THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları

"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları
16 noyabr 2016

İndi hamı dünya miqyasında mövcud olan problemlərdən danışır. Mütəxəssislər və siyasətçilər vəziyyətin getdikcə mürəkkəbləşdiyini, meydana yeni təhdidlərin çıxdığını və qlobal trendlərin qeyri-müəyyənliyini vurğulayır, bu əsasda yaxın perspektivdə bəşəriyyəti nələrin gözləyə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Maraqlıdır ki, böyük dövlətlərin liderləri belə hesab edirlər ki, proseslər bu istiqamətdə davam etdiyi təqdirdə olduqca təhlükəli durum ortaya çıxa bilər. Lakin daha təəccüblüsü odur ki, bu fikirləri söyləyənlər konkret xilas yolu göstərmirlər – hər kəs qarşısındakını ittiham edir. Bu isə beynəlxalq münasibətlərdə dialoq imkanlarını heçə endirir. O cümlədən universal beynəlxalq təşkilatların təkmilləşdirilməsi işinə əngəllər törədir. Bu kimi məsələlərin müzakirəsinə həsr edilmiş "Valday" beynəlxalq diskussiya klubunun növbəti tədbiri maraqlı keçib. Burada Rusiya Prezidenti Vladimir Putin də çıxış edib.

Çevrilişlər zənciri: uğursuzluqdan sonrakı ümidsizlik

Çevrilişlər zənciri: uğursuzluqdan sonrakı ümidsizlik
27 sentyabr 2016

Dünyanın bir çox ölkəsində hərbi çevrilişlərə cəhdin arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayandığı barədə KİV-də tez-tez məlumatlar yayılır. Gətirilən faktlara əsasən, demək mümkündür ki, bu işi indi daha sistemli və əhatəli formaya salmağa cəhd edilir. Lakin Türkiyə bu prosesi sanki sındırdı. Obrazlı desək, çevrilişlər zənciri qırıldı, indi də təşkilatçıların bədbinlik zamanı başlayıb. Buna baxmayaraq, MDB məkanındakı bir sıra ölkələr üçün təhlükə qalır. Faktlar göstərir ki, həmin dövlətlərdə xarici kəşfiyyat sabitliyi pozmaq istiqamətində addımlar atır. Bunu müxtəlif üsullarla etsələr də, məqsəd birdir – yerli hakimiyyətin legitimliyini şübhə altına almaq və öz maraqlarına uyğun yeni iqtidar formalaşdırmaq! Bu səbəbdən dövlətçilik üçün təhdidlərin davam etdiyi nəticəsini çıxarmaq olar.

Hibrid müharibələr: XXI əsrin əsas təhlükələri

Hibrid müharibələr: XXI əsrin əsas təhlükələri
11 avqust 2016

Bəşəriyyətin "müharibə kültürü"ndən imtina etməsi bir zərurət olaraq qarşıda dayanıb. Alimlər dünyada barış və rifahın bərqərar olmasının yollarını arayırlar. İnsanlar təhlükəsiz həyat sürmək üçün əllərindən gələni etməyə çalışırlar. Lakin təəssüf ki, hələlik reallıq bütün bunların bir xəyal olduğunu təsdiqləməkdədir. Alimlərin təhlilləri göstərir ki, bir sıra dairələr nəinki müharibədən imtina etmək niyyətindədirlər, hətta onun yeni və daha təhlükəli növlərini icad edirlər. Bu zaman heç bir etik, psixoloji və mənəvi-siyasi sərhəd gözlənilmir. Savaşın bütün üsulları normal qəbul edilir. Həmin sırada hiber-informasiya savaş növünün yaratdığı təhlükələri ayrıca vurğulamaq lazım gəlir. Araşdırmalar göstərir ki, bu üsuldan Meksika, İraq, Əfqanıstan, Gürcüstan və Ukraynada istifadə edilib. O cümlədən Dağlıq Qarabağda da hibrid müharibənin elementləri tətbiq olunub. Bu, bizim üçün problemin aktuallığını göstərməklə yanaşı, həmin mövzuda ciddi tədqiqatlara olan ehtiyacı da göz önünə gətirir.

Vaşinqton sammiti: ABŞ Prezidenti mövqeyini dəyişmir

Vaşinqton sammiti: ABŞ Prezidenti mövqeyini dəyişmir
03 fevral 2016

Dövlətimizin başçısının nüvə təhlükəsizliyi məsələlərinə həsr edilmiş zirvə görüşündə iştirakı məsələsində son nöqtə qoyuldu. ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə bu problemlə bağlı cari ilin mart ayında Vaşinqtonda keçiriləcək dördüncü sammitdə iştirak üçün dəvətnamə göndərdi. ABŞ-ın rəhbərinin dövlətimizin başçısına göndərdiyi dəvətnamə kinli adamların bütün şübhələrinə və iftiralarına son qoydu. Amerika Prezidentinin məktubunda deyilir ki, Ağ ev nüvə təhlükəsizliyi üzrə sammitə Prezident İlham Əliyevi dəvət etməklə "qlobal nüvə təhlükəsizliyinin arxitekturasına qətiyyətli dəstəyi" nümayiş etdirən ölkəmizin yeri və əhəmiyyətini anladığını göstərir. Təsadüfi deyildir ki, dəvətnamədə Azərbaycanın nüvə və radioloji tullantıların qadağan edilməsi üçün xüsusi səylər göstərməkdə davam edəcəyinə ümid ifadə edilir.

