THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-İtaliya əməkdaşlığı möhkəm təməl üzərində qurulub

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
223
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 dekabr 2016 – Newtimes.az

Ciampaolo Kutillo,

İtaliya Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan 1991-ci ilin oktyabr ayında müstəqilliyini bərpa etdiyi zaman mən hələ Neapol Universitetində oxuyan və əksər həmyaşıdlarım kimi "soyuq müharibə''nin sonlarında yaranmış geosiyasi vəziyyəti və Sovet İttifaqının dağılmasını böyük maraq və heyrət hissi ilə izləyən bir tələbə idim. Əlbəttə ki, 1992-ci ilin may ayında İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulan zaman mən ən geniş təsəvvürümdə belə bir gün İtaliyanın Bakıdakı səfiri olacağımı gözləmirdim.

Ölkələrimiz arasında o zamandan bəri daima dostluq münasibətləri mövcud olmuş və artıq 1997-ci ildə İtaliyaya ilk rəsmi səfəri zamanı Heydər Əliyev ikitərəfli əlaqələrimizin böyük əhəmiyyətini və bütün sahələrdə potensiala malik olduğunu vurğulayaraq Azərbaycanın müstəqilliyini dərhal tanıdığı üçün İtaliyaya təşəkkürünü bildirmişdir.

2014-cü ilin iyul ayında Roma şəhərində İtaliyanın Baş naziri Matteo Renzi və Azərbaycan Prezidenti İlham Əliyevin strateji tərəfdaşlıq haqqında qəbul etdikləri Birgə Bəyannamə ilə yüksək səviyyəli əlaqələrin intensivləşməsinin və ikitərəfli münasibətlərin görünməmiş şəkildə inkişafının hesabına əsrin son rübündə əldə edilən nəticələrə baxarkən, bu gün dərin və qarşılıqlı məmnunluq hissi duymaq üçün səbəblərimiz mövcuddur.

Azərbaycan 2013-cü ildən bəri İtaliyanın neft üzrə birinci təchizatçısıdır; ixracımızın çoxtərəfli inkişafı hesabına hal-hazırda İtaliya Azərbaycanın ilk beş təchizatçısı arasında yer alır və beləliklə, ölkənin həyata keçirdiyi diversifikasiya və islahatlar mərhələsində yeganə iri ticarət və iqtisadi tərəfdaşına çevrilir.

İtaliya hökuməti və şirkətləri 2020-ci ilədək Xəzər dənizi ilə İtaliyanın cənub sahillərini və Avropanın digər hissəsini birləşdirəcək 3200 km uzunluğa malik strateji boru kəməri olan Cənub Qaz Dəhlizinin tikintisinə çox yaxından diqqət göstərir: söhbət bir neçə onillik boyu Avropanı diversifikasiya olmuş və daha təhlükəsiz ehtiyatlarla təchiz etməklə bütün qitə üçün bütünlüklə önəmli rol oyanayacaq yeni enerji mənbəyindən gedir.

Bizim uzunmüddətli tərəfdaşlığımız sülh və sabitlik üçün birgə öhdəliyə, eləcə də dialoq, tolerantlıq və mədəni dəyərlərə əsaslanır.

Bu nöqteyi-nəzərdən mən son 3 ildə Bakının canlılıq və cazibədarlığından, qədim və zəngin irsini yenidən kəşf etməklə öz gələcəyi üçün məqsədyönlü işlər görən bir ölkənin inkişaf tempindən təsirlənmişəm.

Azərbaycan və italyan xalqları ortaq "Cənub temperamenti'' xüsusiyyətinə malikdirlər. Bu cəhət coğrafi konseptdən çox uzaq olsa da, bir-biri ilə qədim zamandan əlaqəsi olan dünyanın iki həlledici ərazisinin – Aralıq dənizi və Qafqaz regionunun kəsişməsində yerləşən hər iki xalqın qədim mədəniyyətə malik olması ilə əlaqədardır.

Təbii ki, xalqlarımız arasında fərqlər də mövcuddur, lakin çox güman ki, bizi birləşdirən ümumi cəhət əsrlər boyu müxtəlif və ziddiyyətli xarici təsirlərə məruz qalan və nəticədə öz şəxsiyyətinin güclənməsinə və təsdiqlənməsinə gətirib çıxaran, bizim kimi insanlar üçün təbii hal almış tolerantlıq və açıqlıq hissidir.

Biz hal-hazırda sınaq dövrünü yaşayırıq və bilirik ki, böhran imkanları dəyərləndirməyə hazır olan, dialoq, əməkdaşlıq və inkişaf naminə birgə layihələrdə əl-ələ verə biləcək tərəflər üçün fürsətlər yarada bilər. Problemlərini yaşamağa məcbur olduğumuz müasir dövrdə, bu ölkənin səmimi və mehriban bir dostu kimi, müstəqilliyini əldə etdiyi gündən etibarən yürütdüyü ardıcıl siyasətində və çoxşaxəli fəaliyyətində Azərbaycana və onun gənc nəsillərinə uğurlar arzu edirəm.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...