THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərdoğan-Tramp görüşü: suallara cavab tapılmadı

Ərdoğan-Tramp görüşü: suallara cavab tapılmadı
31 may 2017

Amerikanın yeni administrasiyasının bütövlükdə fərqli siyasət yeridəcəyini öncədən proqnozlaşdırırdılar. Prezident Donald Trampın bir sıra dövlətlərin başçıları ilə söhbətləri, müəyyən beynəlxalq məsələlərlə bağlı verdiyi bəyanatlar, ölkə daxilində atmaq istədiyi addımlar bu cür proqnozların əsaslı olduğunu ortaya qoyurdu. Bu proseslərin fonunda Amerika dövlətinin başçısının Rusiya XİN rəhbərindən sonra Türkiyə Prezidenti ilə aparacağı müzakirələrin məzmunu böyük maraq doğururdu. Vaşinqtona Çindən gedən Rəcəb Tayyib Ərdoğan D.Trampla görüşdən narazı qalmasa da, razı da görünmədi. Tərəflər açıq, konkret danışıblar. Türkiyə Prezidenti Trampın kifayət qədər konkret fikir bildirən, onu açıq deyən bir siyasətçi olmasını ayrıca qeyd edib. Lakin prinsipial mövqe nümayişinə gəldikdə isə, məsələn, ekspertlər belə bir məqama diqqət yetiriblər ki, tərcüməçi Ərdoğanın "terror təşkilatı YPG" sözünü sadəcə "YPG" kimi ingiliscəyə çevirib. Bu o deməkdir ki, Vaşinqtonla Ankara arasında Suriyadakı qruplarla bağlı fikir ayrılığı qalmaqdadır. Qlobal geosiyasi məsələlərdə də tərəflərin mövqelərində fərqlər mövcuddur. İlk olaraq Yaxın Şərqlə əlaqədar onlar arasında ziddiyyətlərin kəskinləşməsi gözləniləndir.

Ər-Riyad sammiti: real təhlükələr, vədlər və çıxış yolu

Ər-Riyad sammiti: real təhlükələr, vədlər və çıxış yolu
30 may 2017

Səudiyyə Ərəbistanının paytaxtında Ərəb-İslam-Amerika sammiti keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin liderləri iştirak ediblər. Sammitdə beynəlxalq terrorla mübarizə əsas müzakirə mövzusu olub. Amerika Prezidenti Donald Tramp çıxışı zamanı bir sıra tezislər irəli sürüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bununla bağlı öz müsahibəsində qeyd edib ki, əslində, söhbət ABŞ rəhbərliyinin bütövlükdə xarici siyasətə korrektələr etməsindən gedir. O cümlədən Donald Tramp artıq Amerikanın başqa dövlətlərə öz həyat tərzini qəbul etdirməyəcəyini və onlara yardım edəcəyini bəyan edib. Bu, təbii ki, maraqlıdır, eyni zamanda, nəzərə almaq lazımdır ki, onları həyata keçirmək üçün güclü siyasi iradə lazımdır. Çünki indiyə qədər böyük dövlətlər terrorla mübarizədə ikili standartlara üstünlük veriblər. Əhəmiyyətlidir ki, sammitdə Azərbaycan Prezidenti də iştirak edib. Real olaraq, sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında əməkdaşlığın konkret modellərini Azərbaycanın dövlət başçısı bir neçə ildir ki, irəli sürür. Bunların diqqətə alınması ümumən dünya üçün ciddi faydalar verə bilərdi.

Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari

Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari
23 may 2017

Amerika Prezidentinin müxtəlif sərt bəyanatlar verdiyi bir zamanda Rusiya dövlət başçısı geosiyasi əhəmiyyətli iki ciddi addım atıb. Vladimir Putin Soçidə əvvəlcə Angela Merkel, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğanla görüşüb. Hər iki liderlə Yaxın Şərq və Avrasiya üçün əhəmiyyəti olan məsələlər müzakirə edilib. Almaniya ilə əməkdaşlıq hələlik ciddi maneələrlə üzləşirsə, ekspertlər Rusiya-Türkiyə əlaqələrinin inkişaf imkanlarına ciddi qiymət verirlər. Soçidə Putin-Ərdoğan görüşünün geniş məsələləri əhatə etdiyi və tərəflərin nikbin olduğu bildirilir. İki liderin danışıqları bütövlükdə regionda yeni geosiyasi proseslərə təkan verə bilər. Bu baxımdan məsələnin bu tərəfi üzərində bir qədər geniş dayanmaq istərdik.

