THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri

ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri
08 sentyabr 2017

Bir sıra analitiklər Amerika ilə Çin arasında beynəlxalq nüfuz uğrunda mübarizənin təhlükəli çalarlar almağa başladığı barədə proqnozlar verirlər. Onlar bütövlükdə dünya geosiyasi mənzərəsində qeyri-müəyyənliklərin artdığı qənaətindədirlər. Həmin bağlılıqda iki böyük güc arasında rəqabətin hansı geosiyasi proseslərə təkan verə biləcəyi barədə analitik fikirlər maraq doğurur. Evan Feygenbaumun bununla əlaqədar bir məqaləsi "Foreign Affairs" nəşrində dərc edilib. Müəllif problemlə bağlı geniş təhlil verir və bir sıra ziddiyyətli məqamlara diqqət çəkir. Yazıda, ümumiyyətlə, müasir geosiyasətin mühüm məsələlərinə toxunulur. Onların geosiyasi dinamikaya təsir istiqamətləri haqqında analiz aparmaq maraqlı olardı.

ABŞ-Şimali Koreya savaşı: qlobal siyasətin yeni riskləri

ABŞ-Şimali Koreya savaşı: qlobal siyasətin yeni riskləri
06 sentyabr 2017

Vaşinqtonla Pxenyan arasındakı söz atışması təhlükəli məzmun alıb. Son olaraq Donald Tramp rəsmi Pxenyanı və xalqı hədələyib. O, bəyan edib ki, ABŞ elə bir addım atar ki, dünya indiyə qədər rastlaşmadığı vəziyyətə düşər. İlk növbədə Şimali Koreya hakimiyyəti və xalqı yox ola bilər. D.Tramp, eyni zamanda, Fransa Prezidenti ilə bu məsələdə ortaq hərəkət barədə razılığa gəlib. Belə görünür ki, Amerika-Şimali Koreya münasibətləri son dərəcə gərgin bir fazaya qədəm qoyub. Yaranmış situasiyaya geniş aspektdə yanaşdıqda, məsələnin sadəcə Şimali Koreya ilə məhdudlaşmadığını görürük. Bir neçə böyük dövlətin iştirakı ilə münaqişə meydana gələ bilər. Bu prizmadan Vaşinqton-Pxenyan qarşıdurmasının mümkün geosiyasi nəticələri üzərində düşünmək maraqlıdır.

Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar

Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar
02 avqust 2017

Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması haqqında bəyanatından sonra bir sıra dairələrdə narahatlıq artıb. Konkret olaraq, ABŞ və onun avropalı müttəfiqləri etiraz xarakterli fikirlər söyləyiblər. Onlar hesab edirlər ki, Türkiyə bu addımı ilə NATO-nun müdafiə imkanlarını məhdudlaşdırır. Lakin bu zaman nədənsə eyni sistemləri Yunanıstanın, Bolqarıstanın və Macarıstanın almasına göz yumurlar. Ekspertlər hesab edirlər ki, burada daha ciddi geosiyasi faktorlar rol oynayır. Söhbət Türkiyənin böyük dövlət kimi dünya miqyasında daha geniş mövqe tutmasından gedir. Ankara regionun böyük dövləti olaraq daha əhəmiyyətli geosiyasi statusa can atır. Bu kontekstdə onun atdığı hər bir addıma Qərb reaksiya verir. Lakin hər nə olursa-olsun, Türkiyə təhlükəsizliyinin təmini qayğısına özünün lazım bildiyi formada və çərçivədə qalacaq və qalmalıdır. Bütün bunların fonunda Yaxın Şərqdə gərgin geosiyasi mübarizənin getdiyini demək mümkündür.

