THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paris

Siz buradasınız: Əsas səhifə »» Dünya şəhərləri »»
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10339
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
Paris – Fransanın paytaxtıdır. Sena çayının sahillərində yerləşir. Ölkənin ən mühüm iqtisadi və mədəni mərkəzidir. Eyni zamanda, böyük beynəlxalq əhəmiyyəti var.

Şəhər Paris hövzəsinin mərkəzində, dəniz səviyyəsindən təqribən 65 m yüksəklikdə yerləşir. Onun çevrəsi 54, 74 km-dir. Sahəsi 105 kvadratkilometr. Şəhərin sərhədi 1860-cı ildən bu yana dəyişmir. Şərqdən qərbə doğru 18 km, şimaldan cənuba isə 9,5 km uzanır. Şəhərin ən yüksək nöqtəsi Monmartr rayonundadır.

Yaranma tarixi

Şəhər bizim eradan əvvəl III əsrin ortalarında "parizi” tayfaları tərəfindən yaradılmışdır. "Paris” həmin tayfanın adı ilə bağlıdır. Romalılar e.ə. 52-ci ildə şəhəri dağıdıblar, lakin Sena çayının sol sahilində yenisini salıblar. Roma imperiyası dövründə Paris elə bir böyük təsirə malik deyildi.

Romaliların idarəçiliyi 508-ci ildə frankların gəlişi ilə sona çatıb. XII əsrdə isə şəhərin müdafiəsini gücləndirən divar tikilib. Həmin dövrdə Parisin qərb ətrafında Luvr qalası inşa edilib. XI əsdən başlayaraq Paris Avropa təhsilinin mərkəzlərindən birinə çevrilir. XIII əsrdə isə indiki Sorbon universitetinin xələfləri olan "müstəqil” kolleclər yaradılıb.

XIV Lüdovikin vaxtında Kral iqamətgahı Versala köçürülüb. Lakin Paris əvvəlki kimi Fransanın siyasi mərkəzi rolunu oynamqda davam edib. 1844-cü ildə şəhərin ətrafında üçüncü qala divarı hörülür. Hazırda onun yerində şəhərətrafı dairəvi yol vardır. Eyfel qülləsi 1889-cu il Ümumdünya sərgisi üşün tikilib. XIX əsrdə Parisdə 21 Ümumdünya sərgisinin 5-i keçirilib.

Maraqlıdır ki, Parisdə əhalinin ən çox sayı 1921-ci ildə qeydə alınıb – 3 milyon nəfər! Hazırda bu rəqəm 2 milyondan bir qədər çoxdur. Şəhər ətrafında isə əhalinin sayı artır. 1921-ci ildə paytaxat ətrafı ərazilərdə 4,85 milyon nəfər yaşayırdısa, hazırda 11,6 milyon insan orada məskunlaşıb. Paris Fransanın əhalisi ən sıx olan yeridir. Burada orta sıxlıq hər kvadratkilometr üzrə 20433 nəfərdir.

Etnik tərkibi

2008-ci ilin statistik məlumatına görə, Parisdə 330000 xarici yaşayır. Bu, şəhər əhalisinin 14,9 faizini təşkil edir. Onların 30 faizi Avropa İttifaqından gəlmədir. 20 faiz isə Əlcəzair, Mərakeş və Tunis mənşəlidir. Çindən miqrasiya edənlərin sayı da artır. Parisin əhalisinin 80 faizi xristian, 15 faizi isə müsəlmandır. Onu deyək ki, şəhərdə immiqrantların fərqli dairələri var. Məsələn, amerikanlar zədəganlara aid 16-cı dairədə məskunlaşırlar. Afrikalıların məskəni 18 və 19-cu dairələrdir. 13-cü dairə isə çinlilərə məxsusdur. Müsəlmanlar əsasən 11, 18, 19 və 20-ci dairələrdə yerləşiblər. Parisdə 94 katolik icması, 15 pravoslav kilsə, 21 sinaqoq, 2 məscid və erməni apostol kilsəsi vardır.


İqtisadiyyatı və mədəniyyəti

Paris Fransanın mühüm iqtisadi mərkəzidir. Burada ölkə ÜDM-nin 10 faizi istehsal olunur. Ölkənin istehsalat müəssisələrinin demək olar ki, dörddə biri i paytaxtda öz ofisini açıb. Şəhərdə 349000 müəssisə yaradılıb. İş yerlərinin ümumi sayı 1,64 milyondur. İş qabiliyyəti olan parislilərin hər birinə 1,5 iş yeri düşür. Buna baxmayaraq, Parisdə işsizlərin sayı 8,7 faizdir. Bu, 2010-cu ilin göstəricisidir.

Paytaxtda əsas iş yerləri xidmət sahəsinə aiddir. Sənaye müssisələri fəal surətdə şəhərdən kənara çıxarılır. Bu, Parisin ekoloji vəziyyətinə müsbət təsir edir.

Paris dünyanın ən çox mədəniyyət ocaqları yerləşən şəhərlərindəndir. Dünyanın müxtəlif regionlarında yerləşən ölkələr öz mədəniyyət nümunələrini Parisdə nümayiş etdirirlər. Azərbaycan son illər Fransanın paytaxtında bir neçə milli mədəniyyət nümunələrinin sərgisini təşkil edib. Məşhur Luvr sarayında müsəlman mədəniyyətinə aid mərkəz açılıb. Bütün bu işlərin təşkilatçısı Heydər Əliyev Fondudur.

Təbiəti

Təbii ki, çoxmilyonlu şəhərin ekologiyasında problemlər yaranır. Üstəlik, Paris dünyanın əhalisi ən sıx olan məkanlarından biridir. Sənaye müəssisələrinin kənara çıxarılması ilə paytaxtda torpağın çirklənməsi kəskin problem deyil. Bununla yanaşı, səs-küy və nəqliyyat vasitələrinin yanacaq tullantıları şəhərin ekologiyasına pis təsir edir.

2002-ci ildən Parisdə zibillərin çeşidlənməsi aparılır. Havanın təmizliyinə böyük diqqət ayrılır. Məsələn, hər gün 40 km. radiusda şəhərin üzərinə hava şarı buraxılır. Həmin şarın rəngi havanın keyfiyyətindən asılı olaraq dəyişir. Rəsmi məlumatlara görə, havanın keyfiyyəti son 10 ildə xeyli dərəcədə yaxşılaşıb.

Sena çayının suyu hazırda təmizdir. Orada balıqların sayı artıb. Yaşıllıqların sayı da durmadan artır. Paris Avropanın ən çox yaşıllıqları olan şəhərlərindən biridir. Paytaxtda ağacların sayı 500000-ə yaxındır. Onlardan ən qədiminin yaşı 400 ildən çoxdur.

Şəhərdəki binaların çardaqlarında da yaşıllıq təşkil edirlər. Onların ümumi sahəsini 7 hektara çatdırmaq planı vardır. 2000-ci ilin sonlarına binaların çardağında 300 arı yeşiyi qoyulmuşdu. Havada pestisitin miqdarı aşağı olduğundan orada bal Fransanın digər yerlərinə nisbətən daha çox alınır.

Görməli yerləri

Parisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncamı ilə 1806-1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887-1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsi və XII əsrdə Site adasında tikilmiş Notr-Dam-de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.


Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...