Tillersonun ilk ağır səfəri: Moskvada aparılan gərgin müzakirələr

Tillersonun ilk ağır səfəri: Moskvada aparılan gərgin müzakirələr
05 may 2017

Amerikanın yeni administrasiyasının xarici siyasətdə tutacağı xətlə bağlı ekspertlər təhlillərini davam etdirirlər. Açığı, hələlik onlar konkret nəticəyə gələ bilməyiblər – qiymətləndirmələr fərqlidir. Bu, xüsusilə dövlət katibi Reks Tillersonun Moskvaya səfərindən sonra daha aydın özünü göstərib. Amerika diplomatiyasının şefi Sergey Lavrovla beş saatdan çox, Vladimir Putinlə isə iki saat müzakirə aparıb. Lakin onlar konkret müsbət nəticələr əldə etmək üçün yetərli olmayıb. Bir sıra ekspertlər bu vəziyyəti Vaşinqtonun xarici siyasətindəki qeyri-müəyyənliklə əlaqələndiriblər. Ancaq bu, məsələyə birtərəfli yanaşma olardı. Problemlər daha geniş kontekstdə yanaşma əsasında həllini tapa bilər. Bu barədə isə hələlik Vaşinqton-Moskva xəttində danışan yoxdur. Onlar öz maraqlarını üstün tutaraq, geosiyasi mübarizəni davam etdirəcəkləri siqnalını veriblər.

Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması

Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması
16 mart 2017

Şimali Atlantika Alyansı üzvlərinin müdafiə nazirlərinin Brüsseldə son görüşündən sonra Moskvadan maraqlı açıqlamalar verilir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi A.Qruşko isə bununla bağlı ayrıca müsahibə verib. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməkdədir. Belə ki, Brüsseldə qəbul olunan qərarlar təşkilatın şərq cinahına doğru daha da irəliləməsini, Şərqi Avropada ABŞ-ın hərbi qüdrətinin artırılmasını nəzərdə tutur. Bunu Vaşinqton təşkilata üzv olan ölkələrin hərbi xərclərini artırması hesabına etmək fikrindədir. Aydın görünür ki, Şimali Atlantika Alyansı nəinki hərbi ixtisara getmək niyyətində deyil, hətta daha qüdrətli hala gəlməyi düşünür. Moskvanın da buna cavab verəcəyi gözlənilir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı qənaətini almaq olar.

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər
15 mart 2017

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib. Məsələlər kifayət qədər kəskin və sərt şəkildə qoyulub. İsrailin müdafiə naziri isə İranla bağlı obrazlı tezislər irəli sürüb. Tədbir iştirakçıları konkret bir problemi həll etməsələr də mümkün dialoq ətrafında xeyli danışılıb. Bu baxımdan ekspertlərin əsas müzakirə mövzuları ilə bağlı söylədikləri fikirlər maraq doğurur. Təbii ki, hələ söhbət ilkin nəticələrdən gedir, lakin ümumi olaraq dünya üçün vacib faktorlardan bəhs edilir. Onlar üzərində daha geniş dayanmaq zəruridir.

