THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

London

Siz buradasınız: Əsas səhifə »» Dünya şəhərləri »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15832
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

London – tarixi simasını qoruyub saxlayan cazibədar şəhər

London təkcə Birləşmiş Krallığın deyil, həm də dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri hesab edilir. Temza çayının mənsəbində, Şimal dənizin in yaxınlığında yerləşən bu şəhər dünyanın iri şəhəri və limanıdır. Londonun əhalisi 8 173 900 nəfərdir. Hər il bunların sayına milyonlarla turist də əlavə olunur. Onları şəhərin abidə, muzey, teatr və konsert zalları cəlb edir. Böyük Londonun konurbasiyası xüsusi bir inzibati vahidi – metropoliten qraflığını yaradır.

E.ə. I əsrdə keltlərin yaşadığı ərazidə romalılar Londinium adı verilən şəhər yaradıblar. İndiyədək Londonun Taueri və ya Barbikan rayonu yaxınlığında Roma divarının xarabalıqlarını görmək mümkündür. 884-ci ildə Böyük Alfred Londonu öz dövlətinin paytaxtı elan edir. 976-cı ildən, yəni ingilis-sakson ağalığının bərqərar olduğu dövrdən etibarən şəhər kral hakimiyyətinin olduğu yerə, XI əsrin sonu-ХII əsrin əvvəllərində isə İngiltərənin rəsmi paytaxtına çevrilir. XVII əsrin əvvəllərindən London sürətlə inkişaf etməyə başlayır, lakin iki taun epidemiyası (1664-cü və 1665-ci illərdə), ardınca da böyük yanğın (1667-ci ildə) bu inkişafa güclü zərbə vurur. Dörd gün ərzində yanğın şəhərin böyük bir hissəsini yox edir. 1707-ci ildə London İngiltərənin paytaxtından Böyük Britaniyanın paytaxtına çevrilir. Burada XIX əsrin əvvəllərində meydana gələn ictimai nəqliyyat sistemi urbanizasiyanı sürətləndirməklə şəhərin sərhədlərinin genişlənməsinə səbəb olurdu.

Londonun daxili şəhər və ya Siti (City of London) adlanan ən qədim hissəsi yanğınlardan daha çox əziyyət çəkirdi. Burada İngiltərə bankı, birja, burqomistrin iqamətgahı, ratuşa, Mərkəzi Cinayət məhkəməsi (Old Bailey), Müqəddəs Pavel məbədi və bir çox başqa kilsələr yerləşir. Dağılmış binaların yerində indi şüşə və betondan müasir qurğular yüksəlir. Köhnə ilə təzənin bir-birinə qarışması həm kontrast yaradır, həm də göstərir ki, Siti bu gün də dünyanın fəal işgüzar mərkəzi olaraq qalmaqdadır.

Sitinin şərq hissəsində Temzanın sahilində XI əsrdə İşğalçı Vilhelmin qala kimi tikdiyi məşhur London Taueri yerləşir. Sonralar bir neçə dəfə yenidən tikilən bu bina kralın iqamətgahı, sonra isə həbsxana olmuşdu. İndi Tauerdə muzey yerləşir. Muzeydə başqa eksponatlarla yanaşı, Britaniya tacına məxsus xəzinə də saxlanılır. Qalanın yaxınlığında Temzanın üzərində bəlkə də Londonda ən gözəl olan Tauer körpüsü (Tower Bridge) salınıb. London körpüsü ilə Tauerdən Temzanın cənub sahilinə keçəndə, hələ 1206-cı ildə tikilmiş qotik məbəd (Southwark Cathedral) görünür. Temzanın elə bu sahilində Saut-Bank müasir incəsənət mərkəzi, iri konset zalları (Kral festival zalı və kraliça Yelizaveta zalı), anqlikan kilsəsinin başçısı arxiyepiskop Kenterberiyskinin iqamətgahı olan Lambet sarayı (Lambeth Palace) yerləşir.

Sitidən Temza boyu qərbə doğru uzanan zərif Strend küçəsi məşhur Trafalqar meydanına gətirib çıxarır. Meydanın planı 1829-1841-ci illərdə tərtib olunmuşdur. Onun mərkəzində Trafalqar yaxınlığında gedən döyuşdə (1805) frank-ispan donanması üzərində qələbənin şərəfinə admiral Nelsonun 60 metrlik abidəsi qouylmuşdur. Meydanda qotik üslubda tikilmiş sadə bir kilsə (St Martin-in-the-Fields) var. Burada mütəmadi olaraq klassik musiqi konsertləri təşkil olunur. 1834-1837-ci illərdə klassisizm üslubunda tikilmiş Milli qalereya Trafalqar meydanının şimal hissəsində yerləşir. Burada Avropanın flamand, italyan və holland məktəblərinin sənətkarlarının olduqca qiymətli əsərlərindən ibarət rəssamlıq kolleksiyası saxlanılır. Bu, dünyada ən zəngin kolleksiyalardan biridir. Yaxınlıqda İngiltərənin krallardan tutmuş alim və şairlərədək məşhur adamlarını təsvir edən 4500-dən çox şəkil, rəssamlıq, heykəltaraşlıq əsərlərinin nümayiş olunduğu Milli şəkil qalereyası yerləşir.

