THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kuba Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
280
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 dekabr 2016 – Newtimes.az

Omar Medina Kintero,

Kuba Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Kuba ilə Azərbaycan arasında ilk əlaqələr keçmiş SSRİ-nin hüdudları çərçivəsində inkişaf etmişdir.

Kuba ilə Azərbaycan arasında rəsmi əlaqələrin inkişafında ən vacib tarixi elementlərdən biri 1959-cu ildə Kuba inqilabının qələbəsindən sonra – Karib adası dünyanın digər ölkələri və xalqları ilə bütün növ əlaqələri şaxələndirməyə yönəlmiş xarici siyasət yeritməyə başladığı vaxt yarandı.

Sonrakı dövrdə əlaqələrimizin inkişafında mühüm mərhələlərdən daha biri bu il 25-ci illiyini qeyd etməyə hazırlaşdığımız 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın müstəqilliyini bərpa etməsinə təsadüf edir. Azərbaycan Kuba hökumətini və xalqını azad dövlət olaraq dərhal tanımışdır.

Hal-hazırda Kuba və Azərbaycan arasındakı ikitərəfli əlaqələr şəffaflıq və səmimi dostluq ənənələri, qarşılıqlı hörmət, suverenliyin tam tanınması, milli bütövlük, beynəlxalq standartlar, ticarət və iqtisadiyyatda qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Siyasi ruh yüksəkliyi hər hansı bir mövzunun müzakirə edilməsi zamanı həmişə dialoqlarımızın əsasını təşkil edib. Biz ikitərəfli əlaqələrdə yüksək məqsədlərə çatmağı arzu edirik.

Kuba Respublikası və Azərbaycan arasındakı diplomatik əlaqələr hər iki ölkənin paytaxtlarında fəaliyyət göstərən səfirliklərimizin iştirakı ilə fəal şəkildə qorunub saxlanılıb və inkişaf etdirilir. Kuba Bakıya rezident səfir akkreditə edib. Azərbaycan Kubada daimi iqamətgahı Nyu Yorkda yerləşən səfir ilə təmsil olunur. Hər iki ölkənin rəsmi nümayəndə heyətləri arasında diplomatik mübadilələr həmçinin çoxtərəfli, regional və xüsusi məsələlər üzrə beynəlxalq gündəlikdə duran görüşlərdə və iclaslarda aparılır.

Ölkələrimiz arasında siyasi münasibətlər ikitərəfli fikir mübadiləsi və çoxtərəfli, regional məsələlər üzrə ümumi prioritet sayəsində qarşılıqlı dəstəyini saxlayır. İkitərəfli səviyyədə maksimum mübadilə siyasətini artırmaq arzusu ilə həyata keçirilən rəsmi səfərlər hər iki tərəfin dəvətlərindən qaynaqlanır.

Hal-hazırda Kuba ilə Azərbaycan arasında ticari və iqtisadi münasibətlərin səviyyəsi siyasi münasibətlərin səviyyəsindən daha aşağıdır. Hər iki ölkə iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün istək və iradələrini dəfələrlə ifadə etsələr də, hələ buna tam nail ola bilməyiblər. Kuba öz tibb xidmətləri sahəsində beynəlxalq təcrübəsini və bəzi xəstəliklərin müalicəsində müstəsna və nadir xüsusiyyətlərə malik dərman istehsalı hazırlığı və məhsulun texnologiya və tibbi ekspertiza sahəsində inkişaf potensialını təklif edir.

Kuba biznes maraqları və turizmlə bağlı bazarların çoxsaylı kombinasiyasının geniş sahədə inkişafını təklif edir. Kuba qanunları qitənin daha uzaq və cənubu üçün nəzərdə tutulan dəniz və hava yolları ilə malların emalı və nəqli üçün saxlama platforması kimi yeni imkanların yaranmasına zəmanət verir.

Kuba öz mineral ehtiyatlarının, yeni enerji növlərinin, həmçinin kənd təsərrüfatı, heyvandarlıq, mədəni və müxtəlif elmi potensialın inkişafı üçün bərabər imkanlar təklif edir.

Azərbaycan öz növbəsində müasir infrastrukturun yaradılması üçün böyük sərmayə yatırır. Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etməlidir ki, karbohidrogen resurslarının satışından əldə edilən gəlirlərdən asılılığını azaltsın.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...