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (I hissə)

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (I hissə)
27 iyul 2017

Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər

ABŞ-Aİ münasibətləri: risklər və ziddiyyətlər
14 iyul 2017

Son zamanlar Qərb geosiyasi məkanında fikir ayrılıqlarının dərinləşdiyi barədə KİV-də məlumatlar tez-tez yayılır. Əsas olaraq Vaşinqtonla Brüssel arasında müxtəlif sahələrə aid ixtilafların meydana gəldiyini vurğulayırlar. Bu sırada Avropanın Rusiya, Çin və İranla əlaqələrinin xarakterinin tərəflər arasında mübahisə obyektinə çevrildiyini ekspertlər ayrıca qeyd edirlər. Rəsmi Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən dərəcədə Avropanın enerji şirkətlərinə də mənfi təsir edir. Bununla bağlı avropalı ekspertlər belə qənaətə gəliblər ki, ABŞ qəsdən onlara zərbə vurur. Çünki başlıca məqsədi Avropa ölkələrini özündən asılı vəziyyətə salmaqdan ibarətdir. Həmin kontekstdə ABŞ "Şimal axını-2" layihəsinin reallaşmasına əngəllər törətməkdədir. Avropalılar isə buna etiraz edirlər. KİV İran və Çinlə Avropa şirkətlərinin əməkdaşlığına da həmin bucaq altında nəzər salaraq, Amerika-Avropa əlaqələrində yeni risklərin özünü göstərməyə başladığını vurğulayır.

Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər

Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər
07 iyul 2017

Vaşinqtonda ABŞ-la Çin təmsilçilərinin müzakirələr aparmasına dünya KİV-i maraq göstərib. Tərəflər qlobal səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, koreyalıları durdursun. Bu baş verməsə həm Şimali Koreyaya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər. Çinlilər isə öz arqumentlərini irəli sürüblər. Onlar öncə Amerikanın öz hərbi qruplaşmalarını regiondan çəkməsinin lazım olduğunu deyiblər. Yalnız bundan sonra Şimali Koreya rahat fəaliyyət göstərə bilər. Və Pxenyana nüvə silahı lazım olmaz. Pekin bu məsələdə qəti addım ata bilər. Bunlara rəğmən, tərəflərin ortaq mövqeyə gəlmədiyi bildirilir. Onlar əsas olaraq dialoqu davam etməkdə yekdil fikrə gəliblər. Deməli, iki böyük güc hələlik münasibətlərində risk və təhdidlərin mövcudluğunun fərqindədirlər. Bunun qlobal təhlükəsizliyə necə təsir edə biləcəyi məsələsi düşündürücüdür.

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında
22 iyun 2017

Amerikanın İranla münasibətlərində dramatizm demək olar ki, bitmir. İndi də dövlət katibi Reks Tillerson son bəyanatlarının birində çox ciddi informasiyalar verib. Məlum olur ki, Vaşinqton Tehranla toqquşmalardan çəkinməyəcək. Amerika rəsmisi bunun səbəblərini də deyib. Onlar Donald Trampın seçkiqabağı ittihamlarından faktiki olaraq fərqlənmir. ABŞ İranın Yaxın Şərqdəki fəaliyyətindən və nüvə potensialını inkişaf etdirmək əzmindən narahatdır. Bunun konkret nümunələrindən biri kimi Tehranın uzaqmənzilli ballistik raketləri sınaqdan keçirməsi göstərilir. Bunların fonunda isə İranın Qərb, Rusiya və Cənubi Qafqaz istiqamətlərində atacağı addımlar təhlil olunur.

"Bir zolaq – bir yol": yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində

"Bir zolaq – bir yol": yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində
09 iyun 2017

Pekində böyük bir forum keçirilib. Çin rəhbərliyi 2013-cü ildə "Bir zolaq – bir yol" adlı maraqlı layihə irəli sürüb. Bunu prezident Si Szinpin ilk dəfə Qazaxıstana olan səfərində ifadə edib. İdeya sürətlə dünyada geniş yayılıb. Doğurdan da, rəsmi Pekinin təklifində böyük bir geosiyasi məkanı əhatə edən nəhəng əməkdaşlıq potensialı mövcuddur. Eyni zamanda, bu layihə sivilizasiyalar və mədəniyyətlər arasında əlaqələri inkişaf etdirməklə birbaşa bağlıdır. Pekində keçirilən tədbirə 130-dan çox ölkədən nümayəndələrin gəlməsi bu aspektdə təəccüblü deyil. Bundan başqa, Çin rəhbəri forum çərçivəsində Pekinin 30-dan çox ölkə ilə əməkdaşlıq sənədi imzalayacağını bəyan edib. Ekspertlər buna da xüsusi önəm verirlər. Lakin məsələyə daha geniş prizmadan yanaşdıqda meydana bir sıra maraqlı suallar çıxır.

