THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Diplomatik guşə

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3326
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2016 – Newtimes.az

Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 ili tamam olur. Bu münasibətlə ölkədə bir sıra tədbirlər təşkil olunur, hər kəs müxtəlif şəkildə bu əlamətdar günü qeyd edərək öz töhfəsini verməyə çalışır.

Belə töhfələrin ən gözəllərindən biri də şübhəsiz ötən həftə çapdan çıxmış "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə'' adlı məqalələr toplusudur.

İdeya müəllifinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri səfir Novruz Məmmədovun, tərtibatçısının isə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin olduğu bu toplu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib.

Novruz Məmmədovun "Ön söz əvəzi'' ilə başlayan topluda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və digər beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərinin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların ölkəmiz ilə əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr edilən məqalələriAzərbaycan və ingilis dillərində geniş oxucu kütləsinə təqdim olunur.

Məqalələrdə Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər geniş şəkildə əks olunur, keçilmiş yolun çətinlikləri, nailiyyətlər, həmçinin perspektivlər haqqında məlumat verilir.

Toplunun əhəmiyyətini nəzərə alaraq, biz də Newtimes.az saytı olaraq, bu gündən etibarən hər gün həmin topluda yer alan məqalələrdən birini yeni yaratdığımız "Diplomatik guşə'' rubrikası altında oxucularımıza təqdim etməyi qərara aldıq.

Dövlət müstəqilliyimizin bərpasının 25 illiyi mübarək olsun, doğma Azərbaycanımız!

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...