THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Küveytlə Azərbaycanı bir-birinə siyasi, iqtisadi, sosial və digər sahələrdə möhkəm əlaqələr bağlayır

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
285
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 dekabr 2016 – Newtimes.az

Səud Əbdüləziz əl-Rumi,

Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Küveytlə Azərbaycanı bir-birinə siyasi, iqtisadi, sosial və digər sahələrdə möhkəm əlaqələr bağlayır. Bu əlaqələri səciyyələndirən əsas xüsusiyyət 2006-cı ilin dekabr ayında Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin açılmasından əvvəl də münasibətlərin mövcud olmasıdır.

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü ərəfəsində mən bu ölkənin Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi uğurlardan və sürətli inkişafından məmnunluğumu qeyd edirəm.

Küveyt-Azərbaycan əlaqələrinin tarixi köklərinə nəzər salsaq, bu əlaqələrin nə qədər güclü olduğunun şahidi olarıq. 1991-ci ildə müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan çox çətin mərhələ və sınaqlardan keçmişdir. Belə ki, bu dövrdə torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunmuş və 1 milyondan artıq soydaşı doğma yurd-yuvalarından (Dağlıq Qarabağdan) didərgin salınmışdır.

Mərhum Heydər Əliyev 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanı özünün böyük siyasi təcrübəsi sayəsində yenidən beynəlxalq aləmə müstəqil dövlət olaraq qaytarmağa nail oldu. Həmçinin o, bu çətin mərhələdə Azərbaycana kömək məqsədilə bir sıra islam dövlət və xalqlarına müraciət etmiş, Küveyt Dövləti də öz növbəsində qardaş Azərbaycan hökuməti ilə mövcud qardaşlıq əlaqələri prinsipindən çıxış edərək bu müraciətə biganə yanaşmamışdır. Belə ki, Küveyt 1995-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının nəzdində fəaliyyət göstərən Asiya Müsəlmanları Komitəsinin ofisini açmışdır. Asiya Müsəlmanları Komitəsi 1996-cı ildə Küveyt Dövlətinin tapşırığına əsasən və mərhum prezident cənab Heydər Əliyevin xüsusi qayğısı altında Bakı şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım məqsədilə ilk beynəlxalq konfrans təşkil etmişdir. Küveyt Dövlətinin o zamankı əmiri Şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın müvafiq göstərişinə əsasən, 1995-ci ildə 200 ton ərzaq və tibbi yardımla dolu olan 5 təyyarə Azərbaycana göndərilmişdir. Habelə o, Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin gücləndirilməsini diqqət mərkəzində saxlamışdır.

Buna misal olaraq, Küveyt Dövləti Asiya Müsəlmanları Komitəsinin xətti ilə 1998-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xahişinə əsasən Azərbaycan və ingilis dillərində qaçqın uşaqların yaşadığı ağrı-acılardan bəhs edən kitab çap etdirmişdir. Burada əsas məqsəd Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini əks etdirmək və qaçqın probleminə işıq salmaq olmuşdur. Bundan əlavə, Küveyt Dövləti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xahişinə əsasən, 1999-cu ildə Dağlıq Qarabağ və qaçqınların probleminə həsr olunmuş sənədli filmin çəkilməsini və istehsalını maliyyələşdirmişdir.

Həmçinin Küveytin İnformasiya Nazirliyi ilə Azərbaycan haqqında humanitar, iqtisadi, turizm və s. sahələri əhatə edən filmin hazırlanması məsələsi müzakirə olunmuş, bu film hazırlandıqdan sonra 2002-ci ildə Küveyt televiziyasında göstərilmiş, habelə ərəb və digər xarici dillərdə nümayiş etdirilməsi üçün müxtəlif dillərə tərcümə edilmişdir.

Küveyt Dövlətinin tapşırığına əsasən, Asiya Müsəlmanları Komitəsi Azərbaycanda məktəblərin tikintisi, su quyularının qazılması və ehtiyacı olan şəxslərin istifadəsi üçün müasir tibbi avadanlıqların alınması kimi bir sıra xeyriyyəçilik fəaliyyətləri ilə də məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, Küveytin son 20 il ərzində Azərbaycanda həyata keçirdiyi müxtəlif xeyriyyəçilik fəaliyyətlərinin ümumi dəyəri 15 milyon dollara bərabərdir. Asiya Müsəlmanları Komitəsi Azərbaycanda fəaliyyətə başladığı dövrdən bu vaxta qədər, yəni 20 ildən artıq müddət ərzində bir sıra diplom və təşəkkürnamələrə layiq görülmüşdür ki, bunlardan ən əhəmiyyətlisi Asiya Müsəlmanları Komitəsinin rəhbəri cənab Adil əl-Fəlahın 2010-cu ilin aprel ayında Azırbaycan Respublikasının Prezidenti Zati-aliləri canab İlham Əliyev tərəfindən "Dostluq” ordeni ilə təltif edilməsidir.

Küveyt Dövləti İraq tərəfindən işğala məruz qalarkən Azərbaycanın onun haqlı mövqeyini dəstəkləməsini və İraqdan Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi qərarlara əməl olunmasını tələb etməsini yüksək qiymətləndirir.

İki ölkə arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi sahəsində müxtəlif müqavilələr və anlaşma memorandumları imzalanmışdır.

Küveyt İnkişaf Fondu Azərbaycana Ələt-Qazıməmməd yolunun yenidən qurulması və Bakı dairəvi avtomobil yolunun inşası kimi bir sıra layihələrin həyata keçirilməsi üçün 34 milyon ABŞ dolları məbləğində maddi yardım göstərmişdir.

Küveyt həmçinin Azərbaycanda enerji, infrastruktur, turizm və kənd təsərrüfatı kimi bir sıra mühüm əhəmiyyət kəsb edən sahələrdə sərmayə yatırmaq niyyətindədir.

Küveyt enerji sektorunda (neft və qaz) böyük inkişaf yolunu izləyir və bu sahədə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün bütün mövcud imkanların dəyərləndirilməsinə hazırdır.

İki ölkənin yüksək səviyyəli rəsmi şəxslərinin mütəmadi olaraq qarşılıqlı səfərlər etməsi Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrin necə dərin olduğunu göstərir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...