Ərdoğan-Tramp görüşü: suallara cavab tapılmadı

Ərdoğan-Tramp görüşü: suallara cavab tapılmadı
31 may 2017

Amerikanın yeni administrasiyasının bütövlükdə fərqli siyasət yeridəcəyini öncədən proqnozlaşdırırdılar. Prezident Donald Trampın bir sıra dövlətlərin başçıları ilə söhbətləri, müəyyən beynəlxalq məsələlərlə bağlı verdiyi bəyanatlar, ölkə daxilində atmaq istədiyi addımlar bu cür proqnozların əsaslı olduğunu ortaya qoyurdu. Bu proseslərin fonunda Amerika dövlətinin başçısının Rusiya XİN rəhbərindən sonra Türkiyə Prezidenti ilə aparacağı müzakirələrin məzmunu böyük maraq doğururdu. Vaşinqtona Çindən gedən Rəcəb Tayyib Ərdoğan D.Trampla görüşdən narazı qalmasa da, razı da görünmədi. Tərəflər açıq, konkret danışıblar. Türkiyə Prezidenti Trampın kifayət qədər konkret fikir bildirən, onu açıq deyən bir siyasətçi olmasını ayrıca qeyd edib. Lakin prinsipial mövqe nümayişinə gəldikdə isə, məsələn, ekspertlər belə bir məqama diqqət yetiriblər ki, tərcüməçi Ərdoğanın "terror təşkilatı YPG" sözünü sadəcə "YPG" kimi ingiliscəyə çevirib. Bu o deməkdir ki, Vaşinqtonla Ankara arasında Suriyadakı qruplarla bağlı fikir ayrılığı qalmaqdadır. Qlobal geosiyasi məsələlərdə də tərəflərin mövqelərində fərqlər mövcuddur. İlk olaraq Yaxın Şərqlə əlaqədar onlar arasında ziddiyyətlərin kəskinləşməsi gözləniləndir.

Ər-Riyad sammiti: real təhlükələr, vədlər və çıxış yolu

Ər-Riyad sammiti: real təhlükələr, vədlər və çıxış yolu
30 may 2017

Səudiyyə Ərəbistanının paytaxtında Ərəb-İslam-Amerika sammiti keçirilib. Tədbirdə dünyanın müxtəlif ölkələrinin liderləri iştirak ediblər. Sammitdə beynəlxalq terrorla mübarizə əsas müzakirə mövzusu olub. Amerika Prezidenti Donald Tramp çıxışı zamanı bir sıra tezislər irəli sürüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bununla bağlı öz müsahibəsində qeyd edib ki, əslində, söhbət ABŞ rəhbərliyinin bütövlükdə xarici siyasətə korrektələr etməsindən gedir. O cümlədən Donald Tramp artıq Amerikanın başqa dövlətlərə öz həyat tərzini qəbul etdirməyəcəyini və onlara yardım edəcəyini bəyan edib. Bu, təbii ki, maraqlıdır, eyni zamanda, nəzərə almaq lazımdır ki, onları həyata keçirmək üçün güclü siyasi iradə lazımdır. Çünki indiyə qədər böyük dövlətlər terrorla mübarizədə ikili standartlara üstünlük veriblər. Əhəmiyyətlidir ki, sammitdə Azərbaycan Prezidenti də iştirak edib. Real olaraq, sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında əməkdaşlığın konkret modellərini Azərbaycanın dövlət başçısı bir neçə ildir ki, irəli sürür. Bunların diqqətə alınması ümumən dünya üçün ciddi faydalar verə bilərdi.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...