, türkdilli ölkələrin gələcəyə yönümlü əməkdaşlıq proqramından faydalanmaq Macarıstan üçün şərəfdir.

Macarıstan həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa doğru atdığı addımları dəstəkləyir. Macarıstan Avropa İttifaqının üzvü olduğu kimi Azərbaycan da "Şərq Tərəfdaşlığı” proqramının iştirakçılarından biridir. Bununla əlaqədar olaraq, Macarıstan müxtəlif tərəfdaş ölkələr arasında fərqləndirmə aparılmasının tərəfdarıdır. Biz Azərbaycanı Avropa İttifaqının etibarlı tərəfdaşı və strateji müttəfiqi kimi yalnız enerji təhlükəsizliyi sahəsində dəstəkləmirik, digər sahələrdə də dəstəkləyirik. Bizim əlaqələrimizin möhkəmlənməsi həm də Avropa İttifaqı üçün də əhəmiyyətlidir.

Biz hesab edirik ki, Azərbaycan Qafqaz regionunda sülhün və stabilliyin qurulmasında aparıcı rola malikdir. Macarıstan Azərbaycanın müstəqilliyinə və ərazi bütovlüyünə möhkəm və ardıcıl şəkildə dəstək verir. Biz arzu edirik ki, gərginlik və regiondakı dondurulmuş münaqişələr sülh yolu ilə həll edilsin.

Əziz azərbaycanlı dostlar!

Macarıstanın səfiri kimi məni Azərbaycan xalqının qonaqpərvərliyi, açıq düşüncəsi, dostcanlılığı, ölkənin sürətli inkişafı təsirləndirdi. Azərbaycan Respublikasını və Azərbaycan xalqını iqtisadiyyatda əldə etdiyi yüksəliş və sosial nəticələrə görə təbrik etməkdən məmnunluq duyuram.

Macarıstan və Azərbaycan əməkdaşlıq üçün böyük potensialdan istifadə edirlər. Bizim əlaqələrimiz inkişaf etməkdədir. Mən əminəm ki, biz bundan sonra da bütün sferalarda əməkdaşlıq əlaqələrimizi dərinləşdirmək və imkanlarımızı artırmaq üçün səylərimizi davam etdirəcəyik. İyirmi beş illik müstəqil Azərbaycanı salamlayaraq bütün qəlbimlə arzu edirəm ki, Macarıstan- Azərbaycan dostluğu bundan sonra da qarşılıqlı sərfəli nəticələr gətirsin. Mən sizi inandırıram ki, Macarıstan tərəfindən siz açıqlıq, lütfkarlıq və xoş niyyətlə qarşılanacaqsınız. Macarıstan hökuməti, macar xalqı və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan hökumətinə ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycan xalqının rifahı və tərəqqisi yolunda uğurlar arzu edirəm!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...