THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanda kibertəhlükəsizlik

Azərbaycanda kibertəhlükəsizlik
10 aprel 2015

Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.

Kiber məkanda Qərb-Şərq qarşıdurması

Kiber məkanda Qərb-Şərq qarşıdurması
17 mart 2015

''İnformasiya müharibəsi'' termininə ilk dəfə I Fars körfəzi müharibəsi zamanı rast gəlmək mümkündür. Bu anlayış altında o vaxt İraq informasiya sistemlərinin – hərbi və mülki informasiya vasitələrinin pozulmasına istiqamətlənmiş dezinformasiya və kinetik gücün tətbiqi nəzərdə tutulurdu. ''Körfəz müharibəsi''ndən sonra artıq yeni ''kiber müharibə'' nəzəriyyəçiləri meydana çıxmağa başlaşdı.

Kiber məkan – beşinci fəaliyyət məkanı

Kiber məkan – beşinci fəaliyyət məkanı
02 mart 2015

Məlumatlara əsasən, kiber məkan terminindən ilk dəfə 1984-cü ildə Uilyam Qibsonun "Yanan Xrom" (Burning Chorme) romanında istifadə edilmişdir. Kiber məkan müasir mənada kompüterlər və kompüter yaddaşı vasitəsilə dünyada istifadə edilən açıq məkan anlayışıdır. Fransız filosofu Pyer Leviyə görə, kiber məkan hamar, yüksək dəqiqliyi ilə seçilən, interaktiv və virtual şəkildə real zamanda emal olunan məkandır. Bu məkan informasiyanın alınmasına, ötürülməsinə, modelləşdirilməsinə və qeydiyyatına imkan yaradır.

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri
24 fevral 2015

Müasir dövr elə bir mərhələyə çatmışdır ki, dövlətlər rəqəmsal şəbəkələrdən daha da asılı vəziyyətə düşüb, yer, dəniz, hava və kosmosda olduğu kimi kiber məkanda da rəqabət etməyə başlamışlar. Kiber məkandakı texnoloji nailiyyətlər isə dünya güclərini bu məkanda öz bacarıqlarını daha da inkişaf etdirməyə məcbur etmişdir. XXI əsrdə kiber məkan modern müharibə formasının həlledici arenasına dönmüş, "kiber təsir" isə beynəlxalq təhlükəsizlik aləmində gücün davamlı mənbəyinə çevrilmişdir. Eyni zamanda, internet istifadəçilərinin artması, iqtisadi və sosial sistemlərin şəbəkələrdən asılılığı ölkələr üçün birbaşa təhlükələr yaratmışdır. Bu məqalədə qeyd olunan sahədə hazırkı əsas problemlər vurğulanmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) kiber məkanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması istiqamətində potensial rolu ilə bağlı təkliflər veriləcəkdir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...