
Bakı, 9 sentyabr 2020 – Newtimes.az
Rusiyaya qarşı aparılan kampaniya sanksiyalar tətbiq etmək üçün zəmin yaratmağa xidmət edir, nəinki Navalnının səhhətinə görə.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Rusiyaya qarşı aparılan geniş kampaniyanın təşəbbüskarları Navalnının səhhətindən narahatlıq keçirdiklərinə görə yox, sanksiya tətbiq etməyi güdürlər'', bəyanatda deyilir.
Bəyanatda göstərilir ki, Rusiya Almaniyadan Navalnı ilə bağlı tibbi yoxlanış haqqında məlumat ötürməyi xahiş edib, lakin Rusiya hələ də heç bir cavab ala bilməyib.
"Lazımi informasiya olmadığı müddətdə Rusiya hüquq orqanları insidentlə bağlı araşdırma apara bilməz. Bununla belə hələ də bu məsələ ətrafında söz-söhbətlər artmaqdadır'', bəyanatda yazılıb.
Nazirliyin verdiyi bəyanatda o da deyilir ki, rus həkimləri alman həmkarlarına Navalnının səhhəti ilə bağlı müzakirələr üçün dialoqa getmək təklif ediblər, lakin Almaniya tərəfi buna mane olmağa çalışıb.
Qeyd edək ki, ötən gün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ xarici işlər nazirləri və Aİ Aleksey Navalnının zəhərlənməsini pisləyən bəyanat yaymışdılar.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...