THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vaşinqton sammiti: ABŞ Prezidenti mövqeyini dəyişmir

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12005
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 fevral 2016 – Newtimes.az

Dövlətimizin başçısının nüvə təhlükəsizliyi məsələlərinə həsr edilmiş zirvə görüşündə iştirakı məsələsində son nöqtə qoyuldu. ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə bu problemlə bağlı cari ilin mart ayında Vaşinqtonda keçiriləcək dördüncü sammitdə iştirak üçün dəvətnamə göndərdi.

Bu haqda Twitter-də öz mikrobloqunda Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirdi.

ABŞ-ın rəhbərinin dövlətimizin başçısına göndərdiyi dəvətnamə kinli adamların bütün şübhələrinə və iftiralarına son qoydu. Amerika Prezidentinin məktubunda deyilir ki, Ağ ev nüvə təhlükəsizliyi üzrə sammitə Prezident İlham Əliyevi dəvət etməklə "qlobal nüvə təhlükəsizliyinin arxitekturasına qətiyyətli dəstəyi" nümayiş etdirən ölkəmizin yeri və əhəmiyyətini anladığını göstərir. Təsadüfi deyildir ki, dəvətnamədə Azərbaycanın nüvə və radioloji tullantıların qadağan edilməsi üçün xüsusi səylər göstərməkdə davam edəcəyinə ümid ifadə edilir.

Axı heç kimə sirr deyil ki, biz kibercinayətlərlə mübarizədə fəal iştirak edirik, nüvə terrorizmi ilə mübarizədə böyük səylər göstəririk. Müstəqilliyini əldə etdiyi gündən Azərbaycan bütün dünyaya bu proseslərdə fəal iştirak etməyə hazır olduğunu göstərir.

Yeri gəlmişkən, Prezidentimiz belə bir sammitdə birinci dəfə iştirak etmir. İlham Əliyev 2014-cü ildə Haaqada üçüncü nüvə sammitində artıq iştirak etmişdi. İclasda çıxış edən Azərbaycanın dövlət başçısı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində rolu haqqında danışarkən, qeyd etmişdi ki, ölkəmiz nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu strukturla fəal əməkdaşlıq edir və Azərbaycan iştirakçısı olduğu BMT-nin nüvə terrorizmi ilə mübarizə üzrə Qlobal təşəbbüsün möhkəmləndirilməsinə yönəldilmiş səylərini dəstəkləyir.

Məhz Haaqada təxminən 40 il bundan əvvəl Ermənistanda tikilmiş və artıq köhnəlmiş atom elektrik stansiyasının təhlükəliliyindən danışarkən Azərbaycan Prezidenti vurğulamışdı ki, bu Atom Elektrik Stansiyası ən yaxın qonşular üçün, bütövlükdə region üçün böyük təhlükədir. Burada hər hansı qəzanın baş verməsi faciəli nəticələrə səbəb olacaq. Amma beynəlxalq narahatlığı aradan qaldırmaq və bu stansiyanı bağlamaq əvəzinə, Ermənistan 2026-cı ilə qədər Atom Elektrik Stansiyasının fəaliyyətinin davam etdirilməsi ilə bağlı qərar qəbul etdi, halbuki həmin stansiya yüksək seysmik zonada yerləşir və həddindən artıq köhnəlmiş, təhlükəli texnologiyaya əsaslanır. Haaqa sammitində dövlətimizin başçısının iştirakı nümayiş etdirdi ki, Azərbaycan qlobal əhəmiyyətli bütün mühüm məsələlərə böyük diqqət ayırır. Bu səbəbdən, Prezident İlham Əliyevin bu dəfə Vaşinqtonda keçiriləcək foruma dəvət edilməsini tamamilə məntiqli hesab etmək olar.

Tədbirin özünün formatı haqqında bir neçə söz demək istərdim. Nüvə təhlükəsizliyi üzrə sammit XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə kəsb edən nüvə terrorizminin qarşısının alınmasına həsr edilmiş zirvə görüşüdür. Bir çox ölkələrin, dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi sammitlərdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının miqdarının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyi, bu sferada beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. kimi məsələlər müzakirə edilir. 2014-cü il sammitində 58 dünya lideri (5 nəfər beynəlxalq təşkilat başçısı da daxil olmaqla), 5 mindən çox nümayəndə və 3 min jurnalist iştirak edirdi.

