THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan və Azərbaycan dəyanətli müttəfiqlərdir

Gürcüstan və Azərbaycan dəyanətli müttəfiqlərdir
23 noyabr 2016

İkitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələ olmuşdur. Dövlət rəhbərlərinə Azərbaycan və Gürcüstanın Qərb və Şərq arasında strateji əlaqə yarada biləcəkləri aydın olmuşdur. Mövcud və yarana biləcək münaqişələrin, həmçinin Qafqazda və Orta Asiyada stabilliyin pozulması təhlükəsi də regional əməkdaşlığın təməlinin qoyulmasına sövq edən əlavə amillərdən olmuşdur.

Azərbaycan-Fransa əlaqələrinin əsas istiqamətləri

Azərbaycan-Fransa əlaqələrinin əsas istiqamətləri
21 noyabr 2016

1991-ci il dekabrın 31-də Sovet İttifaqının süqutu elan ediləndən 3 həftə sonra Fransa rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanımışdır. Belə bir qərarı Türkiyədən sonra ikinci qəbul edən Fransa 1992-ci il martın 19-da Bakıda öz səfirliyini açmışdır.

Fələstin-Azərbaycan: qardaşlıq və dostluq üzərində qurulmuş münasibətlər

Fələstin-Azərbaycan: qardaşlıq və dostluq üzərində qurulmuş münasibətlər
16 noyabr 2016

Azərbaycan və Fələstin arasındakı münasibətlər hər zaman qardaşlıq və dostluq üzərində qurulmuş, xüsusilə son 5 il ərzində yüksələn trayektoriya ilə hərəkət etmişdir. Fələstin səfirliyi Bakıda Azərbaycan hökumətinin onun təsis edilməsinə göstərdiyi hərtərəfli maddi-texniki dəstəkdən sonra açılmışdır. Mərhum milli liderlər Heydər Əliyev və Yasir Ərafatı bağlayan eyni ruha uyğun olaraq, Prezident Mahmud Abbasın Azərbaycana etdiyi dövlət səfəri zamanı Bakıda qardaşı Prezident İlham Əliyev tərəfindən səmimiyyətlə qəbul edilmişdir. Fələstinli rəsmilər və nümayəndə heyətləri müntəzəm olaraq Bakıya, qarşılıqlı olaraq Azərbaycan rəsmiləri də Fələstinə səfərlər edirlər. Ötən 5 il ərzində Azərbaycan və Fələstin arasında 4 müqavilə və anlaşma memorandumu imzalanmışdır.

Çin-Azərbaycan dostluğunun tarixində yeni səhifə

Çin-Azərbaycan dostluğunun tarixində yeni səhifə
14 noyabr 2016

Çin hər zaman Azərbaycanı etibarlı dost və tərəfdaş kimi qiymətləndirir və Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi mənim vəzifəm iki ölkə xalqlarının dostluğunu və müxtəlif sahələrdə qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığını genişləndirmək və inkişaf etdirməkdir.

Çexiya-Azərbaycan münasibətləri: mövcud durumu, inkişafı və perspektivləri

Çexiya-Azərbaycan münasibətləri: mövcud durumu, inkişafı və perspektivləri
10 noyabr 2016

Çexiya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlər iyirmi ildən artıq tarixi ənənələrə malikdir. Bu ənənələr heç də hər zaman öz müstəqil dövlətlərində yaşamayan xalqlarımız arasında mövcud olan əlaqələrin daha dərin tarixi köklərinə əsaslanır. Bununla belə, son əsrlərdə dövlətimizin olmaması qarşılıqlı təmaslarımıza mane olmamışdır. Müstəqillik qazanan dövlətlərimiz arasında 1993-cü ildən etibarən başlayan münasibətləri yalnız tarixi nöqteyi-nəzərdən deyil, həm də potensial inkişaf perspektivləri baxımından dəyərləndirməliyik. Tariximizi gözdən keçirmək görülən işləri xatırlamağa, hazırkı mövqeyimizə qiymət verməyə və aparılan təhlillər əsasında gələcək münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir formalaşdırmağa imkan verir.

