THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sinqapur – qəribə taleli şəhər

Siz buradasınız: Əsas səhifə »» Dünya şəhərləri »»
 7 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
29952
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Sinqapur – qəribə taleli şəhər

Vaxtilə Malayziyanın bir hissəsi olan Sinqapur əsrarəngiz təbii gözəlliyə və zənginliyə malikdir. Buna görə də rəssamlar bu şəhəri dəniz sahilində yatmış gözələ bənzədirlər. Dünyanın hər yerindən turistləri cəlb edən Sinqapuru həm də kəhrəba şəhər adlandırırlar. Sinqapurun ecazkar təbiəti insana öz qayğılarını unutdurur, onu tamam başqa bir aləmə aparır. Eyni zamanda, insan bu şəhərdə özünü olduqca sərbəst və təhlükəsiz hiss edir. Digər tərəfdən, Sinqapur hərtərəfli, yüksək inkişaf etmiş unikal məkan kimi dünyada şöhrət qazanıb.

Qədim və müasir şəhər

Dünyanın sivilizasiya mərkəzlərindən biri hesab edilən Sinqapur şəhər-ölkənin özünəməxsus taleyi var. XIX əsrin əvvəllərinə kimi Sinqapur Malayziyanın bir hissəsi olub. Amma həmin əsrin əvvəllərində ingilislər Sinqapurun olduqca mühüm strateji bir məkanda yerləşdiyini və onun Cənub-Şərqi Asiyaya açılan qapı olduğunu anlayaraq burada möhkəmlənməyə başlayıblar.

Bundan sonra şəhər sürətlə inkişaf edərək, bölgənin ən önəmli ticarət mərkəzlərindən birinə çevrilib. İkinci Dünya müharibəsi illərində Sinqapuru yaponlar işğal ediblər. Müharibədən sonra ingilislər şəhəri Böyük Britaniyanın dominionuna çeviriblər. Buna baxmayaraq, 1963-cü ildə Sinqapur Malayziya Federasiyasının tərkibinə daxil olub. Nəhayət, 1965-ci ildə müstəqilliyini elan edib. Bundan sonra şəhər-ölkə daha sürətlə inkişaf edib. Ölkə rəhbərliyi təbii yeraltı sərvətlərlə zəngin olmayan Sinqapura xarici sərmayəçiləri cəlb edə bilib. Nəticədə, qısa müddətdə Sinqapur dünyanın ən inkişaf etmiş sənaye mərkəzlərindən birinə çevrilib.

Şəhər-ölkə

Sinqapur şəhər-ölkədir. Onun ərazisi 607 kvadratkilometrdir. Sinqapur şəhər-ölkəsinə eyni zamanda 63 kiçik ada daxildir və bu məkanların hər biri dünyanın ən gözəl guşələri sırasına daxildir. İlboyu bu adalara turist axını var və bu da Sinqapurun büdcəsinə milyardlarla dollar gəlir gətirir. Ölkədə həyat səviyyəsi olduqca yüksək hesab edilir. Burada adambaşına düşən milli gəlir 22,4 min dollar təşkil edir ki, bu da olduqca yüksək rəqəmdir. Varlı ölkə olmasını valyuta ehtiyatları da sübut edir. 5 milyon nəfərə yaxın əhalisi olan Sinqapurun hazırda qızıl-valyuta ehtiyatı 100 milyard dollardır.

Sinqapur müasir şəhərdir. Əhalinin hamısı, demək olar ki, mənzil və işlə təmin olunub. Ölkədə elektronika sənayesi olduqca yüksək səviyyədə inkişaf edib. Burada dünyanın əksər aparıcı ölkələrinin elektron mallar istehsal edən zavodları və ya onların filialları fəaliyyət göstərir. Kiçik ölkə olsa da, xarici ticarət dövriyyəsinin həcminə ən inkişaf etmiş ölkələr belə, Sinqapura həsəd aparırlar. Ölkənin xarici ticarət dövriyyəsi 460 milyard dollar təşkil edir. Bunun isə yarısını xaricə göndərilən elektron sənayesi məhsulları təşkil edir.

Sinqapur Asiyanın həm də ən iri kommersiya, maliyyə və sənaye mərkəzlərindən biridir. Məhz bu xüsusiyyətinə görə bu ölkəni Cənub-Şərqi Asiyanın İsveçrəsi adlandırırlar. Bu da təsadüfi deyil. Çünki Sinqapurda dünyanın ən etibarlı banklarından hesab edilən 130 iri bank fəaliyyət göstərir və onların əmanətçilərinin sayı olduqca çoxdur. Dünyanın ən varlı adamları İsveçrə ilə müqayisədə, hazırda öz əmanətlərini daha çox Sinqapur banklarında saxlamağa üstünlük verirlər.