Haaqa sammitinin əsas məqsədi Vaşinqtonda və Seulda keçirilmiş əvvəlki görüşlərdə əldə olunmuş irəliləyişin nəticələrini qiymətləndirmək, yeni məqsədlərə nail olma yollarını müəyyən etmək idi. Haaqa sammitində nüvə terrorizminin qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılmışdı.

Nüvə terrorizmi və nüvə tədarüklərinin təhlükəsizliyinin gücləndirilməsi məsələləri sammitin rəsmi mövzusu olsa da, Ukrayna böhranı da müzakirə edilirdi. Bunlar güman etməyə əsas verir ki, bu ilin mart ayında Vaşinqtonda da dünya siyasətinin aktual problemləri müzakirə ediləcək. Məlum olduğu kimi, problemlər yetərincədir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin dəvət edilməsi Ağ ev başçısının Amerika-Azərbaycan münasibətləri, iki ölkənin strateji əməkdaşlığı ilə də bağlı mövqeyini üzə çıxardı. Bu amil şübhəsiz ki, bizim dövlətlərimizin daha da yaxınlaşmasına və etibarın bərpasına səbəb olacaqdır. Faktiki olaraq, Barak Obama Azərbaycan Prezidentini dəvət etməklə Cənubi Qafqaz regionunda Azərbaycanın yeri və rolunu tanıdığını, onun Amerika-Azərbaycan münasibətlərini yaxşılaşdırmağa can atdığını etiraf etmiş olur. Bu amil dövlətlərimizin daha da yaxınlaşmasına xidmət edəcək, həm qlobal, həm də regional xarakterli beynəlxalq problemlərlə bağlı bir çox məsələlər üzrə qarşılıqlı anlaşmaya səbəb olacaq.

Məsələnin başqa tərəfi ondan ibarətdir ki, Azərbaycan Prezidentini dəvət etməklə ABŞ Prezidenti Barak Obama bir daha vurğuladı ki, xarici siyasətin və qlobal təhlükəsizliyin əsas prioritetləri, o cümlədən ikitərəfli dövlətlərarası münasibətlərin yaxşılaşması ilə bağlı məsələlər dövlət başçısının müstəsna hüququ olaraq qalır. Yəni, söhbət bundan gedir ki, ABŞ-da icra hakimiyyəti Azərbaycanla əməkdaşlıqda olduqca praqmatikdir və bizim ölkəmizlə müxtəlif istiqamətlərdə qarşılıqlı təsirləri, o cümlədən nüvə təhlükəsizliyi məsələləri sahəsində qarşılıqlı təsirləri davam etdirməkdə maraqlıdır.

Bu, bir daha ondan xəbər verir ki, Amerika Konqresinin üzvləri müxtəlif lobbi dairələrindən və başqa strukturlardan gələn təşəbbüsləri ilə öz məqsəd və maraqlarını güdürlər. Bu maraqlar da heç də həmişə ümumdövlət maraqları ilə üst-üstə düşmür. İndi biz açıq-aşkar erməni yönümlü aksiya ilə üzləşmiş olmuşuq. Onun əsas icraçısı Konqresin Helsinki komissiyasının sədri Kristofer Smitdir. Biz əvvəllər də bir neçə dəfə Birləşmiş Ştatlarda icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında münasibətlərin gərginləşməsinin şahidi olmuşduq.

Beləliklə, buradan belə bir nəticə çıxarmaq olar ki, kimsə dar eqoist maraqlardan istifadə edərək, anti-Azərbaycan aktı qəbul etməyə çalışsa da, bu o demək deyil ki, ABŞ Prezidenti rəsmi Bakı ilə qarşılıqlı münasibətlər məsələlərində mövqeyini dəyişəcək. Və bu, Amerika Konqresində bəzi qanunvericilərin irəli sürdükləri təşəbbüslərin fonunda çox əhəmiyyətlidir.

Başqa sözlə desək, biz bunun şahidi olduq ki, Bakı ilə Vaşinqton arasında normal münasibətlərin davam etdirilməsi hər iki dövlətin xeyrinədir. Bu isə o deməkdir ki, Azərbaycanla hesablaşırlar və ABŞ-ın xarici siyasətində ölkəmizə böyük rol ayrılmışdır.

Fikrət Sadıxov,

politoloq, Qərb universitetinin professoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...