Böyük Britaniya-Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri

Böyük Britaniya-Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri
07 noyabr 2016

Azərbaycan 25 il əvvəl Sovet İttifaqının dağılması ilə müstəqillik qazandıqdan sonra böyük bir yol qət etmişdir. O, səmərəli sosial-iqtisadi inkişaf və aktiv diplomatiya vasitəsilə özünü daxili qeyri-sabitlik, xarici münaqişə və böyük inkişaf problemləri vəziyyətindən aparıcı regional gücə transformasiya edə bilmişdir. Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşı kimi bu uğur hekayəsində mühüm rol oynadığı üçün fəxr edir. Böyük Britaniya BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində Azərbaycanın əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq nəticəsində Böyük Britaniyadan gələn investisiyalar ölkədəki bütün xarici investisiyaların 50%-nə qədər olmaqla, Britaniya Azərbaycanda ən böyük xarici investor statusunu qorumaqdadır. Bundan başqa, Azərbaycanda Britaniyanın təxminən 400-ə yaxın şirkəti fəaliyyət göstərir.

Bolqarıstan-Azərbaycan siyasi münasibətlərinin formalaşması prosesi

Bolqarıstan-Azərbaycan siyasi münasibətlərinin formalaşması prosesi
03 noyabr 2016

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bütöv bir dövr ərzində Bolqarıstan və Azərbaycan əlaqələri sabit və aktiv şəkildə inkişaf etmişdir. Qarşılıqlı əlaqələrin möhkəm təməli Bolqarıstan Respublikasının Prezidenti cənab Zhelyu Zhelevin dəvəti ilə 19-30 iyun 1995-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Sofiyaya rəsmi səfəri zamanı iki ölkə arasında imzalanmış "Dostluq və əməkdaşlıq haqqında Saziş" ilə qoyulmuşdur. Səfər zamanı aviasiya, sərnişin və yük daşınması üçün beynəlxalq yol nəqliyyatı, mülki və cinayət işlərində hüquqi yardım sahəsində vacib sazişlər imzalanmışdır.

Müasir şəraitdə Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan münasibətlərinin əsas istiqamətləri

Müasir şəraitdə Birləşmiş Ərəb Əmirlikləri-Azərbaycan münasibətlərinin əsas istiqamətləri
01 noyabr 2016

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. O vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələr üzrə yüksək səviyyədə və səmərəli şəkildə inkişaf etmişdir. Həmçinin o da qeyd edilməlidir ki, bizim münasibətlərimiz 2011-ci ildə Bakıda Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açıldıqdan sonra əvvəlki illərlə müqayisədə daha yaxın olmuşdur. Buna görə də mən bizim ölkələr arasındakı münasibətlərin iki dövrünü fərqləndirmək istərdim: Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin açılmasından əvvəlki və sonrakı dövr.

Müasir dövrdə Belçika-Azərbaycan münasibətləri

Müasir dövrdə Belçika-Azərbaycan münasibətləri
31 oktyabr 2016

Azərbaycan Respublikası və Belçika Krallığı arasındakı əlaqələr son 25 ildə bir çox sahələr üzrə inkişaf etmişdir. Belçika 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanımış və 1992-ci il iyunun 17-də diplomatik əlaqələr qurulmuşdur. Bundan sonra əlaqələr müxtəlif səviyyələrdə və sahələrdə geniş spektr üzrə inkişaf etmişdir. Həqiqətən də Azərbaycan və Belçikanın multikultural ölkələr olaraq mədəniyyətlərarası dialoqun təşviqi və beynəlxalq sferada konstruktiv rol oynayan ölkələr kimi ortaq nöqtələri mövcuddur.

Belarus-Azərbaycan əməkdaşlığı: intensiv siyasi dialoq ticari-iqtisadi əlaqələrin dinamik inkişafını tamamlayır

Belarus-Azərbaycan əməkdaşlığı: intensiv siyasi dialoq ticari-iqtisadi əlaqələrin dinamik inkişafını tamamlayır
28 oktyabr 2016

Yeni suveren dövlətlər kimi Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın müasir mərhələsi öz rəsmi başlanğıcını 11 iyun 1993-cü il tarixindən götürür. Həmin tarixdən etibarən iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur. Keçən bu vaxt ərzində ikitərəfli münasibətlərin möhkəm ənənələri – səmimilik, etibarlılıq, dostluq və qarşılıqlı mənfəət formalaşmışdır. Keçən dövrün ən əhəmiyyəli uğurlarından biri ikitərəfli strateji əməkdaşlıq səviyyəsində əldə olunan nəticələrdir. Məlumdur ki, bu statusu bir-biri üçün vacib və etibarlı əməkdaş ola bilən dövlət ala bilər. Amma bu, öz-özünə yaranmamışdır. Günbəgün, ilbəil bu iki dövlət qarşılıqlı əlaqələrini və əməkdaşlıqlarını genişləndirərək, qarşılıqlı hörmətini və mənfəətini, yardımını səmimiyyətlə göstərərək bir-birinə tərəf addımlamışdır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...