THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Lavrovla danışıqlarda kobud və qeyri-diplomatik dilə keçməli oldum" – Zərif

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2515
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 aprel 2021 – Newtimes.az

İran xarici işlər naziri Məhəmməd Zərif rusiyalı həmkarı Sergey Lavrovla Tehran və Vaşinqton arasındakı nüvə razılaşması ilə əlaqəli danışıqlarda "kobud və qeyri-diplomatik dil''ə keçməli olduğunu bildirib.

"Qafqazinfo'' xəbər verir ki, bu barədə "BBC'' teleradio şirkətinin fars xidməti məlumat verib.

Zərif müsahibəsində Moskvanın 2015-ci ildəki İran siyasətinə müdaxilə etməyə çalışdığını bildirib və Rusiyanı İranın ABŞ-la nüvə anlaşmasına mane olmağa çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Rusiya razılaşmaların imzalanmasından bir gün sonra Tehran və Vaşinqton arasındakı müqaviləni pozmaq üçün İran generalı Qasım Süleymani ilə danışıqlar aparıb.

Zərif əlavə edib ki, İranla Qərb arasındakı münasibətlərin normallaşması ''Rusiyanın maraqlarına uyğun olmadığı'' üçün Moskva müqaviləni pozmağa çalışıb.

"Rusiya İran Xarici İşlər Nazirliyinin nailiyyətlərini məhv etmək istəyirdi. Ruslar razılaşmanın baş tutacağını gözləmirdilər'', – deyə Zərif qeyd edib.

C.Zərif həmçinin bildirib ki, o, Lavrovla danışıqlar zamanı kobud davranmalı və siyasətçiyə yaraşmayan ifadələrdən istifadə etməli olub.

Müsahibənin yayımlanmasından bir saat sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə səsyazısının xarici işlər nazirinin sözlərinin mahiyyətinin təhrif edilərək montaj edildiyini bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...