THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hərbi alyanslar və kollektiv təhlükəsizlik: NATO-nun sammiti öncəsi düşüncələr

Hərbi alyanslar və kollektiv təhlükəsizlik: NATO-nun sammiti öncəsi düşüncələr
10 iyul 2018

Dünyanın ciddi təhlükələrlə üz-üzə qaldığı barədə indi yazmaq və danışmaq bir dəbdir. Məsələ həqiqətən aktualdır. Ancaq adətən müzakirə olunan aspektlərdə deyil, daha ciddi müstəvidə. Çünki real olaraq dünyanın təhlükəsizliyini təmin etmək modeli kökündən yanlış görünür. Burada geosiyasi korporativ maraqlara üstünlük verildiyi hiss edilir. Böyük dövlətlər özlərinə yaxın ölkələrlə birlikdə müəyyən hərbi alyanslar yaradır, ancaq bütün dünyanın maraqları adından danışırlar. Bu sırada NATO və KTMT-nin fəaliyyəti diqqəti daha çox çəkir. Doğrudanmı bu alyanslar fərq qoymadan dünyanın hər bir dövlətinin təhlükəsizliyini təmin edə bilərlər? Doğrudanmı onlar ədalətli surətdə haqqı nahaqdan ayıra bilirlər və ya heç olmasa ona cəhd edirlər? Təcrübə bu kimi suallara cavab verməyin çətin olduğunu göstərir. Çünki ortada xeyli sayda şübhələr vardır. Bu kontekstdə NATO-nun növbəti sammitindən nələr gözləmək olar? Qoyulan suala qlobal geosiyasətin reallıqları müstəvisində necə cavab vermək mümkündür? Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Yeni dünya nizamı: ziddiyyətlərdən dialoqa keçid mümkündürmü?

Yeni dünya nizamı: ziddiyyətlərdən dialoqa keçid mümkündürmü?
20 iyun 2018

Ekspertlər müasir dünyanın aktual geosiyasi problemlərini geniş təhlil edirlər. Onların sırasında qlobal dünya nizamının hazırkı vəziyyəti və gələcəyi aspekti geniş yer tutur. Rusiya mətbuatında təcrübəli diplomat və tanınmış analitik İqor İvanovun həmin mövzuda geniş məqaləsi dərc edilib. Yazıda müasir geosiyasi nəzəriyyə və praktiki siyasi fəaliyyət üçün də əhəmiyyətli olan tezislər ifadə edilib. Onların təhlili indiki dünya nizamının durumu və yeni vəziyyətə keçidin əsas məqamları barədə daha dolğun təsəvvürlər əldə etməyə imkan yaradar. Bu səbəbdən biz məqalənin başlıca tezislərini dünya siyasətinin dinamikası kontekstində təhlil etməyə ehtiyac gördük.

Aİ-Rusiya münasibətləri: ABŞ-ın İran siyasəti fonunda

Aİ-Rusiya münasibətləri: ABŞ-ın İran siyasəti fonunda
05 iyun 2018

Vaşinqtonun İsraildəki səfirliyini Qüdsə köçürməsinə və İranla nüvə sazişindən çıxmasına Moskva və Brüssel reaksiya verərək açıqca narazılıqlarını ifadə edirlər. Bunun fonunda isə analitik və ekspertlər Avropa ölkələri ilə Rusiyanın qarşılıqlı əlaqələrində hansı dəyişikliklərin baş verə biləcəyini müzakirə edirlər. İrəli sürülən fikirləri bir məqam birləşdirir: Amerikanın atdığı addımlar dünya siyasətində tarazlığı poza bilər. Geosiyasi mühitdə qüvvələr nisbətinin dəyişməsi ehtimalı vardır. Burada Avropa İttifaqı ilə Rusiya ciddi rol oynaya bilərlər. Lakin həmin prosesin yolunda əngəl ola biləcək faktorlar da mövcuddur. Ekspertlərin qənaətinə görə, Krım və Donbas məsələləri bu sıraya daxildir. Onda bütövlükdə qlobal miqyasda və Avropa-Rusiya münasibətlərində düşündürücü vəziyyətin yarandığını deyə bilərik. Bu tendensiya ümumilikdə hansı geosiyasi vəziyyətə səbəb ola bilər? Bu sualın cavabı üzərində geniş dayanmağa ehtiyac görürük.

