
Bakı, 27 sentyabr 2020 – Newtimes.az
Ermənistanın baş naziri parlament qarşısında çıxışı zamanı Qarabağda yaranmış vəziyyətdən qaçmağın yeganə yolunu göstərib. Nikol Paşinyan bildirib ki, bu vəziyyətin yaranmaması üçün nəsə etmək, konkret olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna razılaşmaq lazım idi.
"Əgər biz bununla razıyıqsa o zaman baş verənləri elə indi dayandıra bilərik. Mən istəyirəm ki, Ermənistan parlamenti bunu qeydə alsın və mən birbaşa sual verirəm, biz razıyıqmı belə qərarla? Əgər razıyıqsa o zaman biz elə indi, bu gün bu məsələni həll edə bilərik'', – Paşinyan deputatlara müraciət edib.
Cavab olaraq deputatlar zaldan qışqırıblar: "Yox, heç vaxt!''
Virtualaz.org
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...