THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Belarusdakı hadisələr Rusiyaya qarşı deyil" – Tixanovskaya

Siz buradasınız: Əsas səhifə »» Sitatlar »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4652
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr 2020 – Newtimes.az

Belarusda prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya bəyan edib ki, respublikada davam edən etirazlar Rusiyaya qarşı yönəlməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tixanovskaya özünə məxsus "Pul Pervoy" telegram kanalında yazıb.

"Heç bir mərhələdə bu, Rusiyaya qarşı mübarizə olmayıb və əminəm ki, belə olmayacaq", – deyə Tixanovskaya qeyd edib.

Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, ola bilsin ki, o, öz postunda "bir qədər artıq oturub".

"Bəli, ola bilsin ki, mən bir qədər artıq oturmuşam. Ola bilsin ki, məni yalnız televizorda deyil, həm də ütü və dəm çaydanında göstərirlər. Bəli. Lakin həqiqətən hazırda ancaq mən Belarusu müdafiə edə bilərəm", – deyə Lukaşenko Rusiya KİV-lərinin nümayəndələrinə müsahibəsində qeyd edib.

Qeyd edək ki, Belarusda bir aya yaxın müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...