THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

KİV: Erməni generallar Paşinyanın müharibə ilə bağlı bəyanatından narahatdırlar

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9140
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 aprel 2021 – Newtimes.az

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatların gedişi haqqında verdiyi bəyanat ordu generalları arasında narahatlıq yaradıb.

''Report'' bildirir ki, bunu ''Joxovurd'' qəzeti yazıb.

Məlumata görə, generallar qapalı formada toplantı keçiriblər və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Nəşr vurğulayır ki, yüksək rütbəli hərbçilər onlar barədə cinayət işinin açılacağından narahatdırlar.

Qeyd edək ki, N.Paşinyan parlamentdəki çıxışında 44 günlük döyüşlərdə Ermənistan ordusunun əməliyyatlarının yetərsiz və səmərəsiz olduğunu bildirib. O, hadisələrlə bağlı araşdırma qrupu yaradılmayacağını da deyib: "Hər kəs öz vəzifəsini arxayın icra edə bilər. Ancaq buraxılan səhvləri öz aralarında müzakirə edib, nəticə çıxarmaq tapşırılıb''.

Lakin erməni generallar N.Paşinyanın dediklərinə o qədər də etibar etmirlər. Məğlub ordunun yüksək rütbəli zabitləri yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən və məsuliyyətə cəlb olunacaqlarından qorxurlar.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. N.Paşinyan bu kimi çıxışlarla generalları özünə tabe etmək, seçkilərdə ona səs vermələrinə nail olmaq istəyir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...