Kibermüharibə: dünya üçün yeni təhlükəli üfüq

Kibermüharibə: dünya üçün yeni təhlükəli üfüq
22 yanvar 2016

Elm və texnikanın inkişafı bir sıra məsələlərdə bəşəriyyətin tərəqqisinə xidmət edir. Lakin bütövlükdə dünya üçün təhlükəli məqamların da meydana çıxmasında həmin faktorun rolu özünü göstərir. Xüsusilə informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlərdən destruktiv məqsədlər üçün istifadə hallarına rast gəlinir. Artıq mütəxəssislər "kibermüharibə" kimi yeni bir termin işlədirlər. Virtual vasitələrdən istifadə etməklə müəyyən obyektlərin sıradan çıxarılasını nəzərdə tutan bu hadisə informasiya müharibəsinin yeni səviyyə və miqyasda aparılması anlamına gəlir. Sirr deyil ki, həmin faktor indi bütün dünya üçün təhlükələr meydana gətirir. Bizcə, bu məqam üzərində düşünməyin zamanıdır.

Yeni dünya müharibəsini alovlandıracaq 5 ocaq: Qərbin silah şirkətləri bazarlarını genişləndirir

Yeni dünya müharibəsini alovlandıracaq 5 ocaq: Qərbin silah şirkətləri bazarlarını genişləndirir
26 noyabr 2015

Hazırda dünya müxtəlif regionlarda baş verən qanlı toqquşmalara son qoyulması üzərində düşünür. Xüsusilə İŞİD təşkilatının qarşısının alınması üçün hamının birləşməsi zərurətindən danışılır. Bu mübarizəyə hətta hakerlər belə qoşulublar. Görünən odur ki, beynəlxalq terror qrupları yalnız "Kalaşnikov"larla silahlanmayıb, müasir elektron vasitələrdən belə istifadə edə bilirlər. Vəziyyətin bu dərəcədə mürəkkəbləşməsinin səbəbləri çoxdur. Onları siyasi, ideoloji, sosial, psixoloji və hərbi qruplara bölmək olar. Lakin bunlarla yanaşı, silah satışı prosesi də mütləq nəzərə alınmalıdır. Faktlar göstərir ki, indi terrorçuların əllərində olan silahları kimlərsə satır və mənfəət götürür. Gizli oyun gedir – bir tərəfdən radikallara imkan yaradılır, digər tərəfdən isə guya onlara qarşı mübarizə aparılır. Hər iki halda isə ortada silah alverindən qazananlar olur. Arada məsum insanlar həlak olur.

Misir inqilabının məlum və "görünməyən" iştirakçıları

Misir inqilabının məlum və "görünməyən" iştirakçıları
30 aprel 2015

Bir neçə gün əvvəl vaxtı ilə Qərbin strateji tərəfdaşı və Yaxın Şərqdə sülhün qarantı hesab olunan Hüsnü Mübarəkin 87 yaşında vəfat etdiyi xəbərinin yayılması və bir müddət öncə dövrünün ən böyük "inqilab ruhlandırıcısı", "Ərəb Baharı"nın mənəvi "atası" kimi də qəbul edilən 87 yaşlı amerikalı alim Cin Şarpın növbəti 4-cü dəfə Nobel mükafatına namizədliyinin irəli sürülməsi bizi bir daha 2011-ci il hadisələrini yada salmağa vadar etdi.

Azərbaycanda kibertəhlükəsizlik

Azərbaycanda kibertəhlükəsizlik
10 aprel 2015

Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.

Kiber məkanda Qərb-Şərq qarşıdurması

Kiber məkanda Qərb-Şərq qarşıdurması
17 mart 2015

''İnformasiya müharibəsi'' termininə ilk dəfə I Fars körfəzi müharibəsi zamanı rast gəlmək mümkündür. Bu anlayış altında o vaxt İraq informasiya sistemlərinin – hərbi və mülki informasiya vasitələrinin pozulmasına istiqamətlənmiş dezinformasiya və kinetik gücün tətbiqi nəzərdə tutulurdu. ''Körfəz müharibəsi''ndən sonra artıq yeni ''kiber müharibə'' nəzəriyyəçiləri meydana çıxmağa başlaşdı.

Kiber məkan – beşinci fəaliyyət məkanı

Kiber məkan – beşinci fəaliyyət məkanı
02 mart 2015

Məlumatlara əsasən, kiber məkan terminindən ilk dəfə 1984-cü ildə Uilyam Qibsonun "Yanan Xrom" (Burning Chorme) romanında istifadə edilmişdir. Kiber məkan müasir mənada kompüterlər və kompüter yaddaşı vasitəsilə dünyada istifadə edilən açıq məkan anlayışıdır. Fransız filosofu Pyer Leviyə görə, kiber məkan hamar, yüksək dəqiqliyi ilə seçilən, interaktiv və virtual şəkildə real zamanda emal olunan məkandır. Bu məkan informasiyanın alınmasına, ötürülməsinə, modelləşdirilməsinə və qeydiyyatına imkan yaradır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...