THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2089
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 mart 2021 – Newtimes.az

Azərbaycan regionda əməkdaşlığın əleyhinə deyil. Ermənistan isə əməkdaşlıqdan boyun qaçırır, Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Onları məcbur edəcəyik. Necə ki, torpaqlarımızdan qovmuşuq, bütün istədiyimizə nail olacağıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında danışıb.

''Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə yarayardımı? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb, Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağılmayıb. Biz bunu necə unuda bilərik. Nə qədər çalışdılar bizi inandırsınlar ki, bizim neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar'', – deyə dövlətimizin başçısı qeyd edib.

O vaxt Azərbaycanın kreditlərə möhtac olduğunu bildirən Prezident deyib: "Aparıcı beynəlxalq maliyyə qurumları bizə bir il kredit vermədilər ki, bizi buna məcbur etsinlər. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər. Özümüz vəsait taparıq''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...