THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq..."

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3251
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 mart 2021 – Newtimes.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi dəniz qüvvələrinin "Mavi Vətən 2021'' taktiki təlimlərinə videokonfrans yolu ilə qatılıb və çıxışında Qarabağdan da danışıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan ölkəsinin son illərdə milli hərbi sənayesini necə inkişaf etdirdiyi, döyüş gəmiləri də daxil olmaqla bir sıra yeni silah sistemləri istehsal etdiyini, pilotsuz döyüş təyyarələrini istehsal edən 3-4 ölkədən birinə çevrildiyini bildirib.

Ərdoğan habelə Türkiyənin Suriyada, Liviyada, Qarabağda atdığı addımlardan bəhs edib. Aralıq dənizinin şərqində ölkəsinin iqtisadi maraqlarını qorumaq üçün qətiyyətli addımlar atdığını vurğulayıb.

"Aralıq dənizinin şərqində yer alan karbohidrogen ehtiyatları üzərindəki hüquqlarımızı nəyin bahasına olursa olsun qoruyacağımızı açıq şəkildə ortaya qoyduq. Beynəlxalq hüquq təməlində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğal edilməsinə mane olduq. Ölkəmizi Antalya sahillərinə sıxışdırmağa çalışan hüquqsuz təşəbbüslərin hamısını boşa çıxardıq. Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, şükürlər olsun ki, uğurla sona çatdırdıq'', – Ərdoğan çıxışında bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...