THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan: "Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb"

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2713
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2020 – Newtimes.az

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq''.

APA-nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin tribunasından deyib.

Onun sözlərinə görə, son iki gündə Şuşadan 300-dən çox erməni döyüşçünün meyiti götürülüb.

"Mən bu barədə danışmaq istəmirdim, amma məcburam – son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb. 300-dən çox meyit. Siz döyüşün miqyasını təsəvvür edirsiniz? Bəzi adamlar var ki, guya generalların, yaxud siyasi rəhbərliyin Şuşa uğrunda döyüşməmək barədə əmr verdiyini deyir. Onda bu ölənlər kimin əmri ilə döyüşüb həlak olublar?''

N.Paşinyanın sözlərinə görə, Şuşanın verilməsi barədə şayiə yayanlar istintaq orqanlarına dəvət olunur, onlardan bu informasiyaları haradan aldıqları, satqının kim olduğu barədə soruşulur: "Lakin həmin şəxslər ifadələrində qeyri-müəyyən şeylərdən danışırlar, suallara konkret cavab verə bilmirlər''.

Qeyd edək ki, Azərbaycan Ordusu Şuşa şəhərini bu il noyabrın 8-də erməni işğalçılarından azad edib. Şuşada məhv edilmiş erməni hərbçilərinin meyitləri Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...