Strateji və coğrafi baxımdan olduqca əlverişli yerdə, dəniz yollarının kəsişdiyi məkanda yerləşməsi Sinqapuru dünyanın aparıcı ticarət mərkəzlərindən birinə çevirib. Bura bir növ müxtəlif ölkələr üçün bazar rolunu oynayır. Sinqapur həm də dünyanın ən iri liman şəhərlərindəndir. Hər gün müxtəlif ölkələrdən buraya 150-200 müxtəlif təyinatlı (əsasən yük) gəmi yan alır. Ona görə də Sinqapur limanı yük dövriyyəsinin həcminə görə dünyada ikinci yerdədir.

Mədəniyyətlər qovşağı

Sinqapur Asiyanın güzgüsü, onun sivilizasiyalara açılan qapısı, mədəniyyətlər qovşağıdır. Burada Şərqlə Qərb, keçmişlə bu gün, müxtəlif adət-ənənələr, İslam, xristian və digər dinlər və xalqlara məxsus arxitektura inciləri bir harmoniya təşkil edərək, Sinqapura özünəməxsus bənzərsizlik bəxş edir.

Sinqapurun əhalisi də təbiəti kimi rəngarəngdir. Adanın əsas yerli əhalisini malaylar təşkil edir. Ancaq ada-şəhərin sürətli inkişafı ilə əlaqədar buraya Avropadan, Çindən, o cümlədən Hindistandan və digər ölkələrdən müxtəlif dillərdə danışan, fərqli dinlərə, mədəniyyətlərə və dünyagörüşünə məxsus çoxlu sayda insan köç edib. Hazırda əhalinin 75 faizindən çoxunu çinlilər, 14 faizini isə malaylar təşkil edirlər. Əhalinin çoxmillətli olması onların dini və mədəni baxımdan fərqli olmaları ilə də müşayiət olunmaqdadır. Ölkə əhalisinin 32 faizini buddistlər, 22 faizini daosizm tərəfdarları, 17 faizini müsəlmanlar, 13 faizini xristianlar, 3 faizini isə induslar təşkil edirlər. Qeyd etdiyimiz kimi, əhalinin tərkibinin çoxsaylı olmasına baxmayaraq, ölkədə əsas dövlət dili malay dilidir. Ancaq ingilis dili adanın qeyri-rəsmi dövlət dili hesab edilir. Burada ali məktəblərin hamısında təhsil ingilis dilindədir. Orta məktəblərdə ingilis dili əsas ana dillərindən biri kimi tədris olunur. Bir sözlə, Sinqapurda ingilis dilini bilməyən bir nəfər də olsun tapmaq mümkün deyil. Bununla belə, dövlət dili kimi malay dilindən, həmçinin Çin dilindən də istifadə olunur. Etnik azlıqların kompakt yaşadıqları rayonlardakı məktəblərdə təhsil həm yerli, həm də ingilis və malay dillərində aparılır.

Sinqapurun gözəl təbiəti onun insanlarının uzunömürlü olmasına gətirib çıxarıb. Burada insanlar 75-85 il yaşayırlar. Ölkədə təbii artım da yüksək hesab edilir. Belə ki, təbii artım min nəfərə 13 nəfərdir. Bunun əksinə olaraq, ölüm halları azdır və cəmisi min nəfərə 3,5 adam təşkil edir.

Turistlər diyarı

Sinqapurun iqlimi tropik hesab edilir. Amma buranın tropik iqlimi də özünəməxsus xüsusiyyətlərə malikdir. Ölkədə orta illik iqlim 28-36 dərəcə hesab edilir. İqlimin mülayimliyi Sinqapuru ilboyu turistlər üçün cəlbedici edir. Sinqapurda yağışlar ancaq oktyabr-fevral aylarında yağır və bu zaman təbiət daha da gözəlləşir.

Gözəl təbiəti, sivil istirahət mərkəzləri ilboyu buraya turist axınına səbəb olur. Son məlumata görə, ildə bu ölkəyə12-15 milyon turist gəlir. Sinqapur həm də təbii qoruqlar şəhəridir. Buradakı heyvanat parkının dünyada tayı-bərabəri yoxdur. 70 hektar sahəsi olan Bukit-Tima qoruğu insan əli dəyməmiş təbii tropik meşələrdən ibarətdir. 20 hektar ərazisi olan Curonq quş parkı da turistlərin ən sevimli yerlərindəndir. Sentoza və digər adalarda isə turistlər üçün xüsusi əyləncə mərkəzləri var. Bir sözlə, Sinqapur dünyanın ən ecazkar və gözəl məkanlarından biri, Asiyanın kəhrəba şəhər-ölkəsidir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...