THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-İraq əlaqələri: dünəni, bu günü, gələcəyi

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
232
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 dekabr 2016 – Newtimes.az

Fadil əl-Şuveyli,

İraq Respublikasının Azərbaycan Respublikasındakı

müvəqqəti işlər vəkili

İraq Azərbaycanla diplomatik əlaqələr yaradan ilk dövlətlərdən biri olaraq Bakıda Baş Konsulluğunu hələ 17 avqust 1974-cü il tarixində keçmiş Sovetlər Birliyi dövründə açmışdır. Bu Konsulluğun əsas qayəsi quru yolla Məkkəyə həcc ziyarətinə səfər edən, həmçinin İraqda yerləşən müqəddəs yerlərə yollanan azərbaycanlı zəvvarların işinin asanlaşdırılması, həmçinin Bakıda əksəriyyəti Neft Akademiyasında təhsil alan iraqlılar və iraqlı hərbçilərə diqqət göstərmək idi. Bu əlaqələr indiyədək davam etmiş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə 1992-ci ildə diplomatik təmsilçiliyin səviyyəsi səfirlik səviyyəsinə qaldırılmışdır.

Azərbaycanın xarici siyasəti bir neçə fundamental prinsipə – coğrafi, enerji və geosiyasi prinsiplərə əsaslanır. Diplomatiya sahəsində Azərbaycan aktiv fəaliyyət göstərərək çoxtərəfli əlaqələrdə öz iqtisadi maraqları, əldə edə biləcəyi gəlirlər, dövlətin siyasi sanbalı və əhəmiyyəti arasında balans yarada bilmişdir. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyindən asılı olaraq düşünülmüş və sülhsevər mövqe nümayiş etdirir. Qeyd edilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa Azərbaycanın qonşu və digər dünya dövlətləri ilə heç bir açıq münaqişəsi yoxdur. Bu münaqişənin tarixi isə keçən əsrin səksəninci illərinə təsadüf edir.

Səfirliyimiz fəaliyyətində Azərbaycan tərəfi ilə əlaqələrin inkişafı üçün hər bir imkandan yararlanaraq dövlət quruculuğu, milli barış sahəsində əldə edilən uğurlar, təhlükəsizlik və xidmət sahəsində qazanılan tərəqqi, dövlətin demokratik nailiyyətlərinin qorunması sahəsində İraqdakı hazırkı vəziyyətin şərh edilməsi, keçmiş rejimin həqiqətləri və törətdiyi cinayətlər barədə məlumatların yayılması üçün səy göstərir. Həmçinin səfirlik Azərbaycanın hökumət və qeyri-hökumət müəssisələrini İraqda investisiya yatırmaq üçün təşviq edir. Bizim missiya əsas diqqəti enerji, təhlükəsizlik, təhsil, sənaye və kənd təsərrüfatı sahələrində ticarət əlaqələrinin inkişafına, iki tərəf arasında son dövrlər xüsusilə Bakı ilə Bağdad arasında birbaşa aviareyslərin açılmasından sonra fəallaşan turizmin, xüsusən də dini turizmin aktivləşdirilməsinə yönəldir. Bu da iki ölkənin qarşısında böyük iqtisadi perspektivlər açır.

Səfirliyin Azərbaycandakı fəaliyyətini 1974-cü ildə Bakıda, Azərbaycan Sovet Sosialist Respublikasında İraqın Baş Konsulluğu açıldığı gündən 1991-ci ildə Sovet İttifaqının dağılmasınadək bir neçə mərhələyə bölmək olar. Bu dövr hərbi mühəndislik, hərbi-dəniz, hava hücumundan müdafiə sahələrində hərbi məktəb və institutların bir çox iraqlı zabitin, neft və mühəndislik sahələrində yüzlərlə mülki iraq vətəndaşlarının təhsil almasına yardım göstərmiş Baş Konsulluğun aktiv fəaliyyəti ilə səciyyələnir.

