THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-İordaniya münasibətləri qarşılıqlı inam və etimada söykənir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
237
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 noyabr 2016 – Newtimes.az

Nassar İbrahim Məhəmməd əl-Habaşneh,

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan əksər dövlətləri qabaqlayaraq demokratiya və hüququn əsaslarını yaratmış bir ölkədir. O, İslam aləmində ən qədim universitetlərdən birinə sahib olmaqla bilik və maarifləndirmə mayakı olmaqda davam edir.

İnsanlar Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyinin qazanılmasında, onun sabitliyinin təmin olunmasında, bir çox çətinliklər və çəkişmələrlə üzləşən respublikanın mötədil və rassional kursunun müəyyən edilməsində mühüm rolu olmuş mərhum Prezident Heydər Əliyevin rolunu heç bir zaman unutmayacaqlar.

Mərhum Prezident Heydər Əliyev Azərbaycanı anarxiya, özbaşınalıq və parçalanma təhlükəsindən xilas etmək, dövlət institutlarını və iqtisadiyyatı bərpa etmək, insan hüquq və azadlıqlarına hörmətlə yanaşan, multikultural, demokratik dövlət yaratmaq üçün Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtmışdır. Mərhum Prezident Heydər Əliyev dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsi və güclənməsinə, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanınmasına nail olmuş, bunun nəticəsində Azərbaycan beynəlxalq aləmin aktiv üzvü olmuş və qısa zaman kəsiyində beynəlxalq münasibətlər sistemində güclü bir dövlətə, etibarlı tərəfdaşa çevrilmişdir.

Həmçinin, Azərbaycan dünyanın bir çox ölkələri ilə siyasi və diplomatik münasibətlər qurmağı bacarmış, öz milli maraqlarından və xalqın manafeyindən çıxış edərək çoxqütblü dünyanın müxtəlif ölkələri ilə dövlətin maraqlarını uzlaşdırmağa nail olmuşdur.

Azərbaycan rəqabətə, tərəfdaşlığa və azad bazar prinsiplərinə əsaslanan işlək iqtisadi sistem qurmağı bacarmışdır ki, bu da onun qısa müddətdə dünya iqtisadiyyatına inteqrasiya olunmasına imkan vermişdir. Davamlı enerji strategiyası Azərbaycana böyük uğurlar gətirmişdir. Belə ki, bu sahəyə investisiya qoyuluşlarının həcmi dünya dövlətlərinin bu sahədəki göstəricilərini ötüb keçmişdir. Bunun nəticəsində maliyyə və iqtisadi dividentlərin əldə olunması ilə yanaşı, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi, gəlir mənbələrinin diversifikasiyası təmin edilmişdir. Beynəlxalq müstəvidə isə Azərbaycan dünya enerji bazarında təsiredici gücə və dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici faktora çevrilmişdir.

Zati-aliləri cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycan iqtisadiyyat, təhsil, mədəniyyət, tikinti, quruculuq və s. sahələrdə böyük uğurlar qazanmışdır. Bununla da Azərbaycan bütün dünyanın maraq obyektinə çevrilmişdir.

Zati-aliləri Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük yüksəliş dövrünə qədəm qoymuş və qısa zaman kəsiyində bir çox sahələrdə, xüsusilə də yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, investisiyalar üçün lazımi şəraitin yaradılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi- Ərzurum qaz kəməri kimi nəhəng layihələrin, o cümlədən Çini Avropa ilə birləşdirəcək "İpək Yolu” adlanan dəmiryolu, Avropanın və bütün dünyanın enerji təhlükəsizliyini təmin edəcək TAP və TANAP qaz kəmərlərinin tikintisi sahələrində böyük uğurlar qazanmışdır.

Beynəlxalq arenada Azərbaycan sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamış, beynəlxalq ictimaiyyətin terrora, dini radikallığa qarşı apardığı mübarizəyə öz töhfəsini vermişdir. Azərbaycan, həmçinin dünya dövlətlərinin problemlərinin, xüsusilə də Yaxın Şərqin bir nömrəli problemi olan "Fələstin problemi”nin ədalətli həllinə dəstək vermiş, bu kimi problemlərin beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq müharibə yolu ilə deyil, danışıqlar, insanların hüquqlarının bərpa olunması yolu ilə həll olunmasına çağırmışdır.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına qoşulmuş və onun fəal üzvlərindən birinə çevrilmişdir. Müasirliyi, dini və milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında qardaşlıq ideyalarının təbliği onu bütün dünya üçün bir örnəyə çevirmişdir.

İordaniya Haşimilər Krallığı 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini taniyan ilk dövlətlərdən biri olmuşdur. Əvvəlcə İordaniyanın Türkiyədəki non-rezident səfiri vasitəsilə Azərbaycanla diplomatik münasibətlər qurulmuş, daha sonra isə Bakıda səfirlik açılmışdır. İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikası ilə qardaşlıq əlaqələrinin bünövrəsi mərhum Kral Hüseyn bin Talal və mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulmuşdur. İki rəhbər arasında ilk görüş 1994-cü ildə Kasablankada keçirilən İslam Konfransı Təşkilatının Zirvə toplantısı çərçivəsində baş tutmuşdur. Hər iki rəhbər orada iki dost ölkənin mənafeyinə xidmət edən qardaşlıq və qarşılıqlı anlaşmaya istinad edən İordaniya- Azərbaycan əlaqələrinin əsaslarını qoymuşdur.

