THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İran Prezidentinin müşaviri Əli Əkbər Vilayəti: "İşğal altındakı ərazilər qaytarılmalıydı. Azərbaycan da bunu etdi..."

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6782
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 noyabr 2020 – Newtimes.az

İran Prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı ərazilərini işğaldan azad etməsinə görə təbrik edib.

Virtualaz.org İran KİV-lərinə istinadən xəbər verir ki, Vilayəti İranın Azərbaycan, Ermənistan və Azərbaycanın ərazisi olan Naxçıvanla ortaq sərhədlərə malik olduğunu xatırladıb. "Qonşu ölkələrin təhlükəsizliyi və sabitliyi bərqərar olmadan İranın da milli təhlükəsizliyinin təmin edilməsinin mümkün olmadığına inanırıq. Bölgədə müharibə başlayanda azərbaycanlı qardaşlarımız və erməni dostlarımız həlak olurlar. Ona görə də müharibələrin qarşısı alınmalıdır. Yəni bu münaqişə ilə məşğul olanlar haqların təmin edilməsi üçün daha öncə hərəkətə keçməliydi. Bu məsələ region xaricindəki ölkələri maraqlandırmaz və İran ədalətli sülhün təmin edilməsi yönündə çalışacaq. İşğal altındakı ərazilər qaytarılmalıydı. Azərbaycan xalqı da bunu etdi. Onları təbrik edirik. Çünki Azərbaycan Respublikası ilə dostyana, tarixi və mədəni əlaqələrə sahibik", – Vilayəti bildirib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...