Davos "dəhşəti", yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında

Davos "dəhşəti", yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında
03 mart 2017

İsveçrənin Davos şəhərində keçirilən ənənəvi forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı "Qayğıkeş və məsuliyyətli liderlik" olub. İştirakçılar Çin rəhbərinin "Epoxal məsuliyyəti birlikdə daşıyaq, qlobal inkişafı birgə irəlilədək" adlı məruzəsini maraqla dinləyiblər. Onun ifadə etdiyi fikirlərin dünyanın yeniləşməsinə və ayrıca qloballaşmaya ciddi təsir edəcəyini deyirlər. Lakin bir sıra mütəxəssis Davos forumunda "dəhşətin yaşandığı" qənaətindədirlər. Bütövlükdə tədbir haqqında mövqelər fərqlidir. Ancaq hər kəs innovasiyalı, açıq, ədalətli və tolerant cəmiyyətin yaradılmasına böyük ehtiyacın olduğunu düşünür. Bu zərurət fonunda Davos forumunun qiymətləndirilməsi aktual görünür.

2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr

2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr
02 mart 2017

Müxtəlif analitik qurumlar qlobal səviyyədə özünü göstərə bilən təhlükələri öncədən proqnozlaşdırmağa çalışırlar. Onlar çoxlu sayda və bir-birindən fərqlənən faktorlardan bəhs edirlər. Davosdakı Dünya İqtisadi Forumunun ekspertləri də bu ildə meydana çıxa biləcək riskləri müəyyənləşdirməyə çalışıblar. Təqdim edilən hesabatda bəşəriyyəti bir sıra təhdidlərin gözlədiyi vurğulanır. Ekspertlər ümumilikdə 30 qlobal risk faktorunun mövcudluğundan bəhs edirlər. Onları bir neçə qrupa bölürlər. Lakin həmin risk faktorlarının bir-birindən ayrı mövcud olduğunu demək çətindir. Burada fərd, cəmiyyət, dövlət və beynəlxalq təşkilatlar səviyyəsində özünü göstərən amillərdən danışmaq olar. Həmin aspektdə 2017-ci ildə meydana çıxması gözlənilən risklərin analizi üzərində geniş dayanmağa ehtiyac vardır.

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr

Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr
01 mart 2017

Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev onun işində fəal iştirak edib. Konfransın Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr edilmiş panelində Azərbaycan Prezidentinə xüsusi diqqət göstərilib. Birinci söz İlham Əliyevə verilib. Ölkə rəhbəri ona ayrılan vaxt çərçivəsində lakonik şəkildə regional əməkdaşlıq, təhlükəsizlik məsələləri, Azərbaycanın həmin istiqamətlərdəki fəaliyyəti ilə bağlı fikirlər ifadə edib. Bununla yanaşı, Cənubi Qafqaz üçün əsas təhlükə mənbəyi olan Ermənistanın təcavüzkar siyasətinin əsl simasını da tədbir iştirakçılarına bir daha çatdırıb. Bununla da konfrans iştirakçılarında Azərbaycanın geosiyasi fəaliyyətinin əhəmiyyəti barədə konkret təsəvvürlər formalaşıb. Həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac vardır.

Bjezinskinin "böyük üçlük" formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?

Bjezinskinin "böyük üçlük" formatı: Vaşinqton, Moskva və Pekin əməkdaşlığı mümkündürmü?
10 fevral 2017

Məşhur analitik Zbiqnev Bjezinski keçən ilin dekabrında Nobel sülh mükafatının təqdimatına həsr edilmiş mərasimdə maraqlı məruzə edib. O, indiki mərhələdə dünyada böhran vəziyyətinin olduğunu vurğulayıb, bu durumdan çıxmaq üçün ABŞ, Rusiya və Çin arasında əməkdaşlıq mühitinin yaradılması zərurətini əsaslandırmağa çalışıb. Lakin bu modelin konkret aspektləri elə də aydın deyil. Z.Bjezinski bir sıra ziddiyyətli məqamlardan bəhs edir, Rusiya ilə Çin arasındakı fikir ayrılıqlarına xüsusi diqqət yetirir, bunun əsasında iki ölkənin münasibətlərinin gələcəyini proqnozlaşdırmağa çalışır. Daha maraqlısı isə odur ki, Vaşinqton bu məqamdan istifadə etməklə hər iki ölkə ilə ehtiyatlı strategiya əsasında əməkdaşlıq qurmalıdır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...