İki ölkə arasındakı əlaqələr Əlahəzrət Kral II Abdullah ibn Hüseyn və Zati-aliləri Prezident İlham Əliyevin dövründə daha da inkişaf etmişdir. Belə ki, 2006-cı ildə Əmmanda Azərbaycan səfirliyi və onun ardınca 2007-ci ildə Bakıda İordaniya səfirliyi açılmışdır.

Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına böyük təkan vermişdir. Həmin səfərlər nəticəsində iki ölkə arasında bir çox sahədə əlaqələrin inkişafı üçün bir sıra sazişlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq, beynəlxalq avtomobil nəqliyyatı sahəsində əlaqələr, fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında, təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram daxil olmaqla sazişlər imzalanmışdır. Həmin səfərlər çərçivəsində Prezident İlham Əliyevə İordaniya Universitetinin "Fəxri doktoru” adı verilmişdir. Bundan başqa, Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilmişdir.

2008, 2009 və 2010-cu illərdə hər iki rəhbərin qarşılıqlı səfərlər mübadiləsi ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişafını genişləndirmişdir. Səfərlər çərçivəsində hər iki ölkənin regional və beynəlxalq problemlərə münasibətdə müştərək mövqeləri müəyyən olunmuş və beynəlxalq təşkilatlarda iki qardaş ölkənin bir-birinə qarşılıqlı dəstək verməsinin gücləndirilməsi razılaşdırılmışdır.

İordaniyanın bir çox hökumət orqanları, sənaye sektorunun nümayəndələri, biznesmenlər, sahibkarlar, investorlar təqdimat mərasimləri və sərgilər təşkil etmiş və bunun nəticəsində ikitərəfli sazişlər imzalanmışdır. Hal-hazırda belə sazişlərin sayı artıq 27-yə çatmışdır. Həmçinin iki ölkənin parlamentləri səviyyəsində də əlaqələr inkişaf etdirilmiş və işçi qrupları təsis olunmuşdur.

İqtisadi sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə İordaniya- Azərbaycan Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. Bu Komissiyanın 2009 və 2011-ci illərdə iki iclası keçirilmişdir. Komissiyanın növbəti iclasının bu il Əmmanda keçirilməsi qərara alınmışdır.

İordaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Dağlıq Qarabağda bu üzücü və uzadılmış münaqişə nəticəsində bir çox günahsız insanın həyatını itirməsinə dərindən təəssüflənir. İordaniya əmindir ki, bu problemin ən doğru həll yolu dialoqdan keçir. Zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış dialoq və danışıqlar, münaqişənin sülh yolu ilə həllinə yönəlik müdrik siyasət nəinki yalnız İordaniya, həmçinin dünyanın bir çox dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Mən Əlahəzrət Kral II Abdullah ibn Hüseyin tərəfindən Azərbaycan Respublikasında İordaniya Haşimilər Krallığını təmsil etmək etimadı şərəfinə layiq görülmüşəm və bir il yarımdır ki, Bakıda yaşayıram. Bu müddət ərzində mən həmişə özümü vətənimdəki kimi hiss etmişəm. Azərbaycan xalqına bu qardaşlıq ruhuna, qonaqpərvərlik və səxavətliliyinə görə təşəkkür edirəm. Mən gündən-günə sürətlə inkişaf edən və daima abadlaşan möhtəşəm bir ölkənin şahidiyəm. Bakı şəhəri mənim buraya gəlişimdən sonra olduqca dəyişmiş və inkişaf etmişdir.

Bakıda tez-tez yüksək səviyyəli regional və beynəlxalq tədbirlər, mədəniyyətlərarası konfranslar keçirilir. Bunlara misal olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumlarını, Birinci Avropa Oyunlarını qeyd etmək olar. 2017-ci ildə isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Azərbaycan sübut edir ki, o, böyük işlər görməyə qadir dövlətdir. Uca Tanrı ona müdrik və məsuliyyətli rəhbər, öz məsuliyyətini dərk edən, gələcəyə nikbin baxan və bu gələcəyə doğru sabit qədəmlərlə addımlayan bir xalq bəxş etmişdir.

Son olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasbətilə Əlahəzrət Kral II Abdullah ibn Hüseynin, İordaniya Haşimilər Krallığı hökumətinin və İordaniya xalqının adından Azərbaycan Respublikasının rəhbərliyini, hökumətini və xalqını ürəkdən təbrik edir, Uca Tanrıdan Azərbaycana və onun xalqına əmin-amanlıq, sabitlik, inkişaf və uğurlar bəxş etməsini arzu edirəm. 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...