Azərbaycan iki ölkə arasında əlaqələrin inkişafına böyük maraq göstərir. Buna ən bariz nümunə Azərbaycan Silahlı Qüvvələrinin İraqda çoxmillətli sülhməramlı qüvvələr kontingenti çərçivəsində 150 nəfərlik rəmzi bir qrupla iştirak etməsidir. Son illər əlaqələrin səviyyəsi bir çox iraqlı məsul şəxsin Azərbaycana səfərləri, İraqda müqəddəs yerləri ziyarət edən azərbaycanlı zəvvarların sayının artması ilə tədricən inkişaf etmişdir. Bu əlaqələrin inkişafına 2010-cu il noyabrın 10-da iki ölkə arasında "Elmi, texniki, iqtisadi və ticari əməkdaşlığa dair Saziş” in imzalanması yeni təkan vermişdir. Səfirlik Azərbaycan-İraq əlaqələrinin müxtəlif sahələrdə genişlənməsinə, xüsusən də 2013-cü il dekabrın 4-də Bakıda keçirilən Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyasının ilk iclasından sonra daha da inkişaf edəcəyinə ümid bəsləyir və cari ildə Bağdad şəhərində həmin Komissiyanın ikinci iclasının kecirilməsini səbirsizliklə gözləyir.

Azərbaycanın, xüsusən də neft və qaz sənayesi avadanlığı, neft-qaz maşınqayırması və ixracı, dənizdə neft və qazın hasilatı və kəşfiyyatı sahələrində malik olduğu zəngin təcrübə sayəsində iqtisadi əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İraq tərəfi bu təcrübədən istifadə etməlidir.

Azərbaycan təbii qazın dünya ölkələrinə ötürülməsi məqsədilə Rusiya, Körfəz ölkələri, Asiya və Avropaya çatdıracaq dörd perspektiv ixrac kəməri layihəsi üzərinə işləyir. Bunlar Türkiyənin Ceyhan limanı vasitəsilə Avropa ölkələrinə uzanan "Nabukko”, Türkiyənin Ərzurum şəhərindən keçən "Şahdəniz” xətti, Rusiya Federasiyasına, oradan isə Avropaya uzanan "Şimal” xətti və İran ərazisindən keçməklə cənuba doğru uzanan Asiya və Körfəz ölkələrinə doğru uzanan xətdir.

2015-ci ildə İraqdakı müqəddəs yerləri ziyarət etmiş azərbaycanlı zəvvarların ümumi sayı artaraq 14.023 nəfərə çatmışdır. Bu artımı nəzərə aldıqda iki ölkə arasında turizm, xüsusən də dini turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu müşahidə etmək olur. Qeyd edildiyi kimi, Bakı ilə Bağdad arasında birbaşa aviareyslərin açılmasından sonra Azərbaycana səfər edən iraqlı turistlərin sayı da artmışdır.

Həmçinin Azərbaycan dəqiq məlumat şəbəkəsi, vətəndaşların əmin-amanlığını qoruya, onun təhlükəsiz yaşamasını təmin edə bilən sanballı təhlükəsizlik orqanları sahəsində təcrübəyə malik dövlətlərdəndir. Ölkələrimiz terrorla mübarizə sahəsində də əməkdaşlıq edir.

Səfirlik digər dövlətlərlə müqayisədə Azərbaycanda mövcud təhsil haqlarının aşağı olduğunu nəzərə alaraq, elm və təcrübə mübadiləsi, ali təhsil müəssisələrinə ayrılan qrantlar, tələbə və müəllim mübadiləsi, yay kursları və s. kimi sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların olduğunu vurğulayaraq, Azərbaycanın ali təhsil müəssisələrində oxumaq istəyən iraqlı tələbələrin sayının gələcəkdə daha da artacağına ümid edir. Qeyd etmək istəyirəm ki, İraq Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayına görə ərəb ölkələri arasında birinci yerdədir. Səfirlik bir çox azərbaycanlının İraqda ərəb dilini öyrənmək arzusunu nəzərə alaraq onların İraq universitetlərində ərəb dilini öyrənməsi, həmçinin hazırda bir neçə azərbaycanlının da təhsil aldığı Nəcəf şəhərində dini sahədə təhsil almaları üçün qrantların ayrılması məsələsini də gündəmdə saxlayır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...