THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İndoneziya-Azərbaycan: əməkdaşlığın istifadə olunmamış potensialı daha da genişləndirilməlidir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
240
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 noyabr 2016 – Newtimes.az

Raden Prayono Atiyanto,

İndoneziya Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

18 oktyabr 2016-cı il tarixində keçiriləcək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə İndoneziya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikirlərimi bölüşmək, həqiqətən də, mənim üçün böyük şərəfdir. Bu, bütün Azərbaycan üçün mühüm hadisədir. Bu, gələcək inkişaf üçün mühüm mərhələ olacaqdır.

Azərbaycan son on ildə inkişaf imkanlarını nümayiş etdirib. Məncə, Azərbaycan öz infrastrukturunun inkişafına, neft və qaz sektorundan asılılığını azaltmaq üçün qeyri-neft sektorunun təşviqinə və xalqının sosial rifahına və yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan verən çox güclü iqtisadi inkişafa nail olub.

Azərbaycan regional və beynəlxalq səviyyədə öz imicini təşviq edə bilib. 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında mühüm rol oynamışdır. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlüyü də beynəlxalq ictimaiyyətin dəstəyini və etimadını əks etdirir.

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısı, "ASEAN+3'' Maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin iclası ("AFMGM+3''), İSESKO-nun Məşvərət Şurasının 14-cü iclası, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İSESKO-nun Uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası, "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu'' mövzusunda nazirlərin V Beynəlxalq Konfransı kimi bir sıra mühüm beynəlxalq tədbirlərə Azərbaycan ev sahibliyi edib. Azərbaycan həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən Birinci Avropa Oyunlarını və "Avroviziya'' mahnı müsabiqəsini də keçirib.

Şübhəsiz, bütün bu nailiyyətlər Azərbaycanın beynəlxalq standartlara cavab verə bilmə potensialını və bacarığını əks etdirir. Biz digər mühüm beynəlxalq tədbirlər – Bakıda keçirilmiş "Formula 1'' (F1) idman yarışı və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, eləcə də 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları üçün də eyni uğur hekayəsini gözləyirik.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü İndoneziya və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün də böyük təkan rolunu oynayır. İndoneziya 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələr arasında olmaqdan məmnundur. Bu tanıma 24 sentyabr 1992-ci il tarixində Moskva şəhərində imzalanmış kommünike əsasında iki ölkə arasında diplomatik münasibətlərin rəsmiləşdirilməsi ilə davam etmişdir. Bu, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlərdir.

Bu baxımdan, İndoneziya və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin və dostluğun inkişafına şahid olmaq sevindirici haldır. İndoneziya Respublikası Azərbaycanın onun suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirir. Eyni qaydada, İndoneziya Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq tərəfindən tanınmış suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və ona dəstək verir.

Yüksək vəzifəli hökumət rəsmiləri və parlament üzvlərinin səfərlər mübadiləsinin intensivliyi ölkələrimizin siyasi yaxınlığını əks etdirir. İndoneziya və Azərbaycan beynəlxalq forumlarda ümumi maraq doğuran qlobal məsələlərin həllində, eləcə də müxtəlif beynəlxalq təşkilatlara iki ölkədən irəli sürülən hər bir namizədə qarşılıqlı dəstək göstərməklə əməkdaşlıq edir.

Son günlər islama qarşı mənfi kampaniya ilə mübarizədə İndoneziya və Azərbaycanın nailiyyətləri və inkişafı müsəlman dünyasının uğuru kimi əhəmiyyət kəsb edir. İndoneziya və Azərbaycan eyni fikri bölüşür, dinlərarası dialoq və multikulturalizmin vacibliyini vurğulayır.

Bu vaxtadək iki ölkənin din xadimləri və alimləri arasında danışıqlar aparılmış və bir sıra görüşlər keçirilmişdir. 29-30 avqust 2014-cü il tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Elçin Əfəndiyev İndoneziyanın Bali adasında, Nusa Duada keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VI Qlobal Forumunda iştirak etmişdir. Digər tərəfdən, 18-19 may 2015-ci il tarixlərində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İndoneziya nümayəndə heyəti iştirak etmişdir.

İndoneziya ilə Azərbaycan arasında yaranmış siyasi yaxınlığı digər sahələrdə, xüsusilə iqtisadi, sosial və mədəni əlaqələrə çevirmək məqsədilə səylər göstərilmişdir. İndoneziya Azərbaycanla iqtisadi əlaqələri təşviq etmək niyyətindədir. Əməkdaşlığın istifadə olunmamış potensialı daha da genişləndirilməlidir. Qarşılıqlı fayda üçün yeni ideyalar təbliğ edilməlidir. Birbaşa ticarət əlaqələri daha da möhkəmləndirilməlidir. Ölkələrimiz arasında birbaşa sərmayə qoyuluşunu təbliğ etmək lazımdır. Turizm sektoru genişləndirilməli, insanlar arasında ünsiyyət gücləndirilməlidir.

2010-cu ilin iyun ayından Bakıdakı Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan İndoneziya Araşdırmalar Mərkəzi azərbaycanlı tələbələr və ümumiyyətlə, Azərbaycan xalqı arasında İndoneziya haqqında bilik və anlaşmanın təşviqinə öz töhfəsini vermişdir. Məmnuniyyətlə qeyd edirəm ki, 30-dan çox tələbə Bakıdakı İndoneziya Araşdırmalar Mərkəzini bitirmişdir.

Bir çox azərbaycanlı tələbə İndoneziya hökuməti tərəfindən təmin edilən təqaüd proqramlarında iştirak etmişdir. İndoneziyanın İncəsənəti və Mədəniyyəti Təqaüdü (MAKO) azərbaycanlı tələbələri İndoneziyanın müxtəlif sənət mərkəzlərində təxminən 3 aylıq bir müddət ərzində ölkəmizin incəsənəti və mədəniyyəti haqqında anlayışlarını dərinləşdirmək imkanı ilə təmin edir. Bu proqram həmçinin insanlar arasında qlobal anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə kömək edir. Digər İndoneziya təqaüd proqramları, məsələn, "Darmasisva'' və KNB (inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq) proqramları da vardır.

Heç şübhəsiz, daha məqsədyönlü və konkret səylər İndoneziya-Azərbaycan ikitərəfli münasibətlərini və dostluğunu təşviq edəcəkdir. Bu baxımdan, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin planlaşdırılmış mübadiləsinin reallaşdırılması vacibdir.

Bir daha Azərbaycan hökumətinə və xalqına Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ən xoş arzularımı bildirirəm.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...