Trafalqar meydanından sonra Admirallığın arkasından müqəddəs Ceyms parkı (St James's Park) boyu Mell küçəsi uzanır. Pell-Mell küçəsi yaxınlığında Müqəddəs Ceyms sarayı (XVI əsrdə tikilmişdir) yerləşir. Edam olunmuş I Karl burada son günlərini yaşamışdı. Bu gün isə burada Kent hersoqu yaşayır. Mell Londonun sonuncu tikilmiş (XIX əsrin birinci yarısı) kral sarayına – kralın əsas iqamətgahı olan Bukingem sarayına gətirib çıxarır. Sarayın qarşısındakı meydanda kraliça Viktoriyaya qızıla çəkilmiş ağ mərmərdən abidə ucaldılıb. Yayda Bukingem sarayının zallarının bir hissəsi sarayın əsas funksional təyinatına, yəni Britaniya monarxlarının evi və iş otağı kimi xidmət etməsinə mane olmamaq şərtilə turistlər üçün açıq olur.

Bukingem sarayaından şərqə doğru Londonun əsas memarlıq xəzinələrindən biri olan Vestminster abbatlığı yerləşir. O, Benedikt abbatlığının yerində tikilmiş və İşğalçı Vilhelmin dövründən (1066-cı ildən) ingilis krallarının tacqoyma mərasiminin keçirildiyi yer kimi qalmaqdadır. XVIII əsrin ortalarına qədər abbatlıq bir neçə dəfə yenidən tikilmişdi. Burada ən müxtəlif memarlıq üslubları bir araya gətirilmişdir. Vestminster abbatlığında ingilis kralları, görkəmli dövlət və kilsə xadimləri, məşhur insanlar (Ç.Dikkens, İ.Nyuton, Ç.Darvin və b.) dəfn olunublar. Abbatlığın yaxınlığında Temzanın sahilində parlamentin binası – Vestminster sarayı yerləşir. O, Kral Eduard üçün ilk sarayın inşa edildiyi 1042-ci ildən başlayaraq bir neçə əsr ərzində tikilib. Parlament öz müasir simasını 1840-1888-ci illərdə almışdır. Bu zaman yeni qotik üslubda 97 metrlik məşhur Saat qülləsi (Clock Tower) yüksəldilmişdi. Burada Biq-Ben zəngi və 102 metrlik nəhəng Viktoriya qülləsi yerləşir.

Vestminster sarayından Temza boyu cənuba doğru getdikdə, fransız və ingilis impressionistlərinin və XX əsrin kubistlərdən tutmuş sürrealistlərədək bir çox rəssamlarının əsərlərinin toplusu ilə şöhrət qazanmış Teyt qalereyasına (Tate Gallery) çıxmaq olur. Vestminster sarayından Uaytholl küçəsi ilə (yolda 10 saylı binada baş nazirin iqamətgahının yerləşdiyi Dauninq-striti seyr etməklə) Trafalqar meydanına qayıtmaq olar. Milli qalereyadan dönüb istirahət üçün sərfəli olan meydandan (Leicester Square) və bir neçə xırda küçələrdən şimal-qərbə doğru gedərək çoxlu sayda restoranları ilə şöhrət qazanmış Soho rayonuna çıxmaq mümkündür. Burada dünyanın istənilən mətbəxinin xörəklərini, xüsusən də Çin, hind, tay mətbəxlərinin yeməklərini dadmaq olar. Sohoda şənləndirici axşam və gecə klubları cəmləşmişdir. Gecə Londonun "dibi”nin toplaşdığı Sohoda gəzinti təhlükəli ola bilir. Yaxınlıqda kiçik, lakin londonlular və turistlər üçün cazibədar olan Pikadilli Serkus (Picadilly Circus) meydanı yerləşmişdir. Burada hər axşam peşəkar musiqiçilərin, müxtəlif janrlarda ifa edən artistlərin çıxışlarını dinləmək və ya çoxsaylı kafelərdən birində istirahət etmək olar.

Sohodan şərqə doğru gedəndə, çoxsaylı mağazaların, teatrların, o cümlədən 1803-cü ildə dahi aktyor Edmund Kinin çıxış etdiyi məşhur Kral Opera teatrının yerləşdiyi Kovent-Qarden məhəlləsinə çıxmaq olur. Bir qədər şimala doğru "universitet məhəlləsi”ndə Britaniya muzeyi yerləşir. Onun geniş kolleksiyasına Yunanıstan və Roma antik sənətinin, Britaniya müstəmləkəçiliyi dövründə Hindistandan, Misirdən, Çindən və digər ölkələrdən gətirilmiş Şərq sənəti nümunələri daxildir. Burada həmçinin sikkə və markalar kolleksiyası, məşhur insanların avtoqraflarının toplusu və digər əşyalar da saxlanılır. Milli qalereya kimi, Britaniya muzeyinə də giriş pulsuzdur. Əksər bədii muzeylərə və simfonik musiqi konsertlərinə biletlər çox da baha deyil, amma Madam Tüsso mum heykəlləri muzeyinə və ya müzikllərə, rok konsertlərinə biletlər bahadır.

