THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanda kibertəhlükəsizlik

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6526
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 aprel 2015 – Newtimes.az

Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatında  hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.

Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitində qəbul olunmuş yekun bəyənnamədə də kiberhücumların kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunmuş və Alyansa üzv dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyi vurğulanmışdır. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiber qoşunlarını yaradıblar. Bu dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğu bildirsələr də, burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur.

Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirmişdir. Hələ 2011-ci ildə Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təhlükəszilik Şurasının katibi, akademik Ramiz Mehdiyev kibertəhlükəsizlik məsələlərinə toxunaraq demişdir ki, "Hər bir müasir dövlət kimi Azərbaycan da İKT-nin inkişafına diqqət yetirir, bu sahə ölkənin sosial iqtisadi inkişafının prioritet istiqaməti elan edilmişdir və biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa İttifaqı, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqələr saxlayırıq''.

Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını daha da təkmilləşdirmişdir. Belə ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında'' Konvensiyasını imzalamışdır (2010-cu ildə ratifikasiya etmişdir). Ölkəmiz həmçinin "Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi'' proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində də iştirak edir.

Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə 26 sentyabr 2012-ci il tarixində "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında'' Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respubliaksı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır.

10 fevral 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı'' təsdiq edİlmiş və bu proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilmişdir.

Bu gun kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Kibertəhlükəsizlik tədbirləri sırasında İKT istifadəçilərinin maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 30 may 2013-cü ildə "Azərbaycanda kibertəhlükəsizlik'' mövzüsunda keçirilmiş dəyirmi masa, NATO Azərbaycan Beynəlxalq Məktəbinin təqdimatında "kibertəhlükəszilik: mövcüd vəziyyət və mühafizə vasitələri'', "İnformasiya təhlükəsiziliyi'', "Fərdi məlumatların mühafizəsi'' mövzularında keçirilmiş seminarlar, 2013-cü ildə Bakıda keçirilmiş Təhlükəsizlik Şurasının "Qərarların qəbulunda və siyasətin həyata keçirilməsində gənclərin iştirakı'' konfransı, hər il keçirilən və Xəzər regionunun aparıcı İKT formuna çevrilmiş "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları'' (Bakutel) sərgi və konfranslarını göstərmək olar.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "First'' beynəlxalq təşkilatına tamhüquqlu üzv seçilib. Bu da öz növbəsində ölkədə bu  sahədə dövlət tərəfindən aparılan siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan yaratmaqla yanaşı, ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq üçün zəmin təşkil edəcəkdir.

Göründüyü kimi, kibertəhlükəsizlik çox geniş, aktual problemdir və Azərbaycan dövləti bu sahədə mövcud olan boşluqları və təhlükələri vaxtında dəyərləndirərək müvafiq addımlar atıb və bu sahədə fəaliyyətini bundan sonra da böyük əzmlə davam etdirəcəkdir.

Zərifə Əliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...