
Bakı, 17 sentyabr 2020 – Newtimes.az
"Dağlıq Qarabağ danışıqlar prosesində və ümumiyyətlə, bütün münaqişələrdə ilkin danışıqlar olmalıdır, hətta müharibə şəraitində belə, çünki danışıqların yoxluğu dağıdıcıdır".
Eurasia Dairy erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Navasardyan deyib.
"Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmayacaq, çünki Türkiyə və Azərbaycanın başqa məqsədləri var, Dağlıq Qarabağ məsələsi yoxdur, torpaq təhvil vermək məsələsi yoxdur, Türkiyənin Ermənistanı ləğv etmək planı var", – deyə Arman Navasardyan bildirib.
"Əgər istəyirsən bütün torpaqları qaytar, Xankəndini, Şuşanı, fərqi yoxdur, onlar öz bildiklərini edəcəklər".
Navasardyan qondarma Qarabağ rejiminin rəhbəri Arayik Arutunyanın müharibəyə hazırlıq fikrini bəyəndiyini söyləyib.
"Əgər lazımdırsa biz döyüşməliyik və uyğun geosiyasi dəyişiklikləri gözləməliyik. Biz həm hərbi, həm də siyasi cəhətdən güclü olmalıyıq", – deyə erməni diplomat söyləyib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...