London parkları da şəhərin görməli yerlərindən və ayrılmaz hissələrindən biridir. Londonda çoxlu sayda xırda parklar var. Ən əsası isə, burada Kral parkları adlanan Sent Ceyms, Hayd-Park, Kensinqton bağı, Ricents parkı, Qrin parkı yerləşir. Onların hər biri özünəməxsus gözəlliyə malikdir. Ricents parkında London zooparkı, Hayd parkında isə hər gün natiqlik sənətində bacarığını sınamaq və vətəndaşlara hansısa ideyaları çatdırmaq və ya ümumiyyətlə şənlənmək istəyən insanların toplaşdığı məşhur natiqlər guşəsi yerləşir. Kensinqton bağında Kral sarayında hazırda tarixi kostyumlar sərgisi təşkil olunmuşdur.

London – teatr və konsert zalları şəhəridir. Hər gün Heymarket, Druri-Leyn, Mermeyd və Royal-Kort kimi onlarla teatr səhnələrində dram tamaşaları, opera və müzikllər nümayiş etdirilir. Onların çoxuna bileti bir həftə əvvəl əldə etmək lazım olur. Ən məşhur konsert zalı Albert-Holldur.

Londonla daha yaxşı tanış olmaq üçün onun kənarlarına çıxmaq lazımdır. Vindzor Temzanın sahilində, Londondan 34 km aralıda yerləşir və ilk növbədə XI-XVI əsrlərdə tikilmiş Vindzor qəsri ilə məşhurdur. Bu, Kralın yay iqamətgahıdır. Burada yüksəldilmiş Sent-Corc kapellası (1474-1528) yetkin qotika şedevridir.

Böyük Londonun şərq hissəsində Qrinviç yerləşir. Burada Kral dəniz akademiyasına baş çəkmək olar. Onun tikintisinə XV əsrdə II Karl başlamışdır. Tikinti XVIII əsrdə K.Reno tərəfindən başa çatdırılmışdır. Milli dəniz muzeyi (onun binalarının bir hissəsi İntibah dövrünün üslubunda digər dahi memar - İniqo Consonun layihəsi üzrə tikilmişdir). Nəhayət, əsası 1673-cü ildə qoyulmuş rəsədxanaya da baş çəkmək olar. Onun içindən şərti olaraq qərbi və şərqi yarımqütbləri ayıran sıfır (Qrinviç) meridianı çəkilmişdir.

London mağazaları böyük çeşiddə mallar təklif edir. Naytsbric məhəlləsində yerləşən "Harrods” nəinki İngiltərədə, hətta bütün dünyada ən nüfuzlu mağaza hesab edilir. Burada royaldan tutmuş avtoqələmədək hər şey almaq olar. Lakin burada qiymətlər elə bahadır ki, əksər adamlar buraya (endirim günləri istisna olmaqla) yalnız ekskursiyaya gəlir. Alıcıların əksəriyyəti "ulduzlar”, biznesmenlər və əlbəttə ki, Kral ailəsinin üzvləridir. Əksər londonlular alış-verişi bütünlüklə ticarət üçün ayrılmış küçədə - Oksford-stritdə edir. Burada həm "Selfrice”, "Debenhem”, "Marks və Spenser” kimi kifayət qədər bahalı paltar mağazaları, həm bir az ucuz mağazalar (məsələn, Avropada tanınmış "С&;А" firmasının mağazası), həm də tamam ucuz mağazalar var. Kovent-Qarden rayonundakı mağazalar da kifayət qədər məşhurdur.

London ölkənin nəhəng nəqliyyat qovşağıdır. Burada beynəlxalq Hitrou və Hetuik hava limanları, habelə Avropada ən qocaman metropoliten (1863-cü ildən istismardadır) yerləşir. Limanın illik yük dövriyyəsi 60 mln.ton təşkil edir. Burada maşınqayırma, xüsusən də avia- və avtotikinti, elektrotexniki, yeyinti, kağız, poliqrafiya, kimyəvi, tikiş sənayesi inkişaf etmişdir.

Paytaxtda bir neçə universitet, texniki ali məktəb var. Burada Kral dram sənəti, musiqi, rəqs akademiyaları, London kral cəmiyyəti, Britaniya akademiyası, Böyük Britaniya Kral İnstitutu və bir çox başqa tədris və elmi müəssisə, elmi və digər cəmiyyətlər fəaliyyət göstərir. Londonda 30-dan çox muzey, 80-ə yaxın teatr fəaliyyət göstərir. Böyük Britaniyanın paytaxtı dünyada üç olimpiadanı - 1908-ci, 1948-ci və 2012-ci il Olimpiadalarını qəbul etmiş ilk şəhər olmuşdur.

Newtimes.az


Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...