Amerikanın İrana 12 şərti: dünya siyasəti yolayrıcında

Amerikanın İrana 12 şərti: dünya siyasəti yolayrıcında
04 iyun 2018

ABŞ-ın dövlət katibi Mayk Pompeonun bir "beyin mərkəzi"ndə çıxışı zamanı İrana qarşı irəli sürdüyü 12 şərt ilə bağlı müxtəlif analitik dairələrdə təhlillər aparılır. Mütəxəssislər hadisələrin sonrakı mümkün gedişatı ilə bağlı proqnozlar verirlər. Vaşinqtonun bu addımla hansı məqsədləri güddüyü üzərində düşünürlər. Aydın olur ki, Amerika və onun müttəfiqləri qlobal miqyasda vəziyyəti daha gərgin hala gətirə bilərlər. Tehrana qarşı irəli sürülən tələblər faktiki olaraq hərbi güc tətbiqini də nəzərdə tutur. Bu məqam olduqca riskli bir vəziyyətin meydana gələ biləcəyindən xəbər verir. Bu prizmadan M.Pompeonun şərtlərinə nəzər saldıqda hansı geosiyasi qənaətlər əldə etmək olar? Bu sualın cavabı üzərində düşünməyə dəyər.

Aİ-Rusiya: münasibətlərin dörd ssenarisi

Aİ-Rusiya: münasibətlərin dörd ssenarisi
01 iyun 2018

Mütəxəssislər qlobal geosiyasi proseslərin sistemli təhlili əsasında Avropa İttifaqı ilə Rusiya arasında yaxın altı ildə hansı münasibətlərin formalaşa biləcəyini proqnozlaşdırmağa çalışırlar. Burada çox fərqli yanaşmalara rast gəlinir. Rusiyalı analitik Andrey Kortunov da apardığı araşdırmalar nəticəsində tərəflər arasında dörd mümkün münasibətlər ssenarisindən bəhs edir. Maraqlı məqamlara toxunan təhlil müasir elmi yanaşmaya söykənir. Təhlildə Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi baxımından bir sıra əhəmiyyətli tezislərə rast gəlinir. Bunları nəzərə alaraq, mövzu üzərində daha geniş dayanmağa ehtiyac gördük.

Fukuyamanın müsahibəsi: postsovet məkanında liberalizm və reallıq

Fukuyamanın müsahibəsi: postsovet məkanında liberalizm və reallıq
18 may 2018

Məşhur amerikalı alim və siyasi filosof Frensis Fukuyama "Deutsche Welle" agentliyinə müsahibə verib. Onun bir çox məsələlər üzrə söylədiyi fikirləri böyük maraqla qarşılanıb. F.Fukuyama liberalizm, "tarixin sonu" və postsovet məkanında sosial-siyasi transformasiyalardan bəhs edib. Xüsusi olaraq Ukrayna, Gürcüstan, Rusiya və Ermənistan hadisələri üzərində dayanıb. F.Fukuyamanın Ermənistandakı olayları müsbət inqilabi dəyişiklik kimi təqdim etməsi birmənalı qəbul edilmir. Proseslərin təhlili göstərir ki, orada situasiya qeyri-müəyyəndir. Hadisələrin nəticələrini proqnozlaşdırmaq risklidir. Təcrübəyə əsasən fikir yürütdükdə isə, əslində, Ermənistanda postsovet məkanında "məxməri inqilab", yaxud "liberal dəyişiklik" adı alında tamamilə başqa prosesin getdiyi qənaəti alınır. Bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac hiss etdik.

Müharibə və ixtilaflar girdabında: dünya nizamını pozan qüvvələr

Müharibə və ixtilaflar girdabında: dünya nizamını pozan qüvvələr
19 aprel 2018

Son zamanlar Rusiya ilə Qərb arasında açıq və ya gizli mübarizə daha da intensivləşib. Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Bu hadisə müxtəlif prizmalardan təhlil edilir. Rusiya KİV-lərində onun arxasında dayanan və qlobal proseslərlə birbaşa bağlı olan faktorlar da qabardılır. Bütövlükdə dünya siyasətində əsrlərdir ki, həlledici rol oynayan, lakin hələ tam üzə çıxmayan dairələrin müəyyən planlarından bəhs edilir. Aydın olur ki, məsələ daha dərin və təhlükəli məqamlara bağlıdır. O cümlədən böyük dövlətlərin parçalanması, yaxud güclənməsi prosesi ilə bağlantılı analizlər verilir. Bütün bunlar faktiki olaraq dünya siyasətinə qeyri-ənənəvi müstəvidə nəzər salmaq imkanı yaradır.

Diplomatik müharibə: dünya siyasəti dalana dirənir

Diplomatik müharibə: dünya siyasəti dalana dirənir
03 aprel 2018

Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın və onun qızı Yuliyanın zəhərləndirilməsindən sonra dünya siyasətində sözün həqiqi mənasında bir dram yaşanır. Məsələ London-Moskva münasibətlərinin sərhədini çoxdan aşıb. ABŞ və Aİ yaranmış situasiyada Böyük Britaniyanı haqlı saydıqlarını açıq bildirsələr də, bununla kifayətlənmirlər. Avropa İttifaqının 20-yə yaxın ölkəsi bəyan edib ki, Rusiya diplomatlarını deportasiya edə bilərlər. Martın 22-də Aİ-nin Rusiyadakı səfirinin geri çağırılması ilə həmin prosesə start verilib. XXI əsrdə ilk dəfədir ki, böyük geosiyasi güclər arasında qarşıdurma geniş miqyas almaqdadır. Mütəxəssislər proseslərin həmin istiqamətdə inkişafının bütün dünya üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edirlər. O cümlədən yeni "soyuq müharibə" və silahlanma yarışının meydana gəlməsi istisna edilmir. Həmin kontekstdə "diplomat müharibəsi"nin mümkün geosiyasi sonucları ilə bağlı analizə ehtiyac duyuruq.

İki adamın zəhərlənməsi və beynəlxalq münasibətlər: böyük dövlətlər yeni münaqişədə

İki adamın zəhərlənməsi və beynəlxalq münasibətlər: böyük dövlətlər yeni münaqişədə
19 mart 2018

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentində çıxış edərək Rusiyanı təxribat törətməkdə ittiham edib. O deyib ki, Sergey Skripal və qızının Britaniya ərazisində zəhərlənməsi təcavüzkarlığa bərabərdir. Britaniya hökumətinin başçısını Qərbin digər böyük dövlətləri müdafiə ediblər. ABŞ və Fransa açıq surətdə Londona dəstəklərini ifadə ediblər. Hətta NATO-nun baş katibi öz hiddətini gizlətməyib. O, təşkilatın buna cavab verməsinin lazım gəldiyini ifadə edib. Qərb KİV-i də məsələni geniş şərh etməkdədir. Burada yekdilliklə Moskvanın cəzalandırılmasının tərəfdarı olduqları bildirilir. Təbii ki, kimliyindən asılı olmayaraq, insanın öldürülməsi, o cümlədən sinir-iflicedici maddə ilə zəhərlənməsi yolverilməzidr. Bununla barışmaq olmaz. Lakin böyük güclər bu kimi məsələlərdə də ayrı-seçkilik etməməlidirlər. Dinindən, irqindən, vətəndaşlığından asılı olmayaraq, hər bir insanın məhv edilməsinə qarşı eyni qətiyyətliliyi göstərməlidirlər. Bəs faktlar hansı vəziyyətdən xəbər verir? Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri

ABŞ-Rusiya: Mərkəzi Asiyada qarşıdurmanın yeni əlamətləri
16 mart 2018

Amerika ordusu Mərkəzi Komandanlığının başçısı general Cozef Votelin fevralın 27-də Nümayəndələr Palatasındakı çıxışında bir sıra məsələlərdə Rusiyanı ittiham etməsi cavabsız qalmayıb. Rusiya XİN yaydığı bəyanatda orada söylənən bəzi fikirlərə münasibət bildirib. Bununla da Vaşinqtonla Moskva arasında növbəti söz atışması başlayıb. Amerika Kremli Mərkəzi Asiyada "neqativ işlərlə" məşğul olmaqda, o cümlədən ABŞ-ı buradan sıxışdırmaqda günahlandırır. Moskva isə həmin regionda fəallığının təbii olduğunu əsaslandırmağa çalışır. Pentaqonun Mərkəzi Asiya məsələsini ortaya atmasını ekspertlər düşündürücü hesab edirlər. Çünki həmin regionda Çin daha fəaldır. Niyə ABŞ Moskvanı ittiham edib onu əsas rəqib kimi təqdim edir? Bu, Mərkəzi Asiyada hansısa münaqişənin hazırlandığı anlamına gələ bilərmi?

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...